Свобода людям, независимость нациям!

Dişdişyanın mono-komandası və “qamar coba” əhvalatı

1948 14.04.2022 11:02 Колумнисты A A

Bildiyiniz kimi, axır vaxtlar dünyada millətlərin, demək olar ki, hamısının başı çönüb, savadlı adamlar demişkən, ksenofobiyaya meylləniblər. Daha anlaşıqlı dildə desək, millətçilik xətti çox güclənib.

Biz 5-6 ildir millət, vətən, bayraq söhbəti edirik, amma camaat öz millətinə önəm verməyin, soydaşını qolundan tutub qabağa çəkməyin kitabını hələ ötən əsrlərdə yazıb.

O gün “Mosfilm” studiyasında istehsal olunmuş bir detektiv seriala baxırdım, birinci seriyası bitəndə gözümə sataşdı ki, ard-arda düzülmüş soyadlardan 6-sı “yan”la bitir: “Levon Manasyan, Armen Arutyunyan, Baqrat Çalabyan, Sergey Danielyan, Aram Movsesyan, Ruben Dişdişyan. Bunlar filmin prodüsserləri idi. Sonra fikir verim ki, filmin ideya müəllifi də, bir çox başqa işlərini görənlər ermənilərdir.

Bu, nəyin göstəricisidir? Onun ki, filmin baş prodüsseri olan Dişdişyan tanıdığı erməniləri yığıb başına. Adam fikirləşib ki, pulumuzu it-qurd yeməsin, özümüzünkülərə nə gəlib?

Onlar elədirlər. Birini hansısa işə, layihəyə cəlb edəndə birinci milliyətinə, sonra bacarığına baxırlar. Hərçənd, prinsipcə, əksinə olmalıdır.

Bu xüsusda bir lətifə var: Filarmoniyanın orkestrinə 10 musiqiçi lazım olur. Elan verirlər, 100 namizəd gəlir - 10-u yəhudi, 90-nı rus. Rəhbərlik oturub kimi işə qəbul edəcəkləri barədə müzakirə aparır. Direktorun patriot müavini deyir ki, burada çətin iş yoxdur, işə 9 rus və bir yəhudi qəbul edək. O biri yəhudi-müavin deyir, yox, gəlin 9 yəhudini və bir rusu işə götürək. Üçüncü, demokrat müavini deyir, ədalətli olaq, 5 rus götürək, 5 də yəhudi. Axırda direktor əsəbiləşir, deyir, hamınız şovinistsiniz, işə musiqi alətində daha yaxşı çalanı götürmək lazımdır.

Biz ermənilər kimi deyilik, amma bunu öz minusumuz sayırıq və var gücümüzlə çalışırıq ki, elə olaq. Hələlik ölkə daxilində müəyyən nailiyyətlər əldə etmişik, əlimizə babat vəzifə düşəndə ətrafımıza rayonlularımızı, həmkəndlilərimizi toplayırıq. Yavaş-yavaş bu trendi beynəlxalq səviyyəyə çıxara bilsək, gün gələcək, başqa ölkələrdə vəzifəyə gələnlərimiz böyür-başlarına öz soydaşlarını (böyük ehtimalla öz kəndçilərini) yığacaqlar.

Bax, odur, Fransada seçki ikincisi kim olub, bilirsiniz? Bilirsiniz. Marin Le Pen olub. O, atadangəlmə şovinistdir, oturur-durur, deyir, gəlmələr Fransadan rədd olsun, Fransa fransızlar üçündür. Fransızlar da bu mövqeyinə görə onu çox istəyir. Bir az can qoysalar, o biri faşistləri, vətənpərvərləri də Le Penin ətrafında sıx birləşdirsələr, ikinci turda Makrona qalib gələcəklər. Ondan sonra Fransadakı qaradərililərin qara günü başlayacaq.

Bunları yazıram, yadıma tələbə vaxtı başıma gələn bir əhvalat düşür. Deməli, sovet vaxtıdır, Gəncədə univermağın yanındakı dayanacaqda durub mikroavtobus gözləyirdim. Birdən məndən bir az aralıda Kutaisidən yuxarı sinif şagirdlərini Gəncəyə gəzməyə gətirən avtobus dayandı. Şagirdlər yerə tökülüşdülər, gürcü dilində bərkdən-bərkdən danışa-danışa yanımdan keçəndə onların dilində bildiyim 5 sözdən ikisini dedim: “Qamar coba”. Uşaqlar dayandılar, geriyə dönüb o biri uşaqlara da nəsə dedilər. Bir anın içində ətrafıma oğlanlı-qızlı 8-9 şagird yığıldı, bir-birinin sözünü kəsə-kəsə elə hey nəsə soruşurdular. Birtəhər anladım ki, onlar bu qərib şəhərdə  gürcüyə rast olduqlarına çox seviniblər, indi Gürcüstanın harasından olduğumu, bura nəyə gəldiyimi və s. soruşurlar. Naəlac qalıb rusca izah elədim ki, gürcü deyiləm, sadəcə, gürcü dilində beş söz bilirəm. Uşaqlar göz-görəti məyus oldular, bir anda sifətləri çöndü, əllərini yelləyib getdilər. Amma gürcü olsaydım...

Yeri gəlmişkən, gürcü dilində bildiyim o biri üç söz hansısa gürcü yazıçısının əsərindən yadımda qalan “Şoni deda vatire”ydi. Bu, yumşaldıb desək, “sənin ananı ağladaram” deməkdir, amma “qamar coba”dan sonra onu işlətməyin yeri yox idi.

Biz xaricdə olanda dükan-bazarda, hoteldə ana dilimizdə danışan adamlar görəndə, etiraf edək ki, yaxınlaşıb, tanış olmaq, söhbət eləmək istəmirik. Hətta tez-tələsik üzünü çevirib aradan çıxanlar olur ki, birdən o biri azərbaycanlı yaxınlaşar, söhbətə tutar, tanış olmaq istəyər.

Bunun çoxlu obyektiv və subyektiv səbəbləri var, uzun söhbətdir.

Ona görə də biz hələ Dişdişyanın rus studiyasında çəkdiyi filmlərin yaradıcı heyətinə öz millətinin övladlarını cəlb etməsinə hələ çox heyrətlənəcəyik.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости