Свобода людям, независимость нациям!

“Dəli Petro”dan üzü bəri dərd-qada baiskarları...

3206 16.03.2022 13:40 Колумнисты A A

30 il öncəydi, kəndimizin politoloqları ilə çayxanada oturub dağılmış SSRİ-nin yerində əmələ gələn dövlətlərin problemlərindən danışırdıq.

Gördüyünüz kimi, yuxarıdakı cümlədə “kəndimizin politoloqları” ifadəsini dırnağa almamışam. Ona görə ki, onlar gerçəkdən də əsl politoloq idilər, ali təhsilliydilər, hamısının evində kitabxana və ensiklopediya cildləri vardı. Ona görə də dərin təhlillər apara bilirdilər.

Amma indi məzmununu müfəssəl nəql edəcəyim söhbət nəyə görəsə bir az ironik müstəvidə başladı, elə də davam etdi.

Müəllimlərdən biri dedi ki, günahın hamısı Qorbaçovdadır, o, dəmdəməki, bambılı olmasaydı, saqqalını arvadı Raisanın əlinə verməsəydi, nə Qarabağ münaqişəsi yaranardı, nə də SSRİ dağılardı.

Без названия (1).jpg (9 KB)

Az qala bütün günahların tək bir adamda - Qorbaçovda olması fikri ilə razılaşacaqdıq, amma bəylərdən biri dedi, əsas günah onda deyil, onu hakimiyyətə gətirən qoca kaftarlarda - Andropov və Çernenkodadır, düz-əməlli bir adam tapmalıydılar.

7.jpg (51 KB)

“Bəs Brejnevin günahı yoxdurmu? - ali təhsili mühəndisimiz ritorik sual qoydu və özü də cavab verdi: - 64-dən 82-yə qədər dövləti idarə etdi, rüşvətxorluğu ərşə çıxardı, hələ ”pripiska"nı, qıtlığı, yalançı istehsal-filanı demirəm".

544.JPG (77 KB)

Aqronom-politoloq dedi, ona qalsa, daima çılğın hərəkətlər edən Xruşovun günahı lap çoxdur, o boyda ölkənin kənd təsərrüfatını öz qarğıdalısı ilə yaman günə qoydu, atom bombası düzəldirdi, kosmosa adam göndərirdi, amma kəndlərdə camaat geyməyə qaloş tapmırdı.

5.jpg (6 KB)

Əgər söhbətdə iştirak edənlərin içində yaşlı nəslin nümayəndəsi olsaydı, əlbəttə, Stalinə toz qondurmayacaqdı. Amma elə bir vaxt idi ki, arxivlər açılmışdı, Stalinin əməlləri haqqında mətbu materiallar dolub-daşırdı. Ona görə də 47 cür qəzet-jurnal alan və oxumaq üçün bizə də verən bəy dedi ki, yox, ən böyük günah Stalindədir, paranoik olub, ölkənin ağıllı adamlarını məhv edib, dövlətin idarəsini yaltaqlara, qorxaqlara verib, ona görə də bu gündəyik.

4.jpg (21 KB)

Bəs Lenin? Axı Stalini SSRİ-nin başına o müsəllət edib. Bu bir az mübahisəli məsələydi. Müəllimlərdən biri dedi ki, əslində Lenin hakimiyyəti Stalinə yox, Trotskiyə vermək istəyib, amma başı xarab olub, dəlixanaya düşüb, planını gerçəkləşdirə bilməyib, amma onun əsas günahı odur ki, proletariat inqilabı törədib, milyonlarla insanı öldürtdürüb, üstəlik, Bakını işğal edənlərə “Zaxvatit! Zaxvatit! Zaxvatit Baku!” məzmunli teleqaram göndərib.

Biz bu üç “zaxvatit”ə görə Lenini bəlalarımızın əsas baiskarı elan etdik. Bəlkə də teleqramdakı “zaxvatit” bir dənə olsaydı, yumşaldıcı hal kimi nəzərə alardıq.

 556.jpg (55 KB)

Tarix müəllimi olan politoloqumuz II Nikolayı keşiş Rasputinə inanacaq qədər kütbeyin elan edəndə, söhbətin həşəri Yekaterinaya, gicbəsər Aleksandra, “dəli Petro”ya (I Pyotra) qədər gedəcəyini anladıq və polemikanı belə bir fikirlə dayandırdıq: Bizim dərdlərimizin, bəlalarımızın əsas səbəbi odur ki, son 170 ildə heç vaxt ağıllı-başlı bir adam tərəfindən idarə edilməmişik.

1.jpg (15 KB)

O gün maşın düzəldilən sexdə bu xüsusda yenə söhbət düşmüşdü. Politoloq-elektrik deyirdi ki, keçmiş postsovet məkanında baş verən qırğın-qiyamətlərin əsas baiskarı Putindir, o, SSRİ-nın köhnə sərhədlərini bərpa etmək istəyir deyə yeni müharibələr, münaqişələr əmələ gəlir.

Dəmirçi-malyar-politoloq qardaş dedi ki, günah Putində deyil, günah bir podpolkovniki gətirib dövlətin başına qonduran Yeltsindədir, yoxsa Putin ən uzağı polkovnik rütbəsində təqaüdə çıxacaq, gedib Neva çayının qollarından birində balıq tutacaqdı.

999.jpg (11 KB)

Politoloq-motorist razılaşmadı və öz versiyasını irəli sürdü: “Yox, belə baxanda əsas günah Yeltsində də deyil, Qorbaçov onu Siyasi Bürodan kənarlaşdırmasaydı, o da müxalifət olub Qorbaçovu aşırmasaydı və SSRİ-ni dağıtmasaydı, bu işlərin heç biri olmayacaqdı”

8.jpg (40 KB)

Beləcə, söhbət yenə gəlib Qorbaçova dirəndi. Buradan sonrakı gedişat artıq tanış idi, günahkar axtara-axtara düz “Dəli Petro”ya qədər gedəcəkdik.

Gerçəkdən də bu regionun problemlərinin əsasən kimdən qaynaqlandığını  axtarsaq, gərək qədim dövrlərə qədər gedək. Amma yenə də əsas günahkarın kimliyi bilinməyəcək. Belə anlaşılır ki, bu coğrafiyanın daşı, bünövrəsi düz qoyulmayıb. Deyəsən, o vaxt Çingiz xan nəyisə düz eləməyib.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости