Свобода людям, независимость нациям!

“Dedim, bir busə ver” məsələsi və Priqojinin bakirə qızlar hərəmxanası

4016 28.08.2023 11:45 Колумнисты A A

 

Adamı nə təhər karıxdırdılarsa, dönüb futbolçu qızı şərlədi, dedi, əslində o məni qucaqlayıb. Halbuki adam qalmaqalın ilk günü demişdi ki, əcəb eləmişəm, bu söhbət qaldırlanlar da axmaqlardır, qələt edirlər.

Bax, media və ictimaiyyət nümayəndələri İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubialesin bu yekəbaşlığını bağışlamadılar, yazdılar, danışdılar, hoydu-hoyduya götürdülər, kişiyə üzr istətdilər. Bu da yetmədi, indi FİFA adamı 90 gün müddətinə futboldan kənarlaşdırıb.

Yəni o boyda vəzifənin yiyəsi bir öpüşün güdazına getdi. Hər şey təxminən bizim məşhur xalq mahnısında deyildiyi kimi olub:

“Dedim, bir busə ver, bir busə ver, xanım, amandır,
Dedi, vermərəm, vermərəm, vermərəm, məgər talandır?”

33 yaşlı futbolçu xanım Cenni Hermoso federasiya prezidentinin onu basmarlayıb maç eləməsinə əvvəlcə pis reaksiya verməmişdi. Luisin həmləsi Cenni üçün gözlənilməz olsa da, o, əlinin dalıyla ağzını silib deməmişdi ki, get, ananı, bacını öp, oğraş, mən sən deyən qızlardan deyiləm.

Amma son günlər onun da başı çönüb, indi özünü “cinsi xarakterli qeyri-münasib hərəkətlərin qurbanı” hesab edir. (Bu ifadəni ona yerli feministlər pıçıldayıb, əl-əlbət). Hələ 80-dən çox futbolçu qız da bəyanat verib ki, Rubiales vəzifəsində qalarsa, İspaniya millisində oynamayacaqlar.

Söz yox, sinyor Rubialesin etdiyi hərəkət, haradan baxsan, eşşəklikdir. Camaatın qızını niyə o cür öpürsən, vicdansız? Bəlkə əri var, sevgilisi var, qeyrətli qardaşları var, çıxarlar böyürdən, adamı yortarlar. Avropalı olduqlarına baxmayın, ispanlar da belə məsələlərdə mühafizəkardırlar. O vaxt Anxela Vikarionun qardaşları Pedro və Paolo Santyaqo Nasarı bıçaqlamamışdılarmı? (Markes o hadisənin hekayəsini yazıb).

Hərçənd kimsə Rubialesin ağzına yaxşı dil atmışdı, o da demişdi, bu hərəkəti (Cennini basmarlaması) sırf qələbə eyforiyasından olub, milli komandanın qızıl medal qazanmasına görə riqqətə gəlib və komandanın kapitanını öpüb. Əslində adamın könlündə biclik olsa, komandadakı daha qəşəng qızlardan birini, ya da ayrı-seçkilik etmədən 23-nü də öpərdi.

Bu arqument bir az gec səsləndi, amma xeyli ağlabatan söhbət idi.

Gerçəkdən, qələbə eyforiyası zırıltı şeydir. O vaxt 44 günlük müharibənin 43-cü günündə, Şuşanın işğaldan azad olunduğu elan ediləndə bizdə də adamlar nə təhər riqqətə gəlmişdilərsə, iqtidarlı-müxalifətli bir-birini təbrik edirdilər, dövlət başçısının ünvanına tərifli sözlər səsləndirən qatı müxaliflər vardı. 3-4 gündən sonra ayıldılar ki, ey dadi-bidad, bu qədər yaxınlaşmaqmı olar, bəs prinsiplər necə olsun, adama nə deyərlər. Tezliklə intriqa bərpa olundu, dedilər, nə olsun, Şuşanı aldıq, bəs Xankəndi niyə alınmadı. Hökumət də onları erməni dəyirmanına su tökməkdə qınadı, daşlar yerinə oturdu, yoxsa biabırçılıq olacaqdı.

Mətləb üstümə qayıdaq. Bəli, Avropa və Amerikada artıq belədir, qarşı cinsə süllab satmaq, həris nəzərlərlə baxmaq qəbahət sayılır. Əgər Rubialesin yerində Rafaella olsaydı və o, Cennini o cür oösəydi, bütün stadion uğuldayar, alqışlayardı, ertəsi gün qəzetlər yaxşı bir iş olubmuş kimi bunu öyə-öyə manşet edərdilər – xəbərin başlığını göy qurşağının rəngləri ilə verərdilər.

Hətta Rubiales öz yerində qalsaydı, amma Cenninin yerində Alvaro Morata olsaydı, Rubi onu o cür öpsəydi, bu da qalmaqala səbəb olmazdı, uzağı, söz-söhbətə səbəb olardı, adlarına söz çıxardı, amma bunun eybi yoxdur, bu, artıq qəbahət sayılmır.

Ona qalsa, saytlar hələ ötən ayın 25-də Priqojinin haqqında yazmışdılar ki, o, Sankt-Peterburqdakı Vasilevski adasında yerləşən “Solo Sokos Hotel Vasilievsky” otelində özü üçün bakirə qızlardan ibarət hərəmxana saxlayır və vaxtaşırı orada eyş-işrət məclisi qurur. Nə Priqojin bunu təkzib etmədi, nə də bu xəbər rus ictimaiyyətində ajiotaj, qalmaqal doğurmadı. Özü də bunu yazanların içində “Radio Svoboda”nın saytı da vardı. Linki də bax budur: https://www.svoboda.org/a/the-insider-prigozhin-derzhal-v-peterburgskom-otele-garem-iz-devstennits-/32518845.html

Bu, ona görə qalmaqala səbəb olmamışdı ki, Rusiya heteroseksual ölkədir, orada kişi və qadınların arasında məhrəm yaxınlaşmalar olanda cəmiyyət pəstəha çıxarmır, deyirlər, təbiidir.

İndi elə çıxmasın ki, başqa ölkələrdə qarşı cinsdən olan məşhur idmançı, sənətçi xanımlara iştahla baxmırlar, nəfslərini qoruyurlar. Elə şey yoxdur. Məşhurluq cazibədarlığın yarısıdır. Hər yerdə məşhurlara girişirlər. Sadəcə, başqaları qələbə eyforiyasından riqqətə gəlsələr də, duyğular və maddələr mübadiləsini sonraya saxlayırlar. Amma keçən il Fransa millisi Qətərdəki futbol mundialında Argentinaya uduzanda və Fransa prezidenti Makron qəhrindən ağlayan Mbappeyə şübhəli dərəcədə çox yaxınlaşaraq təsəlli verəndə, axırda futbolçu “əl çək dəə məndən” jesti etdi. Bu, az qala qalmaqala səbəb olacaqdı, lakin media bu haqq-hesabın üstünə çox getmədi, nəzərə aldılar ki, Mbappe uduzub, depressiyadadır, bir zərbə də biz vurmayaq.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости