Свобода людям, независимость нациям!

Daşnak-revanşistlərin məkrli taktikası - "Azərbaycan və Türkiyəyə qarşı müharibə..."

5320 15.05.2022 14:57 Колумнисты A A

İki həftədir hökumət əleyhinə etirazların yetərli kütləviliyinə nail ola bilməyən, böhrana qarşı heç bir "yol xəritəsi" olmayan Ermənistan müxalifəti valı dəyişməyə hazırlaşır. Əhalinin əksəriyyətinin müharibə istəmədiyinə əminlik hasil edən radikal-revanşist kəsim təbliğat taktikasına düzəliş eləməyə başlayıb.

Məntiq də bundan ibarətdir ki, guya müxalifətin hakimiyyətə gəlişi yox, məhz Paşinyanın iqtidarda qalması yeni müharibəni qaçılmaz edəcək. Necə deyərlər, opponent düşərgə həm qorxudur, həm də özü qorxur.

Parlamentin müxalifətdən olan vitse-spikeri, etiraz hərəkatının liderlərindən olan daşnak İşxan Saqatelyanın son açıqlamasından məhz belə bir qənaət hasil olur.

"Paşinyanla istənilən razılaşma etibarsızdır. Bunu Azərbaycan və Türkiyə də nəzərə almalıdır. Onun Azərbaycanla imzalamaq istədiyi sülh müqaviləsi deyil, Ermənistanın itirilməsi ilə bağlı razılaşmadır. Bu, bizim üçün qəbuledilməzdir".

Bunu o, mayın 14-də keçirdiyi mətbuat konfransında bildirib.

İşxan Saqatelyan

“Biz demirik ki, hakimiyyətin devrilməsindən sonra Türkiyə və Azərbaycana qarşı müharibə elan edəcəyik. Biz onlarla danışıq aparacağıq, amma öz maraqlarımızı qorumaq üçün. Başımızı aşağı salıb, onların tələblərini səssizcə dinləməyəcəyik. Azərbaycanın və Türkiyənin nə istədiyi ortadadır. Bəs müharibəni uduzan Ermənistan hakimiyyəti nə istəyir?", - Saqatelyan sual edib.

"Onlar (Paşinyan iqtidarı - Z.S.) təcavüzə dinc gündəmlə cavab verirlər. Bu, sülh deyil. Nikol qalsa, ya yeni müharibə olacaq, ya da vətən əldən gedəcək. Aydındır ki, Paşinyanın yerinə yetirməli və güzəştə getməli olduğu razılaşmalar var. Əks halda, yeni müharibə labüd olacaq”, - deyə, daşnak təmsilçisi reallığı qəsdən təhrif eləməklə erməni toplumunu bir az da vahiməyə salmağa və çevriliş üçün zəmin hazırlamağa çalışıb.

Ancaq əbəs cəhddir. Əvvəla, radikal müxalifətçinin sözlərindən belə çıxır ki, Paşinyanın Putin və Əliyevlə birgə imzaladığı 10 noyabr 2020-ci il kapitulyasiya aktı, eləcə də digər üçtərəfli sənədlər hüquqi qüvvəyə malik deyil. Belə bir iddianın özü elə yeni müharibə, "qan-qan" deməkdir. Revanşistlər həmin sənədləri necə ləğv edə bilərlər ki...

İkinci yandan, guya radikallar iqtidara gəlsələr, Ermənistan o saat məğlub statusundan çıxacaq, möcüzəvi şəkildə, sürətlə güclənəcək və Azərbaycanla Türkiyə sülh üçün bunlara yalvaracaq.

Halbuki Paşinyan Saqatelyan kimilərdən fərqli olaraq, öz xalqının legitim rəhbəridir və bunu cəmi 11 ay öncəki (2021-ci il, iyun) parlament seçkiləri bir daha təsdiqləyib. Erməni xalqı bununla müharibəni deyil, sülhü seçdiyini ortaya qoyub, Paşinyana məhz sülh üçün mandat verib, müharibə üçün yox.

Müxalifətin isə xalqdan belə bir mandatı yoxdu. Müxalifət yalnız nə qədər istəyir qışqıra, çırpına, bağıra, bir də "qaranlıq otaqda qara pişik axtara" bilər.

"Pişik" isə orda yoxdur. Çoxdan yoxdur!..

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости