Свобода людям, независимость нациям!

Dağlar qoynunda qarpız-çörəkli veteran ailəsi

1707 28.07.2022 10:40 Колумнисты A A

“Hər gecəni Qədir bil,

Hər gəzəni Xıdır bil"

(Azərbaycan ata sözü)

Xaricdən maliyyələşən qara qüvvələr yenə aktivləşiblər. Prinsipcə, iyulda bunu onlardan gözləmək lazım idi, axı yayın ortasıdır, Günəş əməlli yandırır, ultrabənövşəyi şüaların sayəsində hamımız istər-istəməz qara qüvvəyə çevrilirik. Mən özüm iki dəfə qabıq qoymuşam. Çünki qara olmaq istəmirəm.

 Qara qüvvələr ilk növbədə sərhədlərin açılması tələbiylə NK qarşısında qışqırıq salmaqla özlərini ifşa etdilər. Görünür sərhədlər bağlı qaldıqca bunların xaricdəki ağaları ilə əlaqə yaratması çətinləşir. Yoxsa düzgün adamsansa sərhədin açılmasını niyə arzu və tələb edəsən? Düzgün adam vətənin qucağında oturar. Vətən sərhəddən başlayır. Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Sən də buyur, vətəndə öl. Xaricdə niyə sülənmək istəyirsən?

İkincisi, guya qazilərin, müharibə veteranlarının vəziyyətinin ağır olduğunu yayırlar. Uçuq evlər, pul verilib ələ salınan əlillər, özünü yandıranlar... Hamısı Mərkəzi Kəşfiyyat İdarəsinin tapşırığıdır. Kənardan baxanlarda elə təəssürat yaratmaq istəyirlər ki, guya bizdə veteranların problemi var. Halbuki onların da hər birimiz kimi dövlətin sosial-siyasi qayğısı ilə əhatə olunduğu sirr deyildir. Şəxsən mən bəzən bu qayğıdan bezirəm, dövlətimizə müraciət edirəm ki, məndən əl çəksinlər, qayğıdan boğuluram. Bu qədər də olmaz ki. İcra hakimi gecə-gündüz darvazanın qabağında yatır, deyir birdən Zaminə nəsə lazım olar. Vallah, ağını çıxarıblar. Nə qədər icra hakimi qovmaq olar axı. Qapıdan qovursan, bacadan girirlər. Hasarımızda icra hakimləri ayrıca deşik açıblar.

İndi gələk veteranların problemi məsələsinə. Ən son belə fotolardan biri Astara rayonundan yayılıb, orda daxmada hansısa veteranın ailəsi yaşamaqdadır. Düzdür, icra hakimiyyəti açıqlama verdi, dedilər veteranın yarasında qəlpə bir az balaca olduğu üçün əlillik dərəcəsi vermək olmur, o dərəcə olmayanda da ev tikmək. Veteran özü isə Bakıda imiş. “Hazırda rayonda ovçu tutmuşuq, meşədə bərə qurub gözləyir, inşallah, veteran rayona qayıdanda onu təzədən, bu dəfə daha yaxşı yerindən vurub yaralamaq fikrindəyik, bundan sonra ona dərəcə veriləcək və daxması təzələnəcəkdir” - icra başçısının veteran yaraları üzrə müavini müxbirimizə demişdir.

Lakin mən o fotoya diqqətlə baxdım, elə bir ciddi problem görmədim. Əksinə, xoşbəxt yaşayış insanın üzünə gülür, hər bir piksel baxanların könlünü açır.

Məsələn, fotoda daxmanın meşə, yaşıllıq qoynunda, dağın döşündə olduğu görünür. Gəlin etiraf edək, meşədə daxma qurmaq hər bir qıjı manısımızın, qaçan gəlinlərin, o cümlədən 07 sürən şairlərin əbədi arzusudur.

İkincisi, daxmanın quruluşu yadımıza Pixar studiyasının ünlü “Yuxarı” (“Up”) animasiya filmini salır. Deməli, veteran da əgər istəsə bu evciyə şar bağlayıb Cənubi Amerikaya, şəlaləyə baxmağa uçar. Məncə, evlə uçmağın qiyməti hələlik qalxmayıb.

Üçüncüsü, daxmanın eyvanında iki cocuq, qarpız və çörək görünür. Deməli, bir azdan uşaqlar qarpızla çörək yeyəcəklər. Yayda bundan gözəl menyu olarmı? Heç çox icra başçısının süfrəsində bunlar yoxdur. Uşaqlar təbiətin qoynunda xoş istirahət edir, veteran paytaxtda yaşayır, bəziləri isə bundan dövlətçiliyimiz əleyhinə istifadə etməyə çalışır.

Mən buradan üzümü onlara tutub demək istəyirəm: bacarmayacaqsınız! Biz kimin kim olduğunu yaxşı bilirik.

Sonda veterandan xahiş edirəm rayona tez qayıtsın. Ovçu gözləyir. Sənədlər demək olar hazırdır. Bu temanı da bağlayaq.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости