Свобода людям, независимость нациям!

Çoxbilmiş quşun dimdiyindən ilişməsi – İşğalçılar ilhaqa görə də cavab verməlidirlər

1970 20.10.2023 10:00 Колумнисты A A

Özlərini postsovet məkanının (eləcə də dünyanın) ən ağıllı, ən savadlı, ən istedadlı xalqı sayan ermənilər vətəndaşlıq məsələsində olduqca kobud səhvə yol veriblər və bu, onlara baha başa gələcək.

Məsələ ondadır ki, onların tam əksəriyyəti həm də Ermənistan vətəndaşıdır və Azərbaycanla bağlılıqları yoxdur. Yalnız 40 yaşdan yuxarı adamların sovet pasportu qalmış ola və onlar bunu əsas götürərək vaxtilə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (1991-ci ildə ləğv olunub) sakinləri olduğunu sübut edə bilələr. O sənədləri isə böyük ehtimalla Qarabağ ermənilərinin tam əksəriyyəti coşmuş patriotizm hisslərinin təsiri ilə cırıb atıblar, bir növ bizimlə bütün ilişkiləri yox ediblər.

images.jpg (7 KB)

1988-ci ildən sonra doğulanlar isə artıq “miatsum”un baş tutduğuna əmin olaraq ya saxta, qondarma “de-qe-er”in “sənəd”ini alıblar, ya da Ermənistan pasportu əldə ediblər. İkinci variant daha yayğındır. Sentyabrın 22-dən bəri 3 mindən çox Qarabağ ermənisinin xarici ölkələrə getməsi məhz Ermənistan pasportuna malik olmaları sayəsində baş tutub. Çünki dünyada qondarma “de-qe-er”i və onun “pasport”u ilə yalnız Ermənistana gedib-gəlmək olardı.

Ermənistan vətəndaşlığı Qarabağ ermənilərinə sırf xarici səfərələrə getmək, yaxud da qastarbayter kimi Rusiyanın, Ukraynanın şəhərlərinə “mövsümi işlər”ə yollanmaq üçün lazım idi.

Onlar elə düşünürdülər ki, Qarabağın dağlıq hissəsini, öz yaşadıqları rayonları Azərbaycandan qoparıb Ermənistana birləşdiriblər, məsələ bitib.

1676466174_ruben-vardanyan.jpg (83 KB)

Əslində Ermənistan dövlətinin Qarabağda yaşayan ermənilərə vətəndaşlıq verməsi, onun bütün idarəedici strukturlarında çalışan kadrların İrəvandan təyin edilməsi bu mahalın Ermənistan tərəfindən işğal və ilhaq edilməsinin göstəricisi idi. Qondarma “de qe-er”in mövcudluğu isə sadəcə gözdən pərdə asmaq səciyyəsi daşıyırdı. Necə olmasa da, beynəlxalq hüquqda dövlətlərin ərazi bütövlüyü və sərhəd toxunulmazlığına dair müddəalar var. O müddəalara görə, Ermənistan Azərbaycana məxsus əraziləri ilhaq edib özünə birləşdirə bilməzdi. Ortada bir keçid mərhələsi olmalıydı.

Ona görə də Ermənistan rəhbərliyi “de-qe-er” “müstəqil dövlət” yaratmış, bunu xalqların öz müqəddəratını təyinetmə hüququ ilə əsaslandırmış, Azərbaycanın torpağını bu ad altında ilhaq etmişdilər. Beynəlxalq birlik bu hiyləgərliyə göz yumur, erməniləri saxtakarlıq və yalançılıqda ifşa etmirdi. Onların hamısı bilirdi ki, “de-qe-er” faktiki olaraq Ermənistanın bir parçasına çevrilib, amma özlərini elə göstərirdilər ki, Azərbaycana qarşı elə bir qanun və hüquq pozuntusu yoxdur.

Ermənilər və onların havadarları Azərbaycanın “de-qe-er” ermənilərinə vəd etdiyi “dünyadakı ən yüksək muxtariyyat” statusuna ona görə yiyə durmurdular ki, bu, onların əsas məqsədinə uyğun deyildi. Onlara “de-qe-er”in tam müstəqil olması lazım idi ki, onu qısa bir müddətdən sonra həm Ermənistanda, həm də “de-qe-er”də keçirilən “birləşmə referendumu”nun nəticələrinə uyğun olaraq “ana dövlət”ə birləşdirsinlər və “miatsum” de-yure olaraq başa çatsın.

miatsum.JPG (30 KB)

                                Ermənilərin utopik "miatsum" xəritəsi

Onlar bu mahalı Azərbaycandan qopara bilsəydilər, elə də edəcəkdilər. Ancaq Azərbaycan bu hiyləgərliyi hələ ilk başdan anladığından böyük dövlətlərin, Avropanın üstqurum təşkilatlarının bütün təzyiqlərinə sinə gərdi, tövsiyələrinə məhəl qoymadı, sona qədər dirəşdi.

İndi Qarabağda kompakt yaşayan erməni icması yoxdur. Ermənistan vətəndaşı olan ermənilər köçüb gediblər, Xankəndidə Azərbaycan vətəndaşı olan ermənilər qalıb, onlar da ya artıq Azərbaycana məxsus sənədlərlə təmin ediliblər və ya bu gün-sabah ediləcəklər.

Üstəlik, Ermənistan dövləti Qarabağdan köçən erməniləri “məcburi köçkünlər” adlandırır. Bu ifadə dövlətin bir tərəfindən digərinə məcburən köçənləri nəzərdə tutur. Bir dövlətdən başqa dövlətə köçməyə məcbur olanlar isə “qaçqın” adlanır. Ermənistan bununla iddia edir ki, sanki Qarabağ onun ərazisi imiş və bu adamlar xarici müdaxilə nəticəsində köçməyə məruz qalıblar.

Bu baxımdan Qarabağdan Ermənistana və oradan da yaxın-uzaq xaricə gedənlərin isə yenidən ölkəyə qayıtması hüquqi baxımdan çox çətin olacaq. Onları Azərbaycanla heç nə bağlamır, müvafiq sənədləri yoxdur. Ermənistan vətəndaşlarının kütləvi şəkildə gəlib Azərbaycan vətəndaşı olmaları üçün qanunvericilik bazası olmalıdır.

Başqa sözlə, ermənilər öz bicliklərindən özlərini işə salıblar.

balasbaba.jpg (139 KB)

1991-2023-cü illər (sentyabr) arasında Qarabağın Ermənistan tərəfindən qanunsuz olaraq ilhaq edildiyini sübut edən bir fakt da var. Ermənistanda özünü buraxmış “de-qe-er”in bir sıra rəhbər şəxslərini (məsələn, Şahramanyan, Babayan və Balasanyanı) istintaqa çağırırlar, hətta barələrində “silah-sursatı təhvil vermə”, “ərazini düşmənə tərketmə” ittihamları ilə cinayət işi açırlar. Hansı əsasla? Bu, “müstəqil dövlət” idisə, özünü buraxması da, öz silahını təhvil verməsi də özünün bildiyi iş idi. Yox, bu “müstəqil dövlət”in “rəhbərləri” hansısa dövlətin, konkret olaraq Ermənistanın qarşısında cavabdeh durumundadırsa, demək, onun vilayətinin rəhbərləri imiş.

Avropanın əlində “sanksiya qılıncı” oynadan nüfuzlu təşkilatları belə detallardan doğan sualların qarşısında qalmalıdırlar. Ermənistan isə işğal faktına görə də cavab verməlidir, ilhaq faktına görə də.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости