Свобода людям, независимость нациям!

Coşmuş qisas hissinin cilovlanması – Bizim yerimizdə ermənilər olsaydı...

3236 21.09.2023 13:41 Колумнисты A A

 

Azərbaycan ordusunun 24 saat belə çəkməyən xüsusi əməliyyatı gerçəkdən də hərbi kitablara düşəsi hadisədir. Bu, şişirtməsiz, bəzək-düzəksiz belədir.

Ermənilərin haray-həşiri, şərləmələri heç bir işə yarayası deyil. Onlar adi məişət travması almış qadının dizinə leykoplastır yapışdıraraq, onun oturduğu arabanı kamera qarşısında xəstəxana dəhlizində ora-bura sürsələr də, yalandan uşaqların yaralandığını desələr də, fakt ortadadır, sentyabrı 19-u günorta başlayan, 20-də nahar fasiləsinə qədər bitən hərbi əməliyyatda mülki əhali zərər çəkməyib, ölən, yaralanan olmayıb.

Düzdür, siyasi vəzifə tutan Aznavur Saryan adlı bir mülki şəxsin həlak olması barədə xəbər yayıldı, amma o, tutduğu vəzifə etibarilə mülki şəxs sayılmır, çünki “mer” postu tutan şəxs eyni zamanda yerli müdafiə şurasının üzvü və ya rəhbəri olur, hərbi vəzifə daşıyır. İkincisi isə, araşdıranda ortaya çıxır ki, hərbi əməliyyatın gedişində Saryan erməni hərbçilərin yanında olub və ona görə də zərər çəkib.

Ancaq ilk atəş səsi gələn kimi ermənilər və onların havadarları Azərbaycanın mülki obyektləri və dinc insanları hədəfə aldığı barədə vay-nöfsə qoparmışdılar. Bu, hay-küy dolu yalan çox keçmədən Azərbaycan Müdafiə Nazirliyi tərəfindən effektiv şəkildə təkzib olundu. MN-in yaydığı videokadrlarda müki obyektlərin, mülki avtomobillərin, o cümlədən dinc vətəndaşların zərbəçi silahımızın nişangahında olduğu, lakin onlara atəş açılmadığı aydınca görünürdü. Əgər Azərbaycan hərbçiləri mülki obyektlərə və şəxslərə qarşı hər hansı bir qərəz içində olsalar, tətiyi sıxmaqla, bir saniyənin içində onlara zərər yetirə bilərdilər.

Razılaşaq ki, müharibədə, hər dəqiqə şəhid xəbərinin gəldiyi, amansız müqavimətin göstərildiyi barədə məlumatların yayıldığı məqamda özünü saxlamaq, təmkini qorumaq, coşmuş qisas hissilə düşmənə məxsus hər şeyi darmadağın etmək imkanından imtina etmək çox çətindir. Müharibə görmüş adamlar danışırlar ki, hətta bu, böyük ölçüdə mümkün deyil.

Ancaq Azərbaycan hərbçiləri ali rəhbəlikdən aldıqları qəti tapşırıq nəticəsində bu sınaqdan üzüağ çıxıblar və mülki əhaliyə zərər yetirməyiblər.

Bu, təkcə xalqımızın humanistliyi ilə bağlı məsələ deyil, eyni zamanda bu, məsuliyyət və uzaqgörənlik məsələsidir. Bizim siyasət adamları da, hərbçilərimiz də aydın şəkildə dərk edirlər ki, bizim ermənilər kimi öz düşmənimizi sərbəstcə qırıb-çatmaq “lüks”ümüz yoxdur. O ermənilər idi, Xocalı başda olmaqla 10-dan artıq yaşayış məntəqəsində mülki insanları qətliama uğratmış, girov götürüb işgəncə vermiş, zorlamışdılar, amma buna görə heç bir məsuliyyət daşımadılar, onlardan bir çoxunun cəzalarını isə 28 ildən sonra özümüz döyüş meydanında verdik.

Biz onların etdiyi kimi edib hərbi cinayətlər törətsək, bunu bizə bağışlamazlar, üstəlik, haqlıykən haqsız duruma düşərik. Həm də belə şeylər etmək nə insanlığa sığa bilər, nə də onun ümumi işə bir faydası olar.

Bax, bunu Azərbaycan tərəfi aydın şəkildə dərk edirdi, ona görə də beynəlxalq qanunları pozmadan, konvensiyalara riayət edərək öz planını həyata keçirdi: stateji hədəflərinə çatdı; yaşayış məntəqələrinə müdaxilə etmədi; kommunikasiyalar və yüksəklikləri nəzarətə götürdü; hərbi hədəfləri yüksək dəqiqliklə vurdu və s.

İndiyədək hansı ölkə belə edib?

Rusiya ordusu Çeçenistanı ram edərkən minlərlə mülki şəxs qırıcıların bombardmanında və raketlərin mərmisindən ölmüş, yaralanmışdı. Ayrıca rus əsgərlər aul və qışlaqlara daxil olaraq dinc əhaliyə qarşı vəhşiliklər törətmişdilər.

ABŞ əsgərləri Əfqanıstanda 100 mindən (rəqəmlər müxtəlifdir) artıq mülki əhalinin həyatına son qoymuşdular.

Eyni hal 2021-ci ildə ABŞ əsgərlərinin Əfqanıstandan çıxdığı günə qədər yaşanırdı. Vaxtaşırı xəbərlər gəlirdi ki, Pentaqonun qırıcı-bombardmançı təyyarələri “Taliban”çıların gizləndiyi güman olunan yaşayış məntəqələrini vurublar və nəticədə onlarla mülki şəxs, arvad-uşaq həlak olub.

Bir şeyə hamımız şəkk etmədən əmin olaq, bizim yerimizdə ermənilər, ermənilərin yerində biz olsaq, onlar bizə qarşı hərbi əməliyyat keçirsələr, indi o dərələrdə qan su yerinə axardı, hamımızı qırıb-çatar, nəslimizi kəsərdilər.

Ancaq biz elə etmədik və onlardan bir çox parametrlər üzrə üstün olduğumuzu, dünya ilə, beynəlxalq qanunlara hesablamağa hazırlığımızı göstərdik.

Söz yox, ermənilər bu qədər dəqiqliklə həyata keçirilən hərbi əməliiyata da qara yaxacaq, “genosid”dən danışaqcaq (onlar artıq şillələnməyi də “soyqırım” hesab edirlər) dünyanı bezar edəcəklər, ancaq əsas məsələ onların əlinə tutarlı bəhanə verməməkdir. Biz sona qədər təmkinimizi qorumalı, səbrimizi basmalıyıq.

Atalarımız yüz illər əvvəldən deyib ki, hirsin dövlətə ziyanı var. Onlar belə deyərkən, var-dövlətə, sərvətə dəyən ziyanı nəzərdə tutublar, amma hirsli hərəkət və qərarların Azərbaycan dövlətinə ziyanı daha çox ola bilər.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости