Свобода людям, независимость нациям!

Çıxışlarında qəzəbli çox gördük, amma bir dəfə də ümidsiz görmədik...

1762 07.11.2022 22:18 Колумнисты A A

Zəfərin üç qəhrəmanı - şəhidlər, analar və Ali Baş Komandan...

Zəfərlə bitən 44 günlük tarixi qələbəmizin şübhəsiz ki, simvola çevrilən üç qəhrəmanı var. Birincisi, əlbəttə ki, şəhidlərimizdir. İkinci qəhrəman o oğulları böyüdən şəhid və qazi analardır, atalardır! Qapılarına hətta yeganə oğlunun tabutu gələndə bayrağı qucaqlayan, ayaqsız qayıdan balasına sarılıb “Vətən sağ olsun” deyib qamətini dik tutanlar, “dayanmaq yoxdur, ancaq irəli...” deyən valideynlərdir.

_1630481360 (1).jpg (71 KB)

Nəhayət, bu prosesi əvvəldən-axıra mükəmməl aparan Prezident, Ali Baş Komandan, Qələbəmizin memarı İlham Əliyevdir qəhrəman. 8 Noyabr ən çox onların haqq etdiyi Zəfər bayramıdır...

27 sentyabrda başlayan hərbi əməliyyatların hələ 44 günlük müharibəyə doğru getdiyini bilmirdik, “yenə ordumuzu məlum paytaxtlardan 2016-nın aprelindəki kimi dayandıracaqlar, durduracaqlar...” düşüncəsi də var idi. Amma həmin gün bütün əlamətləri ilə fərqli idi - fövqəlhadisələrin başlanğıcına işarə idi... 

Dərhal içimizdə bir işıq yarandı - zatən o, heç vaxt sönməmişdi, yoxsa bu illəri yaşaya, duruş gətirə bilməzdik. İşıq getdikcə daha da güclənməyə, içimizdəki illərin buzunu əritməyə başladı. Millət olaraq oyanmağa başladıq, kəndlərimiz, qəsəbələrimiz azadlığa qovuşduqca, biz də özümüzə qayıtdıq. Özümüzü bir daha tanıdıq. Atəşkəs sazişi kölgəsi altında illərdir özünü sübut etmək üçün fürsət gözləyən qəhrəman igidlərin obrazları da üzə çıxdıqca, heyrətləndik də! “Bu, bizik” dedik! 

Böyük bir Azərbaycan yaşayır şəhidlər adı altında. Adları? Həsrət, İntiqam, Nicat, Müzəffər... Necə də müharibəmizə uyğun adlardır!

31459876930_12939591_10205071203854494_517385380_n1479987210.jpg (45 KB)

Tariximiz də şəhid adları ilə ucaldı - Laçın, Təbriz, Tərlan, Babək, Beyrək, Cahangir, Mübariz... Daha kimlər var? Elsevər, Elgün, Amal... Sonrası da var - Adəm, Məhəmməd, Əli, Cəbrayıl, Yusif, İman... Və... Bizi Qələbəyə qovuşduran daha iki ad - Məsud və Firəvan...     

255893.jpg (144 KB)

Hələ Xudayarın oxuduğu təsnif... İkinci Qarabağ müharibəsinin himnidir. Təsirli deyil, təsnif də deyil, himndir. Bir kino lenti kimi keçir 44 günlük müharibə gözünün qarşısından. Film kimi bir müharibə!

photo_11400105.jpeg (55 KB)

Bunu bir dəfə də yazmışam. Məncə, Prezident İlham Əliyev müharibəyə ən azı 6 ay əvvəl qərar vermişdi. Müharibənin hətta “Qarabağ Azərbaycandır!” sloqanını “Valday”da səsləndirəndən də əvvəl hazırlamışdı. Qələbəyə də inanırdı! Onu müharibə günləri çıxışlarında qəzəbli çox gördük, amma bir dəfə də ümidsiz görmədik. Əliyev qətiləşdirmişdi ki, düşmənlə bir masada oturmağın daha mənası yoxdur. Prezidentin müharibədən az əvvəlki çıxışlarını tapıb oxuyun. O, barışmaz və sərt mövqeyini az qala hər gün ortaya qoyurdu. Bu, sadəcə emosiya deyildi, əsgərlərin ayaq səsləri, tankların-topların gurultusu, xəbərdarlıq idi.

prezident-ilham-eliyev-xalqa-muraciet.jpg (34 KB)

Ermənistan və onun havadarları İlham Əliyevin necə qətiyyətli olduğunu müharibəyədək tam mənasında anlaya bilmədilər. Bunlar Əliyevin ermənini necə cəzalandıra biləcəyini hesabdan qaçırdılar. Gördülər, yenə görürlər...

Dünyanın gözü bizdə idi. Torpaqların işğaldan azad edilməsi elə bir dövrə təsadüf edirdi ki, bəzi ölkələrdə pandemiya səbəbindən insanlar evlərindən bayıra çıxa bilmirdilər. Azərbaycan isə dağ-dərələrdə müharibə aparırdı! Koronavirusdan da təhlükəli bir bəla, xəstəliklə, həm də erməni bəlası, erməni faşizmi ilə... 

Qələbəmizi istəyənlər barmaq hesabı idi, Türkiyə qardaşlıq bayrağını qaldırmışdı, Pakistan yanımızda idi... sonra? Müqəddəs işimizə - torpaqlarımızı işğaldan azad etməyimizə qarşı olanlar vardı, aşkarda da, gizlində də. Ermənistan ordusunun çöküşünü görürdülər, bu məğlubiyyət prosesini durdurmaq üçün çalışırdılar. Bütün dünya mediasını səfərbər etmişdilər, başımıza yağan, cocuqlarımızı öldürən raketləri görməzdən gəlirdilər, erməninin bir itiyi üçün isə qara bağlayırdılar, hay-küy salırdılar. Alınmadı. Bacarmadılar. Durdura bilmədilər! 

Ermənistan 30 ilə yaxın davam edən işğala görə haqq etdiyi cəzanı aldı! Azərbaycan bu müharibədə təkcə torpaqlarını, şərəf şəhərimiz Şuşanı erməni caynağından qurtarmadı, yüz illik erməni xəyallarını ayağının altında bir əski parçası kimi silib kənara atdı, erməni mifini dağıtdı, erməni lobbisinin belini qırdı. Bizim 30 ilimizi yedilər, əvəzində isə 100 illik tarixi zərbə aldılar. Ermənistan dağılmış ordusunu kənar dövlətlərin köməyi ilə toparlaya bilər, dağılmış iqtisadiyyatlarını da birtəhər yoluna qoya bilər. Amma bir daha o xəyalları - hansı ki, bu milləti ayaqda saxlayırdı - geri qaytara bilməz!

Qələbən mübarək, Azərbaycan!

Nazim Sabiroğlu,
Musavat.com     

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости