Свобода людям, независимость нациям!

Cıdır düzündən Xankəndiyə körpü FOTO VİDEO

5394 17.10.2021 23:00 Колумнисты A A

İki gün öncə Cıdır düzündə idik.

Hava günəşli idi.


Amma qəfil "alçaq yerdən duman qalxdı".


Dolana-dolana Cıdır düzünü bürüdü.


İçində də bizi - jurnalistləri.


10 dəqiqə dumanın içində qaldıq.


Duman soyuq gəlmişdi...


Üst geyimlərimizi geyindik.


Sonra… birdən çəkildi duman.


Günəş göy üzündə, öz işində idi.


Amma ətrafında da parça buludlar...


Qəfildən yağış səpələdi...


Qəribə, sehrli bir mənzərəyə şahidlik edirdik.


Cıdır düzünün tam ətəyində, sıldırımdan aşağıya açılan dərədə və sol tərəf aşağıda -

Xankəndinin üstündə sıx duman vardı; Günəş başımızın üstündə idi - buludların boşluğundan boylanırdı; onu dövrələyən parça buludlardan isə yağış səpilirdi...


Daha 5 dəqiqə...


Yağış kəsdi, duman tam çəkildi.


Qəfildən jurnalistlərdən biri: "göyqurşağı", - deyə, səsləndi.


Göyə baxdıq.


Cıdır düzündən Xankəndiyə açılan hava dəhlizinin tam ortasında göyqurşağı oturmuşdu.


Xankəndiyə körpü idi sanki...


Sanki bizim üçün doğmuşdu...


Çəkdik, həmin anı ölümsüzləşdirdik.


Və bu görüntünü oxucularımızla da paylaşmaq qərarına gəldik.


Rauf Arifoğlu,

Musavat.com

234.JPG (28 KB)

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости