Свобода людям, независимость нациям!

"Çayçıların inqilabı"

2048 09.07.2022 23:37 Колумнисты A A

İnqilablara verilən adlar dəyişir, hakimiyyətlər dəyişir, amma həmin ölkələrdə insanların həyatı necə, dəyişirmi?

Azərbaycanda Cənubi Asiyanın ada-dövləti olan Şri-Lankanı yəqin ki, ancaq seylon çayına görə tanıyırlar. Adları da dilə yatmır, ona görə məsələn, ölkədən qaçmış prezidentin ismini yazmağa da lüzüm görmürəm. Cəmi 74 il əvvəl müstəqilliyini elan etmiş bu ölkədə martdan bəri fasilələrlə davam edən etiraz aksiyaları iki gün əvvəl sözün həqiqi mənasında öz aqoniya nöqtəsinə çatdı. Qəzəblənmiş kütlə prezident sarayına hücum edib dağıtdı, baş nazirin isə evinin yandırdılar.

Sən demə, qaçan prezidentdən əvvəl ölkəni...elə onun qardaşı idarə edirmiş. Ondan sonra vəzifə başına keçmiş qardaşının isə heç bir siyasi təcrübəsi yoxmuş. Bundan başqa, o da 6 qohumunu hökumətdə yüksək vəzifələrə soxuşdurub, daha 7 ailə üzvünü parlament üzvü edib. Şri-lankalıları “şir edən” əsas səbəb isə bu deyil.

658b9ee1ee6b538b70362e01ceb82628.jpg (516 KB)

22 milyon əhalisi olan ada dövlət aylardır mövcudluğundan bəri ən ağır iqtisadi böhranla üzləşib. Şri-Lankada inflyasiya 50%-i keçib, yanacaq və elektrik enerjisində ciddi fasilələr var, ərzaq, zəruri mallar və dərman çatışmır. Koronavirus pandemiyası vaxtında turist axınının kəskin azalması dövlətin valyuta ehtiyatlarını tam tükəndirib. Sonra hakimiyyət resurslara qənaət etməyə və idxalı azaltmağa qərar verib. Ölkənin xarici dövlət borcu 51 milyard dollardır...

Başqa bir səbəb həyati vacib məhsul olan düyüyə kimyəvi gübrədən istifadənin qadağan olunmasıdır. Bu, qadağa çay ixracına da təsir edib, nəticədə ixrac gəlirləri kəskin şəkildə azalıb.

Daha bir maraqlı fakt. Məlum olub ki, ölkə prezidenti hələ istefa verməmişdən əvvəl Rusiya lideri Vladimir Putinə zəng edərək, ondan yanacaq idxalı üçün kredit xətti açmağı və “Aeroflot”un Şri-Lankaya uçuşları bərpa etməsini xahiş edərək vəziyyəti düzəltməyə çalışıb. Ölkənin ilk altı ayda yanacaq və dərmanlar da daxil olmaqla, zəruri malların tədarükünü bərpa etmək üçün təxminən 3 milyard dollara ehtiyacı var. Baş verənlərdə isə heç bir xarici iz yoxdur. Ölkəni bu vəziyyətə gətirmək üçün kənar müdaxiləyə zatən ehtiyac da qalmır ki...
İnqilab elə bir sosial-siyasi partlayışdır ki, bu, birdən-birə, yəni qəfil, məsələn zəlzələ və ya sunami kimi baş vermir. Buna doğru addım-addım gedilir, sonra qarşısıalınmaz prosesə çevrilir, insanlar hakimiyyəti devirirlər. İnqilablar haqda indiyədək yüzlərlə elmi əsərlər yazılıb, amma Lenin dediyi cəmi bir cümlə onların hamısını əvəz edə bilir: “Yuxarılar daha əvvəlki kimi idarə edə bilmirlər, aşağılar isə daha əvvəlki kimi yaşamaq istəmirlər”. Şri-Lankada baş verənlər də bunun sübutudur.

upload-2022-07-09T111226Z_1001723581_RC288V9ZXQPX_RTRMADP_3_SRI-LANKA-CRISIS-pic_32ratio_900x600-900x600-93172.jpg (143 KB)

Biz də inqilablar gördük: “Qorbaçov inqilabı”, “AXC inqilabı”, “Surət inqilabı”... Çox inqilablara da göz və qulaq şahidliyi etdik: “Qızıl gül inqilabı”, “Narıncı inqilab”, “Ərəb baharı”, özbəklərin, qırğızların “Adsız inqilabları”... Hətta Sorosun iki il əvvəlki “Paşinyan inqilabı”nı da xatırlatmağın yeri var. İndi də uzaq ada Şri-Lankada baş verənlər də maraq üçün “Seylon inqilabı” adlandırsaq, heç nə olmaz...
Əslində isə bu, inqilab-filan da deyil, sadəcə, xalqın idarəçilikdən uzaq, talançı bir hakimiyyətdən bezməkləri, intiqamı, qisasıdır.
Elə inqilablar var ki, onun təsirləri illərlə hiss edilir, ölkə çalxalanır. Elə Ukraynadakı “Avromeydan inqilabı” buna sübutdur. Ölkənin taleyi dəyişdi, amma xalq xoşbəxt ola bilmədi. Belə misallar müasir tarixdə kifayət qədərdir. Azərbaycanda da belə “inqilab azarkeşləri” var. Dünyanın harasında olursa-olsun o saat həvəslənirlər, hətta xalqa tikanlı sözlərlə xitab edirlər. Yanlış, zərərli istəkdir, hər halda, mənim düşüncəm həmişə belə olub.

photo_2022-07-09-12.42-pic_32ratio_900x600-900x600-92008.jpg (154 KB)

İnqilablara verilən adlar dəyişir, hakimiyyətlər dəyişir, amma həmin ölkələrdə insanların həyatı necə, dəyişirmi? Bu əlbəttə ki, sadə sual deyil, hərtərəfli araşdırma və təhlil tələb edir. Amma o da artıq təsdiqlənmiş faktdır ki, inqilablarla hakimiyyətə gələnlər xalqın onlardan gözləntisini verə bilmirlər. Bu ola bilsin ki, inqilabçılıq fəlsəfəsinin psixoloji “qüsurudur” . Hakimiyyəti zor gücünə dəyişmək məcburiyyəti ilə üzləşən ölkədə xalq hər şeyin, həm də tez bir zaman kəsiyində dəyişməsini istəyir. “Necə ola bilər ki, biz səni bir günə hakimiyyətə gətirdik, amma sən bir ildə bizə istədiyimizi verə bilmirsən” deyib, sual edirlər. Uzağa getməyək, Elçibəy hakimiyyətinin devrilməsinin əsas səbəblərindən biri təkcə təcrübəsiz idarəçilik deyildi. O hakimiyyət cəmi bir il ərzində böyük ümidlərlə onlara səs vermiş xalqdan dəstəklərini sürətlə itirdilər. İstənilən hakimiyyət üçün ən qorxulusu da budur- xalqdan dəstəyi itirmək...

 

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости