Свобода людям, независимость нациям!

Çavuşoğludan ermənilərə od vuran “bozqurd” mesajı – Tövbə gecikdikcə...

2984 24.04.2022 13:46 Колумнисты A A

Bu gün dünya ermənilərinin milli ağlaşma günüdür. Saxta soyqırımı iddiasının ildönümündən dolayı Türkə patoloji nifrətin fontan vurduğu tarixdir.

Ötən gecə İrəvanda daşnak-radikallar 24 aprellə bağlı miskincəsinə yenə Türkiyə və Azərbaycan bayraqlarını yandırıblar. Ermənistan rəsmiləri və müxalifət təmsilçiləri isə bir-birindən elə də fərqlənməyən anti-Türkiyə, anti-Azərbaycan bəyanatları və açıqlamaları yayıblar.

O sırada Ermənistan prezidenti Vaaqn Xaçatryanın müraciətindəki bir sitat daha çox diqqət çəkir.

Xaçatryan deyir: “Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etməyin ən yaxşı yolu güclü və demokratik Ermənistan yaratmaq, erməni xalqının firavan həyatını təmin eləmək, sərhədləri möhkəmləndirmək və qorumaq, Ermənistanın beynəlxalq nüfuzunu gücləndirməkdir”.

Rusun yaxşı bir sözü var: “Arzu ilə yaşamaq ziyanlı deyil”. Yəni əsas olan o arzunu gerçəyə çevirməkdir. Amma necə?

Məsələ də ondadır ki, Xaçatryanın xəyal elədiyi Ermənistanın qurulması məhz genosiddə suçladıqları Türkiyə ilə münasibətləri normallaşdırmaqdan, onunla barışıqdan və dost olmaqdan keçir. Yalnızca tutaq ki, demokratik seçkilər təşkil eləməklər, demokratik idarəçiliklə ölkə qüdrətli olmur. Yunanıstana, yunan Kiprinə baxın...

Güclü dövlətin birinci mühüm şərti əlbəttə ki, azad iqtisadiyyatdır. Bu isə qonşu ölkələrlə, ələlxüsus həlledici qonşu ölkələrlə dərin əlaqələr, güclü logistika və dünya okeanına effektiv çıxış hesabına reallaşa bilər. Əks halda, ölkəyə xarici sərmayələrin axınını gözləməyə dəyməz.

Üstəgəl, bir ölkə öz qonşularına qarşı ərazi iddiası ilə yaşayırsa, bunu hətta öz konstitusiyasına, gerbinə salıbsa, demək, hər an müharibəyə vəsilə ola bilər ki, bu da yenə ciddi xarici investisiya qoyuluşunu istisna edir. Ayrı sözlə, güclü, dayanıqlı demokratik dövlət quruculuğu həm də beynəlxalq hüquqa, imzalanan beynəlxalq konvensiyalara sayğılı olmağı, qanunlara hörmət edən etibarlı dövlətə çevrilməyi diktə edir.

Ermənilər bu sadə həqiqətləri əxz eləməyincə, Türkə nifrətdən xilas olmayınca xam xəyallarla yaşamağa davam edəcəklər. Ayrıca götürülmüş bir anklav ərazidə güclü demokratik dövlət quruculuğu onlar üçün həmişə əlçatmaz olaraq qalacaq. Ermənistanda 4 ildir guya demokratik hökumət qurulub. Fəqət, erməni xalqının güzəranı yaxşılaşıbmı? İzqoy durumdan qurtula biliblərmi?

Əsla. Çünki Ermənistan Paşinyan dönəmində də geosiyasi dalan olaraq qalır. Ondan çıxmağın şərtləri bəlli və az yuxarıda sadalandı...

Gəl ki, bu başdan xəstə, ölüləri belə hər il “balalayan” saxtakar millət dünyanın harasında olur-olsun öz debil davranışından, mağara təfəkküründən əl çəkmir. Bunun daha bir təzahürü dünən Uruqvayın paytaxtında qeydə alınıb. Türkiyə səfirliyinin yeni binasının açılış törənini tərk edərkən qardaş dövlətin XİN başçısı Mövlud Çavuşoğlu erməni daşnak ünsürlərin etiraz aksiyası ilə qarşılaşıb. Mövlud bəy də onlara çox orijinal cavab verib - maşınının pəncərəsindən “bozqurd” işarəsi göstərib.

Yəni ki, ağla gəlməsəniz, faciələriniz bitən deyil. Hərçənd Türkiyə baş diplomatı sırtıq toplumun təmsilçilərinə əl barmaqlarının başqa bir məşhur konfiqurasiyasını da göstərə bilərdi. Bununla mesajın mahiyyəti dəyişməzdi. Gözlənildiyi kimi, Türkiyə XİN rəhbərinin bu jesti ermənilərə əməlli-başlı od vurub.

Ümumiyyətlə, özünə yalançı “qədimlik” statusu verən erməni xalqına hər şeydən öncə mənəvi paklanmaq və tövbə lazımdır. Saxta tarixdən, qondarma dindən gerçək xristian dəyərlərinə tapınmaq gərəkdir. 107 il öncəki hadisələri heyrətamiz şəkildə təhrif və təftiş edib başından yekə iddialarla yaşayan, lakin burdan-bura törətdiyi Xocalı soyqırımına görə zərrəcə vicdan əzabı çəkməyən, utanıb-qızarmayan bir qəbilənin mənən təmizlənməsi isə qeyri-mümkündür!..

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости