Свобода людям, независимость нациям!

Cavan kadr cildində...canavarlar- (2-ci yazı) 

4557 04.11.2022 15:22 Колумнисты A A

Dövlət zəifdirsə, sənin yığdığın var-dövlətin dəyəri nədir ki?

Ötən ilin aprelində-koronavirus xəstələrindən pul aldığına görə tutulan baş həkimlər haqda yazanda bu sərlövhəni  qoymuşdum.  Açığı, canavar mənim hörmət etdiyim canlıdır, amma onun “iş üslubu” qurd kimi deyil, daha çox giyenaya bənzəyir. O səbəbdən dövlətin postundan özünə, ailəsinə, hətta məşuqəsinə şərait düzəltmək üçün yararlananlar daha çox giyenaya bənzəməyi haqq edirlər...

Dövlət  bu adamların onun “təpəsinə çıxmağa” haqq etmir. Azərbaycan belə kadrların cəngində yem olacaq dövlət deyil. Bəli, zəngindir, amma büdcəsi yeyib-dağıdılmaq üçün yox,  qurub-yaratmaq üçündür. Həm də bu millətin vergisi hesabına da formalaşan büdcəni... Ölkənin 20 faizini düşmən dağıdıb,  hər yer xarabadır. İndi bu büdcəyə əli çatanların vicdanı daha öndə olmalıdır, çünki o torpaqları tikib-qurmaq üçün bir manat belə vacibdir...

Gənc yaşda yüksək vəzifəyə gətirilmiş bu kadrların yolunun həbsxanaya düşməsi öz seçimləri olub. Kimsə onları məcbur etməyib, ümumiyyətlə insan övladı çox şeyi məcburiyyət qarşısında  edə bilər-amma bir günahsız adamı öldürmək, bir də oğurluğa məcburiyyət çətin işdir. Niyə? Çünki hər ikisi vicdanla birbaşa bağlı məsələdir. Biri dünyanın ən ülvi varlığı olan insanlığa qıymaqdır, o biri dövlətə xəyanətdir. Bilirəm, indi deyirsiz ki, bu qarışıq zamanda, müharibənin hər gün həm də onlarla günahsız insanı öldürdüyü bir vaxtda nə vicdan? “Azərbaycanda rüşvət almayan məmur varmı” deyib sual etməyiniz də haqsız sayılmaz. Amma bu işlər belə çox yürümür, korrupsiya dövləti içəridən sümürən və çürüdən elə bil bəladır ki, bir gün çökmə verməlidir. Təhlükəlisi budur...

hokm_1d813068f0b2daf1ea5e853276bbc6c9_20g4nayx3v8eru5hfip7-620x460.jpg (45 KB)

Cavan kadrların belə zay çıxmasının səbəbi təkcə acgözlükləri  deyil. Səbəbi həm də bu adamların ta uşaq bağçasından üzübəri böyüdüyü mühitdə, ailədə  axtarmaq lazımdır. Bu gənclərin çoxunun sivisininə baxın, guya ən yaxşı ali məktəblərdə oxuyublar, hətta xaricdə də təhsil alanları var. Amma yüksək vəzifəyə gələn kimi naqislikləri dərhal  üzə çıxıb. Çünki  bu mühitin uşaqlarıdır, uşaq bağçasında analarının müəlliməyə pul göndərəndə onların başını necə sığallandıqlarını, yəni pulun gücünü görüblər. Sonra oxuduqları məktəbdəki müəllimlərə  özləri evdən göndərilən pul paketləri veriblər, sonra ali məktəbə belə paketlə yollanıblar  və beləcə rüşvət sisteminin bir parçasına çevriliblər. Vəzifəyə oturan kimi də bu mexanizmləri işə salıblar.  Son illər vəzifə piləsindən tez bir zamanda kəllə mayallaq olanların “sirri”ni də bu bulaşdıqları sistemdə axtarmaq lazımdır. Sistemin eybəcər balalarıdır bu kadrlar.

Təmiz əxlaqlı, vicdanlı çox kadrlar da var, onlar bayrağı ən yüksək dəyər bilirlər, dövləti sevirlər, xalqa xidmət etmək istəyirlər. Amma onları yolu müəmmalı şəkildə vəzifə pilləsinə  bağlanır. Hind filmlərində olardı- təmiz hakimi, polisi rəisini rüşvətlə ləkələyib işdən uzaqlaşdırardılar. Vicdanlı, əxlaqlı, təmiz adamları hələ “aşağıda” vururlar ki, irəli getməsin, dövlət ərkanı onların varlığından xəbərsiz olsun. Birdən onlara yüksək vəzifə verərlər, o halda vicdansızlar, rüşvətxorlar qabağa gedə bilməz axı. Bu acı gerçəklikdir. Hər birimizin ətrafımızda nə qədər belə savadlı, vicdanlı kadrlar “batır”...

file12584.jpg (143 KB)

Dövlətin kadr bazası olmalıdır,  o adamlar təqdimatla yox, seçimlə vəzifəyə təyinat almalıdırlar.  Necə ki, polisi işə götürəndə onun bütün sicilini öyrənirlər, bu adamlar da elə öyrənilməlidir.  Dövlətə bağlılığı, təmiz vicdanı boy sırasında və ya detektorla, eləcə də nəsil-köklə  öyrənmək əlbəttə, mümkün deyil.  Bunun üçün obyektiv sistem yaradılmalıdır. Kiminsə xalası oğlu, bacısı nəvəsi olduğu üçün vəzifə yüksəlişi olmamalıdır. Dövlət sistemli olaraq bu bazanı yaratmalıdır, “kasıb oğludur, vəzifədə nə işi” deyib seçim ediləcəksə, cavan cildində canavarlar hələ çox olacaq. Bu, sadəcə pul toplamaq hərisliyi, cinayət məcəlləsində hansısa maddə ilə nəzərdə tutulan qanunsuzluq deyil, həm də dövlət siyasətinin sabotajıdır, dövlətə inamın sarsıdılması əməlidir!  Bundan ən çox ziyan çəkən də dövlətdir...

Dövlət zəifdirsə, sənin yığdığın var-dövlətin dəyəri nədir ki?

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости