Свобода людям, независимость нациям!

Bu il ABŞ-dan daha hansı çağırışları eşidəcəyik?..

593 01.01.2024 11:45 Колумнисты A A

Söz var, adətən belə deyirlər ki, sanki problemimiz az idi, biri də bu yandan çıxdı – bəli, ABŞ-da prezidentliyə namizəd statusunda bulunan, rəhmətlik prezident Con Kennedinin dost-doğmaca qardaşı oğlu olan Robert Kennedi bu günlərdə ermənilərə keçmiş Dağlıq Qarabağla bağlı bir xeyli vəd verdi. Dedi ki, hakimiyyətə gəlsə, Qarabağı təzədən qaytarıb ermənilərə verəcək, onları təzədən bu keçmiş bölgəyə qaytaracaqdır...

Nə demək olardı bu xüsusda? Məsəl var, deyirlər ki, qaradan tünd rəng yoxdur. Ona görə ki, Robert Kennediyə ehtiyac duyulmur. Hazırda hakimiyyətdə olan demokratlar və onların “lideri” Co Bayden yetərincə ermənipərəst siyasət yürüdür.

Bu komandanı erməni diasporu ilə çox böyük maliyyə əlaqələri birləşdirir – hər halda, təxminən bir il bundan əvvəl belə deyir, belə yazırdılar. Bir də ki, axı görünən dağa nə bələdçi? Məgər Co Bayden “erməni soyqırımı” ifadəsini işlədən ilk ABŞ prezidenti olmadımı?

Ona görə biz daim deyirik və yazırıq ki, hazırda ABŞ-ın və yaxud da Fransanın Azərbaycana qarşı yürütdüyü siyasət bu ölkələrin milli və siyasi maraqlarından daha çox Co Baydenin və E.Makronun özəl siyasi maraqlarından irəli gəlir.

Bu il ABŞ-da da prezident seçkiləri olacaqdır və demokratların iki məqsədi vardır: maksimum və minimum. Maksimumu budur ki, onlar Baydeni prezident kimi saxlamaq istəyir, minimumu isə odur ki, daha bir müddət hakimiyyətdə qalmağa çalışırlar. Hakimiyyət mərəzi və xəstəliyi elə Makron cəanblarına da yad deyil – deyilənə və yazılana görə, Fransa prezidenti də indi üçüncü dəfə prezident olmağın yollarını arayır. Əlbəttə ki, bütün bu siyasi vurnuxmalarda erməni diasporalarının xüsusi yeri var – Bayden də, Makron da onlardan çox şey umur...

Elə bu səbəbdən də biz Robert Kennedinin sərsəm bəyanatları haqqında çox danışmayacağıq, çünki onun sözlərinə bircə qeyd əlavə etmək kifayətdir: əgər hakimiyyətə gələ bilsən... Məsələ bundadır ki, Robert cənablarının şansları hazırda ən aşağı qiymətləndirir. Onu da deyək ki, Con Kennedidən sonra bu ailənin üzvləri siyasi olimpə qayıtmağa çox cəhd ediblər, gəl, bu alınmayıbdı və güman ki, bu dəfə də alınmayacaq...

Belə də biz bu ili çox mürəkkəb görürük. Hazırda ABŞ-da rəy sorğularının lideri Donald Trampdır. Amma biz bu sətirləri yazanda daha bir ştatın məhkəməsi onun haqqında qərar çıxarmışdı ki, bu adam burada prezidentliyə namizəd ola bilməz. Hazırda hamı Ali Məhkəmənin qərarını gözləyir. Aydın məsələdir ki, ştatların qərarları siyasi qərarlardır və onlar Trampın hakimiyyətə yolunu bağlamaq məqsədi güdür, çünki bu adam hakimiyyətə gəlsə, təkcə ölkə daxilində yox, xüsusən də dünya geosiyasətində çox böyük dəyişikliklər baş verəcək. Diqqətəlayiqdir ki, ABŞ-da təkcə Trampın hakimiyyətə yolunu bağlamağa çalışmırlar, həm də alternativ tədbirlər görürlər. Məsələn, bu yaxınlarda deyildi ki, guya Konqress xüsusi düzəliş qəbul edibdir və bu düzəlişə görə prezident ölkənin NATO-dan çıxması ilə bağlı yalnız senatorların üçdən ikisinin razılığı ilə qərar verə bilər.

Maraqlısı budur ki, Tramp ABŞ-ı geosiyasət meydanından tamam çəkindirmək istəmir, o, yalnız geosiyasi vektorları dəyişməyə çalışır. Amma onun bu cəhdləri dünya geosiyasi arxitekturasında çox böyük dəyişikliklərə gətirib çıxara bilər, ABŞ elitası isə bunu istəmir. Trampın hakimiyyətə gəlişi Cənubi Qafqazda da müəyyən dəyişikliklərə səbəb ola bilər. Donald Tramp, səhv etmiriksə, birinci dəfə seçilərkən erməni diasporunun dəstəyinə elə də ehtiyac duymamışdı. Onun prezidentliyi müddətində ABŞ-da səfərdə olan erməni baş naziri Nikol Paşinyanı hətta Kaliforniya ştatının meri yox, onun müavini qəbul etmişdi! Həm də Tramp hakimiyyətə gələrsə, Rusiyanı Cənubi Qafqazdan və xüsusən də Ermənistan sıxışdırmağa çalışmayacaq, burada bir balans yaratmağa çalışacaq, çünki o, geosiyasi təzyiq vektorlarını Rusiyadan ayırıb başqa səmtlərə yönəltməyin tərəfdarıdır...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости