Свобода людям, независимость нациям!

Böyük Şuşa anlaşmasına saatlar qaldı! Əliyev və Ərdoğan Zəfərimizi Qalada möhkəmlədəcək VİDEO

9824 14.06.2021 18:51 Колумнисты A A

(Yazının ilk yayınlanma zamanı 13.06.2021, saat 23:19-dur)

Böyük Şuşa anlaşmasına saatlar qaldı! Əliyev və Ərdoğan Zəfərimizi Qalada möhkəmlədəcək

Azərbaycan onu gözləyir.

Elə Ermənistan da.

Qarabağda qalan erməni tör -töküntüləri də.

Dostlar - düşmənlər...

Dünyanın gözü Şuşada olacaq...



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın gözlənilən Şuşa səfəri Şuşa zəfəri qədər önəmlidir.

Şuşa fatehi, Ali Baş Komandan İlham Əliyev xüsusi hiss etdirmədən, gözə soxmadan ölkəsinin hərbi qələbələrini təminatlı və geridönməz hala gətirməkdə, möhkəmlətməkdədir.

Bütün addımlar buna xidmət edir.

Hərbi geyimini mülki paltarla əvəz etməsi belə...

Bu da indinin, gedən proseslərin, diplomatik müharibənin "dava paltarı"dır.

Böyük Zəfərdən sonra Bərpa və Böyük Qayıdışa...doğru nəhəng və əziyyətli bir iş aparır...

Vətən müharibəmizdə, Zəfərimizdə olduğu kimi, bundan sonrakı prosesdə də qardaş Türkiyə yanımızda, Ərdoğan arxamızdadır.
Şuşa isə bu iki qardaş ölkənin simvolik ucalığıdır...

Ərdoğanın Şuşa səfəri işğaldakı torpaqlarımızın və özəlliklə də Qalanın qurtarılmasından sonra Türkiyənin ali rəhbərliyinin Qarabağa ilk səfəri olacaq.

Ümumiyyətlə, səhv etmirəmsə, hər hansı Türkiyə rəhbəri heç bir zaman Qarabağ torpaqlarında olmayıb.

Bu baxımdan, hörmətli Ərdoğan həm də bir ilki gerçəkləşdirəcək.

Məsələnin ictimai-siyasi əhəmiyyəti təbii ki, böyükdür.

Türkiyə prezidenti bəyan edib ki, Şuşada iki qardaş dövlət arasında mühüm və əhatəli anlaşmalar imzalanacaq...

Bəzi məlumatlı ekspertlər iddia edirlər ki, bu, "İkinci Qars müqaviləsi" olacaq...

***

Dünyanın və regionun gözü Şuşada, Çıdır düzündə, Əliyev və Ərdoğanın davranış və açıqlamalarında olacaq.

Özəlliklə də region dövlətləri bu səfəri maraqla izləyəcəklər.

Bu səfərə düşmənin gözü ilə baxsaq belə, Ərdoğanın Şuşa səfərinin əhəmiyyətinin necə böyük olduğunu anlaya bilərik.
Ərdoğan bir dünya lideridir. Onun çoxlu sevənləri, bəzi hallarda isə, sevməyənləri var.

Lakin hər kəs bir məsələdə ortaq rəy daşıyır.

Rəcəb Tayyib Ərdoğan güclü və strateji düşünən, müstəqil, həm də iradəli bir dövlət adamıdır. Qardaşımız olması ilə bərabər, həm də belə bir dünya liderinin Şuşada, Cıdır düzündə sadəcə gəzişməsi, oradan mesajlar verməsi mühümdür və sevməyənləri sırasında ilk yerdə olan ermənilərə necə təsir edəcək, bəlli məsələdir.

Türkiyə: "Şuşada məktəb" layihəsi üçün toplanılan ianə "geri qaytarılır" -  BBC News Azərbaycanca

Türkiyə Azərbaycanla güclü, biz isə Türkiyə ilə böyükük.

Bu əbədi və sarsılmaz qardaşlığımıza bir də Şuşa zirvəsi möhürünü vuracaq!

Nə gözəl dövran, nə gözəl günlərdir!

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - XƏBƏRLƏR » Tədbirlər

...Yuxarı Gövhər ağa məscidində namazqılma səhnələrini, Şuşa fatehi İlham Əliyevlə Türkiyəmizin rəhbəri Tayyib Əroğanın o müqəddəs torpaqlarda birgə gəzintisini, qalib və qürurlu jestlərlə ətrafı, qala-şəhərin çevrəsini dolaşmalarını, plan və quruculuq işlərindən danışmalarını sanki indidən görmüş oldum.

Zəfər yolu ilə Şuşaya doğru irəliləyən o möhtəşəm maşın karvanını sanki özüm seyr etdim, əlimi atdım telefonuma və o səhnələri tarixin yaddaşına köçürtdüm, sanki...

Necə ki, düz bir ay öncə, məhz bu gün Şuşadan canlı yayınla reportajlar verdim, arzularımın ötəsində bir iş görə bildim; indi də Bakıda oturaraq, bir neçə gün sonra Türkiyə və Azərbaycan liderlərinin bizlərə yaşadacaqları daha bir möhtəşəm günləri xəyal etdim və bundan xoşbəxt oldum.

İllər öncə qara saqqalımızı və canımızı millətimizin ağ günlərinə nəzir deyib, savaşlara başlamışdıq.

Müstəqil dövlətimizi qura bildik, bayrağımızı dikəltdik, çoxlu şəhidlər verdik...

Lakin Qarabağı itirdik. Ömrümüzün 28 ili Şuşasız keçdi; Ağdamsız, Kəlbəcərsiz, Laçınsız, Füzulisiz, ...Qubadlı, Zəngilan, Cəbrayılsız keçdi.

Gəncliyimiz məğlubiyyətlərimizə reportaj yazmaq və yeni nəsilləri nə zamansa Qarabağa qayıdacağımıza inandırmaqla keçdi.
Çox şükür, nəhayətdə elə bir gün gəldi ki, qalib bir xalqın övladı kimi, başımız dik, zəfərimizdən yazılar yazmaq, Şuşadan, Ağdamdan reportajlar vermək qismətimiz oldu.

Elə bir gün də gəldi ki, Türkiyəmizlə bərabər Bakıda Qələbə paradı keçirtdik, bütün ortaqlıqlarımıza Qarabağ zəfəri də yazıldı...

Bir də...

Türkiyəmizin və Türk Dünyasının lideri Rəcəb Tayyib Ərdoğanın Şuşaya olası səfəri barədə fikirlərimi bölüşmək fərəhi nəsibimiz imiş...

Şuşanın alınması qədər mühüm bir səfər, daha bir zəfər!

Böyük və tarixi Şuşa anlaşmasına saatlar qaldı!

Hər şey daha yaxşı olacaq.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости