Свобода людям, независимость нациям!

“Böyük bacı”nın “yengə siyasəti” və “əriştə kəsmək”liyi

1499 04.02.2024 11:45 Колумнисты A A

Prezident İlham Əliyev bir neçə gün əvvəl Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən bildirmişdi ki, Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir. Parisin regionlar bağlı siyasətinin qısa və çox dəqiqliklə ifadəsi idi. Dövlət başçısı Ermənistanın militarizasiya siyasətini apardığını, geosiyasi intriqaların təşəbbüskarı olduğunu deyərək Fransanın regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü də xüsusi vurğulamışdı.

O vaxt hələ Fransa Milli Jandarmının xarici missiyalarının komandiri, briqada generalı Uilyam De Meyer Ermənistanda peyda olmamışdı. Budur, yayılan xəbər və fotolardan görünür ki, Avropa İttifaqının Ermənistandakı “mülki müşahidə missiyasını ziyarət” adı ilə bu ölkəyə gələn fransız general əlində binokl Azərbaycan tərəflərə baxır. Niyə? Nə baş verib? Yel əsib, qoz tökülüb? Fransız generalının Azərbaycana boylanmaq həvəsi hardan qaynaqlanır?

WhatsApp Image 2024-02-04 at 11.33.28.jpeg (179 KB)

Təbii ki, məkrli məqsəd var ortada. Ötən ay Avropa İttifaqının “mülki” adında cəsus şəbəkəsinin heyət üzvlərinin sayının 138-dən 209-a qədər artırılması da bu məkrin göstəricisi idi. Adını “mülki” qoysalar da, hər kəs yaxşı bilir, burada kəşfiyyat xidmətinin əməkdaşları, orduya və jandarmaya bu və ya digər şəkildə bağlı olanlar cəmlənib. Günün birində “təhlükəsizlik” məqsədilə onlara silahlar paylansa, təəccüblü görünməz. Yaxud Ermənistanı silahlandıran Fransa bir gün Aİ-nin missiyası üçün xüsusi zirehli maşın və hərbi texnika göndərsə, yenə də heyrət doğurmayacaq. Addım-addım hərbiləşməyə doğru gedəcəklər. Əvvəl bir tağım böuüklüyündə gəlmişdilər Ermənistana, indi sayları da artır, iştahları da...Sadəcə, Ermənistanda hərbi bazaları və böyük təsir imkanları olan Rusiyanı daha çox qıcıqlandırmamaqdan, Gümrüdəki rus hərbçiləri ilə üz-üzə dayanmamaqdan ötrü “saman altından su yeridirlər”. Hə, bir də “şir”i yuxuya verməyə, onunla üz-üzə qalmamaqdan ötrü binokllarını ancaq Azərbaycan tərəfə tuşlayırlar. Diqqət edirsinizsə, heç Türkiyə sərhədinə də boylanmağa cürət etmirlər. Amma şübhə yoxdur ki, Qərbin Ermənistan planları təkcə Azərbaycan və ya Rusiyaya qarşı deyil, Türkiyə və İrana qarşı da hədəfləri özündə ehtiva edir. Çoxşaxəli plan işə salınıb...Azərbaycana tez-tez “qırmızı xətt” xəbərdarlığı edən müsəlman qonşumuz nədənsə Ermənistana doluşan Qərb emissarlarını görməzdən gəlir, deyəsən, “xətt”inin rəngini də unudub. Ən azı Fransa jandram komandanının Ermənistan macəralarına reaksiya verərdi.

WhatsApp Image 2024-02-04 at 11.33.03.jpeg (183 KB)

İki gün əvvəl Ermənistanın müdafiə naziri Suren Papikyan demişdi ki, Hindistan və Fransa ölkəsinin müdafiə sektorunda əsas tərəfdaşlarına çevrilib. Sitat: “Silah əldə edilməsinin şaxələndirilməsi prosesində biz yeni tərəfdaşlar əldə etdik və bir çox supergüclərlə əlaqələr qurduq. Xüsusilə, Hindistan və Fransa müdafiə sahəsində bizim əsas tərəfdaşlarımıza çevrildilər”. Tehran bu açıqlamanı sakit qarşıladı. Hətta bir sıra hallarda fransız və hind silahlarının İran ərazisindən Ermənistana nəql olunması xəbərləri gəlir. Əcaib siyasətdir, deyilmi?

Ən əcaibi isə bölgədə militarizasiya siyasəti yürüdən Fransanın guya Azərbaycan və Ermənistan arasında sülh prosesinə “töhfə” vermək üçün on illərlə “vasitəçi” maskası taxmasıdır. 44 günlük müharibədən sonrakı dönəmlərdə bütün imkanlarını səfərbər edən bu ölkə Azərbaycanı BMT TŞ-də cəzalandırmaq, AŞ PA-da sanksiyalara məruz qoymaq üçün dəridən-qabıqdan çıxdı. Əlindən gələni “beş qaba çəkdi”. Elə bu gün də hesab edirlər ki, prosesdə hansısa formada Paris yer almalıdır. Amma hansı üzlə? Qonşusunun torpaqlarını 30 il işğalda saxlayan Ermənistanı yenidən revanşa həvəsləndirdiyinə görəmi?

WhatsApp Image 2024-02-04 at 11.33.01.jpeg (166 KB)

Fransanın Ermənistana silahlar verməsi, Gürcüstan yolu ilə (?!) zirehli maşın və texnikalar göndərməsi, “Bastion”ların ardınca “Sezar” raket sistemlərini göndərməyə hazırlaşması geosiyasi intriqaları körükləməsi, sülh müqaviləsi istiqamətində prosesi pozan məkrli mövqe sərgilməsi, beynəlxalq səviyyədə Azərbaycana qarşı əclafcasına davranması bu ölkənin sülh masasının kənarında oturmasını yasaq edir. Odur ki, lap bundan sonra yüz dəfə hərbi avtomobilə oturub, əlində binokl, şərti sərhəddə poz versinlər, xeyri yoxdur! Xatırlayarlar yəqin, ötən il Aİ-nin böyük bir dəstəsi binokl əllərində Həkəri körpüsü tərəflərə səpələnmişdilər. Gorus yolu boyunca da Fransa TIR-ları...Axırı nə oldu? Suları süzülə süzülə geri qayıtdılar. Dərs olmadımı?

Bu günlərdə Eyfel qülləsi qarşısında ot tayası quraraq Parisi gülüş hədəfinə çevirən fermerlərin qarşısına çıxmağa üzü olmayan Fransa hakimiyyəti burnunu uzaq Qafqaza soxmaqdadır. Öz vətəndaşlarının, fermerlərinin elementar problemlərini həll edə bilməyənlər, əsrlər boyu mədəniyyəti, tarixi ilə adı nümunə olaraq çəkilən Parisin küçələrini traktorların parad məkanına çevirən, yerli biçarələrə “umac ova bilməyən” Makron hakimiyyəti – “böyük bacı” israrla “kiçik bacı”sına “əriştə kəsməy”i yrətməyə cəhd göstərir. Fransa Silahlı Qüvvələr naziri Sebastyan Lekornu ötən ilin oktyabrında demişdi ki, 2024-cü ilin əvvəlində Fransa əsgərləri Ermənistana göndəriləcək. Guya ki, erməni hərbçilərə təlim keçməkdən ötrü... Bir heyəti də “təlim” adı ilə yerləşdirmək istəyirlər. Afrikadan ...kimi qovulanlar indi Ermənistanda mövqe qurmaq, buradan Azərbaycana və digər ölkələrə qarşı xəpis niyyətlərini gerçəkləşdirməyə çalışırlar. Fransa Zəngəzur dəhlizinə nəzarətdən tutmuş, geri qaytarmağa çalışdığı ermənilərə “yengəlik” etməyədək çoxsaylı maraqlarını təmin etməyə çalışır. Amma birdəfəlik anlamalıdırlar: Azərbaycan dövləti Fransanın Ermənistanın himayədarı qismində regiona girmək cəhdlərinə imkan verməyib və bundan sonra da belə bir şansı onlara verməyəcək, göyə çıxsalar belə!

WhatsApp Image 2024-02-04 at 11.34.59.jpeg (94 KB)

Fransız generalın şərti sərhədlərə boylandığı saatlarda Çexiya vətəndaşının Ermənistandan Azərbaycana keçmək istəməsi də maraqlı “təsadüf”dür. Olmaya növbəti təxribat planı işə salınıb...Və eyni gündə ABŞ-ın İrəvandakı səfirliyinin - ən böyük kontingentə malik olan diplomatik nümayəndəliyin – amerikanlara müraciət edərək, onları Azərbaycanla sərhədlərə səfər etməməyə çağırması da nələrində baş verdiyini və ya planlaşdırıldığını təsdiqləyir. Davamlı şəkildə Azərbaycanın guya Zəngəzur dəhlizini azad etmək üçün hücuma keçəcəyi barədə dezinformasiyalar yayan şəbəkələrin ardınca baş verənlər, fransız generalın Aİ missiyasına baş çəkməsi, hələ dəqiqləşməyən sərhəd bölgəsinə gəlməsi...Qərb bölgədə yeni gərginlik ocağı çatmaq istəyir, bu gedişat belə qənaətə gəlməyə əsas yaradır. Bəzi ağıllı ermənilər anlayırlar ki, "yengə siyasəti" yürüdən "böyük bacı" onlara növbəti fəlakət gətirəcək. Amma bu siyasətə qarşı çıxacaq qədər iradəyə sahib deyillər...Tarix boyu kölə olmağa adət ediblər axı...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости