Свобода людям, независимость нациям!

Borrel Orban və Tatarın Şuşa səfərini niyə pisləyir...

2949 07.07.2024 14:31 Колумнисты A A

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, ispaniyalı Jozef Borrelin sosialist, liberal-demokrat əbası altında xristian fundamentalisti olduğu, peşə fəaliyyətində antitürk və islamofob xətt tutduğu çoxdan sirr deyil.

Bu barədə çox yazılıb. Borrel öz fəaliyyəti və açıqlamaları ilə bu cür materialların davamlı olmasını təmin edir. Adam sinninin bu vaxtında gənclik enerjisi ilə götürdüyü xətt üzrə irəliləməməkdə davam edir, ayrı işi-gücü yoxmuş kimi hər dəfə nəsə bir xoşagəlməz fikir səsləndərir.

Sonuncu dəfə o, Türk Dövlətləri Birliyinin Şuşada keçirilən qeyri-rəsmi zirvə görüşündə iştirak edən Viktor Orbanı – Macarıstanın baş naziri hədəfə alıb, onu Şuşaya səfərinə (eləcə də TDT-nin sammitinə) kölgə salmağa cəh edib.

ORBANO.jpg (215 KB)

Borrel və onun kimi müasir səlibçilərin (xaçlı döyüşçülər) fikrincə, Şuşa mübahisəli məkan olduğu üçün Avropa dövlətlərinin siyasi xadimləri, diplomatları bu şəhərə getməməlidirlər, çünki getsələr, bu, Şuşanın Azərbaycanın yurisdiksiyasında olmasının legitimliyinin tanınması demək olacaq.

Bu məkrli və qərəzli adamlar ilk daşı, bünövrəsi qoyulduğu gündən həmişə Azərbaycana, azərbaycanlıların təsis etdiyi Qarabağ xanlğına, daha sonra Azərbaycan SSR-ə məxsus olmuş Şuşanı nəyə görə mübahisəli şəhər sayırlar, bu zaman nəyə əsaslanırlar, bəlli deyil. Ermənistanın baş naziri Nikol Paşinyan və digərləri də dəfələrlə etiraf ediblər ki, Şuşada yaşayan ermənilərin sayı heç vaxt ümumi şəhər sakinlərinin 2 faizindən çox olmayıb.

Məsələnin de-yure hissəsinə gəlincə, Şuşa da, bütövlükdə Qarabağın dağlıq hissəsi də hər zaman Azərbaycana məxsus olub və Azərbaycanın öz sərhəd bütövlüyünü bərpa etməsinin qanuniliyi heç bir halda mübahisə, hətta müzakirə predmeti ola bilməz.

Borrel belə haqq-ədalət çarçısıdırsa, “xalqların öz müqəddəratını təyinetmə hüququ”nun qızğın tərəfdarıdırsa, o zaman öz ölkəsinin əyaləti olan və müstəqil dövlət qurmağa ermənilərdən 5 dəfə artıq haqqı çatan katalonların haqq səsinə qulaq versin. Ermənilərdən fərqli olaraq katalonlar ispanlara qarşı silah qaldırmayıblar, qırğınlar, qətliamlar törətməyiblər, qoşun birləşmələri formalaşdıraraq, Madridə qarşı müharibə aparmayıblar. Onlar dövlət müstəqilliyinə seçkiylə, referendumla, parlament mübarizəsi ilə nail olmağa çalışırlar, amma bütün liderləri hazırda həbsdədir və heç bir Avropa təşkilatı onlara azadlıq tələb etmir.

Azərbaycana qarşı silahlı müqavimət hərəkatının ikinci dalğasına rəhbərlik edən Vardanyan və “DQR” separatçılarının rəhbərləri üçün isə özünü həlak edənlər çoxdur.

Macarıstanın baş naziri Viktor Orban iyulun 6-da Azərbaycanın Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (OTT) sammitində Avropa İttifaqını təmsil etməsinə dair iddia irəli sürməyib. O, öz ölkəsinin lideridir, Azərbaycanın müttəfiqidir və Avropa eksponsionizminə müqavimət göstərənlərdən biridir. Bu şəxs heç Avropanın ən qüdrətli ölkələrinin qabağından qaçmır, Borrel kimilərin sözünü də ciddiyə alası deyil.

Borrel Şimali Kipr Türk Cümhuriyyətinin lideri Ersin Tatarın Şuşa zirvəsində iştirakına da toxunub və bunu ŞKTC-nin legitimləşdirilməsi cəhdi adlandıraraq pisləyib.

TATARO.jpg (209 KB)

Bu da açıq-aşkar ikili standart deməkdir. ŞKTC 50 ildir müstəqil dövlət kimi fəaliyyət göstərir. Özü də bu tanınmamış dövlət sırf Kipr türklərinin Yunanıstan dövləti tərəfindən genosidə məruz qoyulmasının qarşısının alınması üçün, məcburiyyətdən yaradılıb. Üstəlik, təxminən 20 il öncə bütöv adada keçirilən referendumda Kipr türkləri birgəyaşayışa “hə” dedikləri halda yunanlar buna qarşı çıxaraq, türklərin adadan deportasiya edilməsi və hüquqsuz halda yaşamasına tərəfdar olduqlarını bildiriblər. Bu, artıq ŞKTC-nin dövlət kimi tannmasını zəruriləşdirirdi, ancaq Avropa dövlətləri öncədən verdikləri sözü tutmadılar və ŞKTC-ni tanımadılar.

Hazırda isə var qüvvələri ilə çalışırlar ki, ŞKTC-nin müstəqil dövlət kimi tanınmasına mane olsunlar.

Maraqlıdır ki, ŞKTC-nin müstəqil dövlət olmasına qarşı olan Borrel kimilər bu tərəfdə, Qarabağda ermənilərə ikinci “müstəqil dövlət” qurmaq üçün dəridən-qabıqdan çıxırdılar.

TATARİ.jpg (171 KB)

Çünki ŞKTC-də müstəqil olmaq istəyən müsəlman türklərdir, Qarabağda separatçılıq edən isə xristian ermənilərdir. Hər iki münaqişdə avropalıların mövqeyini müəyyən edən amil dini təəssübkeşlikdir.

Bəzən ağlımız borrellərin təraş olunmuş sifətinə, səliqəli kostyumlarına, dəbli qalstuklarına və tutduqları vəzifələrin müasir və qulağa xoş gələn adlarına gedir, elə bilirik ki, onların 500-700 il əvvəliki səlibçilərlə əlaqəsi yoxdur. Elə deyil. Onların bir çoxunun düşüncəsi eynidir, nə etsinlər, etməsinlər, özlərinə yaxın olan dini konfessiyalara, etnik qruplara daha üstün, daha sərfəli şərait yaratsınlar, dominantlıqlarını təmin etsinlər.

Acı gerçəklik budur. Bəzən bu gerçəkliklərin “demokratiya”, “insan haqları”, “libirallaşma” kimi pərdələrə bürüyərək bizi aldatmağa çalışırlar, əsl məqsədlərini gizlədirlər, amma biz son 30 ilin hər cür hadisələrini görə-görə gəldiyimizdən pərdə arxasındakı əsl məqsədin nədən ibarət olduğunu bilirik.

Ona görə də makronların, borellərin, hər cür zibertlərin və digər zir-zibillərin boşboğazlığının bizim yürüyən karvana maneçiliyi ola bilməz.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости