Свобода людям, независимость нациям!

Boris Consonun gülməli istefa səbəbləri

1940 09.07.2022 11:05 Колумнисты A A

Yaponiyanın keçmiş baş naziri Sindzo müəllimi (onlarda Sindzo san deyirlər - bu da bir daha göstərir ki, əslində yapon dili Azərbaycan-türk dilindən törəmədir, çün, sanılmaq bizdə hörmətli olmaq anlamına gəlir) küçədə çıxış elədiyi yerdə vurub öldürdülər.

Tofiq Yaqublu gərək bu vəziyyətdən dərs alsın və daha küçədə çıxış eləmək kimi mənfi istəklərindən, adətlərindən əl çəksin. Yoxsa günaşırı baxırsan haradasa piket eləmək fikrindədir. Gah Bakı ŞİH-in qabağı, gah NK-nın önü... Başa düşmürəm bu istidə orada nə var. Guya NK hansısa səlahiyyətə malikdir və xaricə sərhədləri aça bilər. Təzə etirazın motivi bu cürə qoyulmuşdur.

Yeri gəlmişkən, söhbəti eşidəndə NK əməkdaşlarından bir neçəsi gülməkdən ölüb, bir neçəsi də gülməyini saxlamaq üçün özünü bulvardakı hovuza atıb, boğulub həlak olmuşdur. İndi bu hallara kim cavab verəcək? Nazirlər Kabinetində heç gilas satmağa səlahiyyət qalmamışdır. Məzə üçün idarəni saxlayırıq. Turistlərə göstərməyə. Binası tarixi binadır, yoxsa çoxdan uçurdarıq.

Bəli, Yaponiyadan fərqli olaraq bizdə adamları küçədə çıxış elədiyi üçün vurub öldürmək adəti yoxdur. Uzağı 10 sutka verirlər, gedib dincəlirsən.

Ümumiyyətlə, Yaponiyada bu rəhmətlik baş nazir ən çox vəzifədə qalan baş nazir idi. 10 il qalmışdı. Misal üçün, Artur müəllim bizdə baş nazir olanda Yaponiyada 11 baş nazir dəyişilmişdi. Sözgəlişi, İsveçrədə prezident olmağın rəsmi müddəti 1 ildir, ona görə saatları xarab vaxtı göstərir, şokoladları da qurdludur, ancaq bu bizim tema deyil, elə-belə yazdım.

Yəni Sindzo müəllim şeytanın qıçını qırıb ən uzun vəzifədə qalmışdı, onu da işdən çıxanda öldürdülər. Bu yaponlar əcaib, dəli camaatdır. A kişi, köhnə baş naziri öldürməklə sənə nə xeyir gələcək? Bəlkə uşaq pulu artacaq? Hələ bəzilərinə söyüş söyəndə gedir xarakiri eləyir. Ləyaqət hissinə görə (nəsə belə bir şey, hiss var xaricdə). Xəncəri soxur qarnına, elədən-belə doğrayır. Bunların məşhur yazıçısı var, Yukio Misima, özünü belənçik qətlə yetiribdir. Halbuki ağlı olsa Yaponiya Yazıçılar Birliyinə üzv olub dövlətdən ev, maşın, təqaüd, balıq qızartması, hər razmerdə kimono və geyşa əldə edərdi.

Hətta Yaponiyada bir meşə var, camaat gedir orada ölür. Azmaq üsulu ilə. Bu da çox mənasız hərəkətdir. Meşəni sat hansısa məmura, o da qırağına “Mənim ağaclığım, giriş yasaq!” lövhəsi qoysun, görüm ora kim girə bilir. Nəticədə ölən olmaz, xalq xoşbəxt gələcəyə doğru mətin addımlar atar.

Britaniya millətinin işi lap anekdotdur, üzr istəyirəm, təmiz zırramalıqdır. Neçə gündür dirəşib Boris Consonu - baş naziri istefaya yolladılar. Bu da qəhrəman türk soyundan idi, babasının adı Əli Kamal olmuşdur. Və mənə çox maraqlı idi ki, Boris müəllimin xalqın nifrətini qazanma səbəbləri nədir. Tapıb oxudum, heyrətimdən bu yayın cırhacırında donmuşam. O qədər mənasız iddialardır... Bir nəfər varmış, ona-buna sürtüşürmüş (erotik mənada), onu nazir qoyub, bir də pandemiya vaxtı nazirlər kabinetində spirtli içkilərlə yeyib-içmək düzəldib oynaşıblar.

Vəssalam. Başqa heç zad yoxdur. O boyda adamı bu iki düşük söhbət üzündən işdən qovdular. A kişi, bunun korrupsiyası olmalıdır, repressiyası, traybalizmi, oliqarxiyası, qara iqtisadiyyatı, boz kardinalı, mavi adalarda ofşoru,  nə bilim, daha nə rəngarəng zibil işlər görməlidir. Ondan sonra düş üstünə, müddətini artır, qoy xalqa xidmətdə zülüm çəksin. Yoxsa əylənməyə görə adam çıxararlar? Əgər nazir qoyduğun adam ona-buna sürtüşməsə, daha onu niyə nazir qoymusan?

Mən təklif edirəm biz belə yerə bir də müqəddəs Qarabağ atı göndərməyək.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости