Свобода людям, независимость нациям!

Blinkenin Lavrova zəngi: “Müharibəni biz başladar, biz bitirərik...”

2135 29.07.2022 23:36 Колумнисты A A

ABŞ dövlət katibinin Moskvaya zənginin açıqlanan motivi sadəcə, pərdədir...

ABŞ dövlət katibi Entoni Blinkenin Rusiya xarici işlər naziri Sergey Lavrova zəng edə biləcəyi haqda bir gün əvvəl anons verilmişdi. Ukrayna müharibəsindən bəri iki ölkə arasında həbs edilmiş vətəndaşlarının dəyişdirilməsi baş tutmuşdu, amma yüksək səviyyəli rəsmi təmas olmadan... Bu, müharibədən bəri iki ölkə arasında ilk rəsmi təmasdır.

Blinken Lavrovla telefon danışığı apardığını özü açıqlayıb. Blinken deyib ki, Lavrovla açıq söhbəti olub və tərəflər həbsdə olan vətəndaşlarının taleyini müzakirə ediblər. Blinkenin sözlərinə görə, o, Moskvadan “amerikalılar Pol Uilan və Brittni Qrineri azad etmək təklifini qəbul edilməsində israr edib”. Bundan əlavə, dövlət katibi Lavrova Ukraynanın bir sıra regionlarının ölkənin tərkibinə daxil olacağı təqdirdə, ABŞ-ın Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etmək niyyəti barədə xəbərdarlıq edib. Rusiya xarici işlər naziri isə ABŞ-ın və müttəfiqlərinin Ukraynaya verdiyi silahların münaqişənin həllini yubatdığını deyib. Rusiya XİN bəyan edib ki, Lavrov həmçinin ABŞ sanksiyalarının dünyadan yaradığı ərzaq böhrandan gileylənib, İstanbulda imzalan taxıl razılaşmasının detalları barədə məlumat verib, o cümlədən iki ölkə arasında münasibətlərin müzakirə edilib.

Blinkenin zənginin əsas açıqlanan motivi həbsdəki ABŞ vətəndaşları ilə bağlı olduğu sadəcə, bir pərdədir, şirmadır. Baxaq görək, dövlət katibini necə deyərlər, ilin-günün bu vaxtında yadına saldığı dustaqlar kimlərdir?

ssss.jpg (111 KB)

Rusiyalı Viktor But 2008-ci ildə Tailandda həbs edilmiş biznesmendir. ABŞ rusiyalını ABŞ-a ekstradisiya edəndən sonra qanunsuz silah ticarəti və terrora dəstək maddələri ilə mühakimə edib. But 2012-ci ildə məhkəmə tərəfindən 25 il həbs cəzasına məhkum edilib. But hələ də özünü təqsirli bilmir.

Amerikalılara gəlincə, Pol Uilan 2018-ci ildə həbs edilib. İstintaq hesab edib ki, Uilan kəşfiyyatçısı kimi məxfi məlumatlar toplayıb, FTX və Rusiya Müdafiə Nazirliyinin əməkdaşlarını əməkdaşlığa cəlb etmək istəyib. 2020-ci ildə Rusiya məhkəməsi onu casusluqda ittiham edərək, 16 il həbs cəzasına məhkum edib. Brittni Qreyner isə adi basketbolçudur və Yekaterinburq klubunda oynayıb. Qreyner Rusiyaya gələrkən baqajında ​​həşiş yağı tapıldıqdan sonra həbs edilib. Hazırda onun məhkəməsi gedir.

Rusiya Butla bağlı mövzunu zaman-zaman gündəmə gətirsə də, ABŞ onun ekstradisiyasına həmişə mənfi cavab verib. İndi hətta iki ölkə arasında müzakirəyə layiq olmayan “həşiş dustağının” azadlığı üçün “düşmən və izqoy” elan edilmiş Rusiyanın əsas nazirinə zəng etmək inandırıcı deyil.

ABŞ bəhanə nə olursa-olsun başa düşür ki, Rusiya ilə gec-tez təmasları bərpa etmək, bəlkə də danışıqlar masasına oturmaq lazım gələcək. Bunu isə iki gücün ortasında xaraba qalan təkcə Ukraynanın maraqları tələb etmir, ABŞ-ın da, Rusiyanın da bu təmaslara ehtiyacı var. Yəni bu bir-birini görməzdən gəlmək, bir-birinə media vasitəsilə hədə mesaj göndərməkdənsə, bir-birlərinə sözlərini birbaşa desinlər, cavabı da alsınlar. Amerika strateqleri onu da başa düşür ki, Ukrayna böhranı çıxılmaza gedir, ABŞ iqtisadiyyatı da çətin vəziyyətə düşüb. Üç aydan sonra ölkədə seçkilər var, indidən aydındır ki, demokratların işi xarabdır. “Ukrayna kartı” ilə oynamaqla isə daha seçici səsi almaq çətindir, Avropada bir-bir taxtdan düşən hökumətlər həm də Ukrayna siyasətinin qurbanlarıdır.

lənrbdmy.jpg (77 KB)

ABŞ bu prosesin əsas oyunçusudur, müharibə də onu təhriki ilə başlayıb, indi isə gərginlik bütün dünyaya yayılmaqdadır. Məşhur “Qurdlar vadisi” dizisində Karahanlı ABŞ-ın ağzında əbəs yerə “savaşları mən başlar, mən bitirərim” demirdi. Putinin suçu məlum, amma Ukrayna savaşını ABŞ başladıb, ingilislər idarə edir, ukraynalılar isə ölüllər...

8məq.jpg (39 KB)

Blinkenin bugünkü zəngi bu müharibəyə “dur” deməyin zamanı çatdığını göstərir. Qərbin nüfuzlu qəzetlərinə baxın, Qərb enerji ilə təminat sahəsində üzləşdiyi çətinliklərdən xilas olmaq üçün Ukrayna məsələsində əvvəlki qətiyyətindən imtina edir. Ukraynanın Blinkenin zənginə reaksiyası yaxın saatlarda bəlli olacaq, amma Kiyevin yaranmış vəziyətlə bağlı “dalağı sancdığı” xarici işlər naziri Dmitri Kulebanın açıqlaması təsdiq edir. Nazir deyib ki, Kiyevin bir sıra Qərb tərəfdaşları qış yaxınlaşdıqca Rusiya ilə danışıqlara can atırlar. “Enerji resursları ilə bağlı problemlərə görə bəzi Qərb dövlətləri Rusiya Federasiyası ilə sülh danışıqlarına başlamaq üçün fəal təkliflərlə çıxış edir”. Qərbin Kiyevin arxasında durması lazım, Rusiya bu çəkilməni hiss etsə, iştahası daha da arta bilər. Amma Qərb Kiyevi Moskva ilə danışıqlar masası arxasında əyləşməkdə israr edərsə, bunu da başa düşmək lazımdır. Ukrayna zatən ciddi zərbə aldı, düzəlməsi illər çəkə bilər. Amma Avropa da çökərsə, bu ancaq Rusiyanın işinə yarıya bilər.

s446644.jpg (40 KB)

Rusiya ilə danışıqlar zamanı gəldiyini demək sadəlövhlük olardı, amma Blinkenin zəngi bir işarədir. Bundan Putin də, Zelenski də nəticə çıxarmalıdır...

 

Nazim Sabiroğlu,
Musavat.com

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости