Свобода людям, независимость нациям!

Bizim olmayan müharibədən necə qaçmalı? – Qələbəmizə “donuz piyi” qatmaq istəyənlər

2114 02.04.2023 16:00 Колумнисты A A

4 günlük (2016) Aprel döyüşlərindəki şəhidlərimizi bu günlər məxsusi rəhmətlə anırıq. 2020-ci ildəki möhtəşəm Hərbi Zəfərimizin müjdəçisi olan, təcavüzkar Ermənistana göz dağı həmin döyüşlər erməni işğalının bitəcəyi günün çox uzaqda olmadığının ilk sanballı xəbərçisi idi.

Doğru, daha 4 il yarım gözləməli, səbir eləməli olduq. Səbirliləri isə Allah sevər. Çünki deyirlər, səbrin özü elə duadır. Bir neçə il də dözdük, nəhayət, dualarımızı Haqq-Təala eşitdi. İşğalçı ordunu iti qovan kimi qovduq, erməni vəhşiliyinin qurbanı olmuş minlərlə günahsız insanımızın, şəhidlərimizin qisasını aldıq.

Amma 10 noyabr sənədi imzalansa da, müharibə bitməyib. Çünki qələbəmizi tam maddiləşdirə bilməmişik. Sülh müqaviləsi imzalanmayıb. Düşmən Qarabağdan imtina eləməyib. “Şeytan yuvası” Xankəndi, Xocalı şəhəri və bəzi digər ərazilərimiz hələ də nəzarətimizdə deyil. Başqa Fransa olmaqla, Qərbin bəzi dövlətləri, anti-Türk “mərkəzlər”i üç ildir halal qələbəmizə “donuz piyi” qatmağa, ayağımızın altını qazmağa çalışırlar.

Aprel döyüşləri | İnsanoid

Odur ki, davamız davam edir. Amma əsasən diplomatiya müstəvisində, informasiya sahəsində. Separatçı ünsürlər, İrəvan və erməni lobbisi dünyadakı havadarları ilə əl-ələ, çiyin-çiyinə nə qədər köhnə status-kvonu qaytarmağa səy eləsələr də, cəhdləri boşa çıxır. Çünki hərbi və strateji mövqe üstünlüyümüz, Azərbaycanın iqtisadi və energetik vazkeçilməzliyi, Ermənistanın isə “dalan və izqoy” ölkə statusu öz sözünü deyir və deyəcək.

Uzağı, 2025-ə yerdə qalan məsələlər də bitməlidir. Erməni radikal-revanşistlər və onlara “zəhər verən kərtənkələlər” göyə də çıxsa, sülh gündəliyini böyük ölçüdə Azərbaycan müəyyən edir və edəcək. Fəqət, bu, arxayınlaşmağımıza, sərvaxtlığımızı itirməyimizə, yaxud daha betəri, unutqanlığımıza əsas yaratmamalıdır. Belə görünür, köhnə “erməni xəstəliyi”nin geri dönməməsi, “residiv” verməməsi üçün vaxtaşırı “dəmir qapaz”lara ehtiyac olacaq.

Ermənilərin Qarabağda növbəti hoqqabazlığı - bu dəfə “rus icması” adlı  tamaşa qurublar

Yəni hərbi-siyasi yol və ya “qamçı və kökə” siyasəti irəliyə paralel şəkildə, qoşa aparılmaldıır. Danışıqlara da getməliyik, görüş də təklif eləməliyik, Qarabağdakı erməni icmasına barışıq əli də uzatmalıyıq, ümumi hədəf naminə arada xırda-para güzəştlərə də getməliyik, lakin yeri gələndə yumruğumuzu stola çırpıb sözü hərbçilərimizə, komandolara, “Bayraktar”lara buraxmalıyıq. Yoxsa haylar ifrat sülhpərvərliyimizi zəiflik zənn edib quduracaqlar.

Onları bizdən yaxşı tanıyan kim ola bilər ki. Bunlar - 4 günlük Aprel savaşını az qala, Ermənistanın uğuru sayan çox sırtıq bir məxluqat. 2-ci Qarabağ müharibəsindəki qələbəmizi də mifik xarici hərbi qüvvələrin, “Suriyadan gətirilmiş terrorçular”ın adına çıxıb, necə ildir özlərinə təsəlli vermirlərmi? Tarixi də belə saxtalaşdırıblar - bu gün yazıb qoyduqları yalan-palanı sabah, on illər sonra “elmi və tarixi dəlil” kimi tarixçilərin qabağına atmaqla.

Şanlı və uğurlu Aprel döyüşlərindən altı il ötür - AZƏRTAC

Kəsəsi, qələbə eyforiyasına düşməməli, düşmənin öz xislətini dəyişməyəcəyinə əmin olmalı, şahmat termini ilə desək, diplomatiya taxtasında həmişə 4-5 gediş qabağı düz hesablayıb ermənini daima fakt qarşısında qoymağı bacarmalıyıq. Əks halda, masa arxasında şərtləri biz yox, əlində “erməni maşası” tutan güclər diktə edəcək.

Söhbət həm də 10 noyabr qələbəmizi əhəmiyyətsiz hala gətirmək üçün Azərbaycanı hansısa lüzumsuz müharibəyə (bizim olmayan müharibəyə), özəlliklə də İranın qatılacağı regional savaşa və ya Rusiyaya qarşı müharibəyə cəlb eləməkdən gedir. O səbəbə diqqətli olmamız gərəkir. Əks təqdirdə 44 günlük savaşdakı Zəfərimiz maddiləşməmiş qalacaq, itkilərimiz bitməyəcək...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости