Свобода людям, независимость нациям!

Bir abırlı gedəcək, üç həyasız gələcək

1548 15.08.2022 16:40 Колумнисты A A

 

Bu, acı, bir az da turş faktdır: ölkəmizdə deputatların çoxunu, yumşaq desək, az sevirlər, sərt desək, sevmirlər (çox sərt olmadı, görəsən?). Görünür, bunun nəsə bir dərin psixoloji və ümumi sosioloji səbəbləri var. Yoxsa qanunvericilik orqanının üzvlərinin hamısına eyni münasibət olmazdı, adamlar bir-birindən fərqli olduğu üçün camaat da onları fərqləndirərdi.

“Qanunvericilik” demişkən, xalq deputatların hazırladığı qanunlardan da narazıdır və hesab edir ki, bütün qanunlar varlıların ciblərini doldurmağa, kasıbları isə daha da soymağa hesablanıb. Bir dəstə adam da o fikirdədir ki, onsuz da həmin qanunlar deputatlara layihə şəklndə, hazır gəlir, onlar da eləcə notarius kimi təsdiqləyirlər. Guya ki, bundan ötrü o qədər adama maaş, imtiyaz verməyin xeyri yoxdur.

Əlbəttə, o qənaət haqlı deyil. Elə olmaz. Demokratiyanın əzəl şərtlərindən biri icraedici və qanunverici hakimiyyətin bir-birindən ayrı olmasıdır. Avropa ölkələri parlament institutunun zəruriliyini çoxdan qəbul edib və daha bu xüsusda mübahisə etmirlər. Bilirlər ki, deputatlarsız siyasət yoxdur, ola bilməz.

Bu tərəflərdə isə elə deyil. Ona görə də bir çox deputatların adı il on iki ay dildə-dişdədir.

Son 8 ayda deputatlara qarşı aparılan qara piar kampaniyalarını təzədən birbəbir sadalamaq istəmirəm, buna ehtiyac da yoxdur, hamı ölkə gündəmini izləyir və bilir ki, ayrı-ayrı deputatlarla bağlı süni qalmaqallar gündəmdən çıxmır. Prosesin rubrikası da var: “Daha bir quşlama”.

Xüsusi bir qrup var, müvafiq rubrikada işlədilmək üçün, türkün sözü, malzamə olmayanda, özləri nəsə bir şey uydurur, hansısa deputatın adına söz qoşur, adamı hədəf taxtasına çıxarır, adını eninə-uzununa hallandırırlar. O xəbər tutub “mən elə söz deməmişəm” deyənəcən, gün günortadan keçir, toran çalanda təkzib yayılır, amma qınama, lağetmə səciyyəli müzakirə gecə yarısına qədər davam edir. Ertəsi gün bir başqasını o günə qoyurlar, sonrakı gün ayrısına ilişirlər.

Bu “siyasət”ə haqq qazandıran adamlar deyirlər ki, barələrində feyk xəbərlər uydurulan, şəxsiyyətləri təhqir edilən deputatlara o da azdır, saxta yolla seçilməyəydilər, “vay reputasiyam” deməyəydilər.

Amma bu, düzgün söhbət deyil. Adamın mandatının saxta olması avtomatik olaraq onun cinsi azlıq və ya qədim peşə sahibi olması anlamına gəlmir. Kim xoşumuza gəlmirsə, onu “petux” adlandıra, üstünə “fahişə” adı qoya bilmərik, adamın mandatı saxtadırsa, “mandatı saxtadır”, bisavaddırsa, “bisavaddır” deməliyik. Siyasi rəqibi qurşaqdan aşağı “vurmaq” saxta mandat daşımaq qədər iyrənc işdir.

Üstəlik, kim deyir ki, bu yolla siyasi uğur əldə etmək olar? Lap tutaq ki, özünü axırıncı yola qoymuş siyasi sekta bir az abırlı deputatları söyə-söyə pisikdirib, növbəti seçkilərdə deputatlığa namizəd olmaqdan imtinaya vadar etdi, o zaman nə olacaq, hamı kənara çəkilib deyəcək ki, biz artıq deputat olmaq istəmirik, ünvanımıza söyüş söyürlər, qoy başqaları olsun, onlar söyülsün?

Elə olmayacaq. Söyüşdən qorxub mandat istəməyən bir deputatın yerinə söyüşdən qorxmayan, hətta daha özü daha çox söyüş bilən üç həyasız adam namizəd olacaq və onların biri, ən həyasızı seçiləcək. Növbəti çağırışda kimsə onları da sələfləri kimi söyə-söyə pisikdirmək istəyəndə adam Botsvana kərgədanı kimi ağzını bir metr ayıracaq, onu söyənlərə 5 qat artıq söyəcək, yaxud da məhkəməyə, prokurorluğa müraciət edib adamların başına iş açdıracaq.

Bir bizdə deyil, dünyanın, demək olar ki, bütün ölkələrində xalqın deputatlara münasibəti, yumşaq desək, yaxşı deyil. Əksər ölkələrdə deputatları xor görürlər, “müftəxor” hesab edirlər, gücləri çatdığı qədər şəbədə qoşurlar. Məsələn, Böyük Britaniyada Hindistan əsilli, Kit Vaz adlı bir deputat var, əvvəllər Avropa üzrə nazir də olub, xalq ona “Vazelin” ayaması qoyub.

Kit Vazın bu ləqəbi qazanmasının təxminən iki səbəbi var. Biri odur ki, bu adam çox sürüşkəndir, qalmaqallara düşür, yaxa ələ vermir, sürüşüb çıxır. Vaxtilə o, yazıçı Salman Rüşdi barədə ölüm fətvası veriləndə yazıçıya zəng edib, “Salman, qardaş, qorxma, arxandayam” deyib, amma iki həftədən sonra Londonda yazıçıya qarşı keçirilən mitinqdə çıxış edərək, “onun kitabı qadağan olunmalıdır” deyə hayqırıb. Adamın riyakarlığının üstü açılanda özünü elə lezvalayıb ki, ta bir söz deməyiblər.

İkinci səbəb də odur ki, 2016-cı ildə deputat Kit Vazı kişilərlə cinsi əlaqədə olarkən tutublar, qalmaqal qopub, adam deyib, içkimə nəsə qatmışdılar, heç nə yadıma düşmür, belə bir şey olubsa da, bu, mənim şəxsi işimdir, kimin nə borcunadır.

Bax, görürsünüzmü, başqa ölkələrin belə parlamentarları var, üstlərində vazelin tutulanda da, boyunlarına heç nə qoymaq olmur.

Bizimkilər, Allaha şükür, elə şərəşur işlərlə məşğul deyillər. İndi kimsə deyəcək ki, qoy özü seçilsin, kit vazlardan bizdə də olsun. Ta nə bilim.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости