Свобода людям, независимость нациям!

Bəzi suallar

1824 30.03.2023 10:17 Колумнисты A A

Kimliyindən, vəzifəsindən, mövqeyindən, bəyənib-bəyənmədiyimizdən asılı olmayaraq Azərbaycanda kimə qarşı terror törədilirsə, o, bizim hər birimizə qarşı terrordur. O baxımdan deputata güllə atılmasını qətiyyətlə pisləyirəm. Belə anlarda şübhələrin bədnam qonşularımıza yönəlməsini də təbii qarşılayırıq, çünki cəmiyyətimizdə kök atmış yanlış təsəvvür növbəti dəfə puç olur. Axı biz adətən nə deyirik? Ən böyük düşmənimiz guya özümüzük, özümüzə balta çalarıq, nə bilim, bizə başqa düşmən lazım deyil və sairə. Əslində belə deyil. Azərbaycanın çox ciddi xarici düşmənləri var və onların gücünü görməzliyə vurmaq ziyanımızadır.

Ancaq hər terror müəyyən suallar da ortaya çıxarmalıdır və çıxarır. Məsələn, niyə deputata güllə atılmazdan cəmi 1 gün öncə hüquq-mühafizə orqanlarından birinin yaydığı film diqqətdən kənarda qalır? Axı orada açıq-aydın mesajlar var idi, tutulanlar deyirdilər ki, bizə bir tanınmış ictimai-siyasi xadimin evini güdmək, ona terror eləmək tapşırılmışdı. Tapşırığın İrandan gəlməsi açıq deyilirdimi, doğrusu, bu yadımda qalmayıb. Eyni zamanda terror törədiləcək xadimin kimliyi də verilişdə açıqlanmırdı, qaranlıq qalmışdı. Əgər söhbət bu deputatdan gedirdisə, niyə onun mühafizəsi lazımi qaydada təmin edilməyib? Deputata orqanlar tərəfindən ən azı ehtiyatlı olması barədə xəbərdarlıq edilmişdimi? Bunu da bilmirik.

Yazıçı-publisist Rafiq Tağıya qarşı eyni ünvanlardan terror hədəsi əsəndə hökumət onu qorumaq əvəzinə türməyə basmışdı. Guya belə qorumuşdular. Axırda da yenə öldürüldü və hadisə ərazisindəki 17 kameradan heç zad çıxmadı. Qatil və sifarişçi isə indiyəcən tapılmayıb. Hətta açılan cinayət işinin detalları da cəmiyyətə qaranlıqdır. Nəinki cəmiyyət, Rafiq Tağının ailə üzvləri belə o “qapalı-açıq” cinayət işi ilə tanış ola bilmir! Təsəvvür edirsinizmi?

Yaxud  biz bunun üzərində mütləq ciddi şəkildə düşünməliyik ki, niyə gülləbarana məruz qalan, yaralanan şəxs ilk növbədə hüquq-mühafizə orqanlarını, təcili yardımı-filanı axtarmaq əvəzinə doğma qardaşı oğluna zəng vurubdur. ABŞ-dakı 911 təcili yardım, xilas xidmətinin alternativi bizdə 112 nömrəsidir. 112-ni hətta telefonun kodunu açmadan yığmaq mümkündür. Lakin gəlin etiraf edək, neçə insan tanıyırsınız ki, onlar dara düşəndə “qardaş oğlu”, “dayı”, “dost”-filan əvəzinə ilk olaraq 112-ni yığır?

Dövlət orqanlarına, xüsusi xidmətlərə etimad, etibar olduqca əhəmiyyətli məsələdir. Qərbdə vətəndaşlar hər hansı şübhələndiyi hal olanda, elə adicə, yüngülvari qanun pozuntusu ilə üzləşəndə dərhal hüquq-mühafizə orqanlarına, ilk növbədə polisə məlumat verirlər. Çünki qanun qarşısında hamının bərabər olduğunu gündəlik həyatlarından yaxşı bildikləri kimi, qanunsuzluq qarşısında da hamının bərabər olduğunu dərk edirlər! Başa düşürlər ki, bu gün qırmızı işıqdan keçən avtomobilin nömrəsini yazıb şikayət etməsən, sabah o maşın elə sənin özünü və ya əziz adamını vurub öldürəcək. Təəssüflər olsun, bizdə polisə cinayəti, yaxud cinayət şübhəsini xəbər vermək “işverənlik” kimi bir sözlə, neqativ damğalanır, pis hərəkət sayılır. Daha ağır, söyüşlü sözlər də var. Və maraqlıdır ki, qanunun keşiyində durmağa bu cür neqativ münasibətin yaranmasında elə orqanların özünün müstəsna xidmətləri vardır. Nəyə görə? Çünki bu işi - ümumxalq təhlükəsizliyi məsələsini də inhisarda saxlamaq istəyirlər! Sanki hamı xalqı qorumağa qalxsa, bu fəaliyyətin bazburutu aşağı düşəcəkdir.

Ancaq güvənliyi xalqla paylaşmaqdan qorxmaq lazım deyil. Onsuz xalqın böyük iddiaları yoxdur və yaxın tariximiz göstərib ki, camaat istəyəndə dövləti üçün faktiki təmənnasız can verməyə hazırdır. Düşmənin kimliyindən, terrorun şiddətindən asılı olmayaraq bizim camaat vuruşmağı bacarır. 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости