Свобода людям, независимость нациям!

Balayanla ziyafətin güdazına gedən diplomat - Kazimirovun ermənilərlə əbədi məhəbbət nağılı

3437 14.06.2022 10:00 Колумнисты A A

 

O, elə adamdır ki, hər dəfə bir səs-sorağı çıxanda insanlar təəccüblənir, bir qədər səmimiyyətlə, bir az da satkastik tonda deyirlər: “O, hələ sağdırmı?”

Bu sual ona görə ikibaşlı planda səslənir ki, Vladimir Kazimirov çoxdan ölkəmizin əhalisini bezdirib və onlarda “ölsün də, üzümüz bu yaramazdan qurtarsın” qənaəti yaradıb.

Onun hələ də sağ olması bir də ona görə təəccüb doğurur ki, gödəkömürlü kişilər diyarı olan Rusiyada o yaşda adamlar tək-təkdir. Kazimirovun 93 yaşı var, tay-tuşları 30 il əvvəl ölüb.

Hələ 25-30 il əvvəl o, ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistana və Azərbaycana tez-tez gələrək fəallıq, əslində isə canfəşanlıq göstərəndə yaşlı kişiydi. Hamı elə bilirdi ki, bu qədər qonaqlıqların, spirtli içkilərə meylliliyin qabağında o, uzun yaşamayacaq, bir gün serroz olub öləcək.

2f2ddbffcdc97b7ca919a77f707ef518.jpg (137 KB)

Ancaq bu qərəz dağarcığı hələ də sağdır, hələ də öz bəlli ampluasındadır: Qarabağ münaqişəsinə dair açıqlamalar verir və həmişəki kimi ermənilərin tərəfindən çıxış edir. Bu dəfə Kazimorov belə bir sayıqlama irad edib: “Qarabağla bağlı istənilən müzakirə Azərbaycanın mövqeyinin pislənməsi ilə başlanmalıdır”; “Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri kifayət qədər qeyri-müəyyəndir”.

Söz yox, onu sinninin 93-də “xortladan” erməni mediasıdır. Erməni jurnalistlər Kazimirovun birmənalı olaraq öz tərəflərində olduğunu bilirlər və onu növbəti dəfə öz xeyirlərinə danışdırmaqla “saman çöpünə əl atan boğulan adam” roluna girirlər.

Kazimirov barəsində bir maraqlı olmuş əhvalatı daha sonra yazaram (onu da deyim ki, həmin epizodu uzun illər öncə də yazmışam, ona görə təkrar edirəm ki, həm aktualdır, həm də üstündən çox vaxt keçib). İndi isə onun avtobiqrafiyasına nəzər salaq.

Vladimir Nikolayeviç Kazimirov 1929-cu ilin avqust ayında Moskvada doğulub. 1953-cü ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu, 1962-ci ildə SSRİ XİN-in Ali diplomatiya məktəbini bitirib.

1953-54-cü illərdə Macarıstanın Debretsen şəhərində konsulluqda işləyib. 1954-59-cu illərdə Macarıstanda sovet səfirliyinin əməkdaşı olub.

big_1399882954_2494100 (1).jpg (124 KB)

Kazımirovun tərcümeyi-halının bu sətrinə diqqət edək. Sovet ordusu Macarıstanı işğal edərək, Budapeştdə qırğın törədəndə, qanuni hökuməti devirib liderləri güllələyəndə Kazımirov hadisələrin episentrində olub.

1959—1960-cı illərdə o, SSRİ XİN-in mərkəzi aparatında işləyib. 1962-66-cı illərdə SSRİ-nin Braziliyadakı səfirliyinin 1-ci katibi olub. Sonra yenidən nazirliyin mərkəzi aparatına qayıdıb.
1971-75-ci illərdə SSRİ-nin Kosta-Rikadakı səfiri olub. 1975-80-ci illərdə SSRİ-ni səfir kimi Venesuelada təmsil edib. 1980-81-ci ildə XİN-də şöbə müdiri vəzifəsinə işləyib. 1987-90-cı illərdə SSRİ-nin Anqoladakı səfirliyinə başçılıq edib. 1990-92 illərdə XİN-in Afrika ölkələri idarəsinin rəisi təyin edilib.

6.JPG (43 KB)

Nəhayət, gəldik çıxdıq “cənab ermənipərəst” barədə bu yazının yazılmasını vacib edən səhifəyə. 1992-96-cı illərdə o, Rusiya Federasiyası prezidentinin Dağlıq Qarabağ üzrə səkahiyyətli nümayəndəsi, Rusiyanın vasitəçilik missiyasının rəhbəri və ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri vəzifəsində işləyib.

Ondan sonra bu vəzifədə azı 5 rus diplomat baş girləyib, ancaq heç biri Kazimirov qədər məşhur olmayıb. Budur, o birilərin soyadını çox adam xatırlaya bilmir, ancaq Kazimirov hamının yadındadır.

Dağlıq Qarabağ münaqişəsini “bay” edəndən sonra o, yenidən Kosta-Rika və Qvatemalaya səfir postuna təyin edilib, 23 il öncə, 70 yaşı yamam olanda isə təqaüdə göndərilib. O vaxtdan bəri bu adamın media qarşısında yeganə mövzusu Qarabağdır və o, hər zaman ermənilərdən yanadır. Bu xidmətinə görə 2015-ci ildə Ermənistan hökuməti onu “Şərəf” ordeni ilə təltif edib. 2014-cü ildə o, Xankinduyə özəl səfər edib və ermənilərə simpatiyasını artıqlaması ilə bildirib.

Əslində Kazimirovun 1996-cı ildə gözlənilmədən həmsədr postundan götürülüb Kosta-Rikaya göndərilməsinin səbəbi də böyük ölçüdə ermənilərə tərəfgirlik etməsi və bu faktın faş olması üzündəndir.

Elə yuxarıda anons etdiyim hadisə də bu xüsusdadır.

2.JPG (69 KB)

1996-cı ildə Moskvada məşhur oteldə qalan bir azərbaycanlı iş adamı (Fəxrəddin İsmayılov adlı həmin şəxs 3-4 il öncə faciəvi şəkildə vəfat edib), otelin restoranında şam edərkən küncdəki masada bədnam yazıçı Zori Balayanla Vladimir Kazımirovun konyak içə-içə yemək yediyini, mehribancasına söhbətləşdiklərini görüb. F.İsmayılov otelin fotoqrafını çağırıb, cibinə 100 dollar pul basıb və təlimatlandırıb, deyib, özünü elə göstər ki, guya məni çəkirsən, amma obyektivi o küncdəki masada yemək yeyənlərə tuşla və çalış ki, sifətləri aydın düşsün. Ənamını almış fotoqraf işini vicdanla və ustalıqla görüb. Bir azdan lazımi fotoşəkillər həmvətənimizin əlində olub. F.İsmayılov ləngimədən Bakıya uçub və şəkilləri qohumu, o zamanlar baş prokuror vəzifəsində işləyən Eldar Həsənova verib. E.Həsənov da öz növbəsində şəkilləri ölkə prezidenti Heydər Əliyevə çatdırıb. Bir neçə gündən sonra ATƏT-in Minsk qrupunun həmsdərləri regiona gəliblər, əvvəlcə Ermənistanda, sonra Bakıda ölkə rəhbərləri ilə görüş keçiriblər. Bakıdakı görüşdə Heydər Əliyev Kazimirova deyib ki, sizin ermənilərə tərəf olduğunuz, onlarla tez-tez görüşdüyünüz barədə söhbətlər gəzir. Vladimir Nikolayeviç, təbii ki, inkar edib. Bu zaman Əliyev otel restoranında çəkilmiş şəkilləri masanın üstünə qoyub, deyib, bəs bu nədir, cənab Kazimirov. Adam suya-buza dönüb, deməyə söz tapmayıb.

Bu hadisədən bir müddət sonra Rusiya prezidenti Boris Yeltsin onu həmsədr postundan götürüb, Cənubi Amerikaya göndərib – 25 il əvvəl tutduğu vəzifəyə.

İndi bu, həmin Kazimirovdur, “çörək itirənlik etmir”, vaxtilə balayanların, köçaryanların verdiyi ziyafətlərdə içdiyi erməni konyakının, yediyi forel kababının, cantasına qoyulan pul zərflərinin haqqını verir.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости