Свобода людям, независимость нациям!

Bakının seçimi ən optimaldırmı...

831 12.03.2022 11:44 Колумнисты A A

Bu günlərdə Moldovanın baş naziri xüsusi bəyanatla çıxış etdi. O, bildirdi ki, Moldova neytrallıq haqqında konstitusiya prinsipinə söykənir, onun neytral dövlət statusu konstitusiyasında təsbit olunub və bu səbəbdən də Kişinyov Avropa İttifaqına (Aİ) üzv olmağa çalışsa da NATO ilə bağlı hər hansı bir plan qurmur, Aİ və ya NATO-ya yolunu qısaltmaq üçün Rumıniya ilə birləşməyi də düşünmür.
Burada qeyd edək ki, Ukrayna-Rusiya müharibəsi başlayandan sonra belə oxşar bəyanatlarla Ukraynanın və Gürcüstanın da təmsilçiləri çıxış ediblər.

Ukrayna prezidenti Volodimir Zelenski hamıdan əvvəl bəyan etdi ki, ölkəsi neytral dövlət statusunu qəbul etməyə hazırdır, amma istəyir ki, ona təhlükəsizlik təminatları versinlər.

Eyni sözləri qonşu Gürcüstan haqqında da demək olar. Ukrayna müharibəsinin ilk günlərində Gürcüstan bəyan etdi ki, Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq, halbuki bu vaxta qədər Tiflis ABŞ-ın bütün təşəbbüslərinə hamıdan tez dəstək veriridi.

Qeyd edək ki, Bakı, Tiflis, Kiyev və Kişinyov, necə deyərlər, bir şineldən çıxıblar – bir vaxt onlar GUAM adlı təşkilat təsis etmişdilər və o, formal olaraq indi də fəaliyyət göstərir. Amma bir müddət keçəndən sonra GUAM ölkələrinin yolları ayrıldı, Ukrayna, Gürcüstan və Moldova Avropaya intensiv inteqrasiya yolunu tutdular, Bakı isə neytral dövlət oldu və Bloklara qoşulmayan ölkələrin təşkilatına daxil oldu.
İndi son hadisələr göstərir ki, Bakının seçimi ən optimal olub. Məsələ bundadır ki, siyasət mümkün olanın sənətidir. Hələ Almaniyanın birinci kansleri Otto fon Bismark deyirdi ki, mən rus ayısını yuvadan çıxarmağın yüz üsulunu bilirəm, amma onu geri qovmağın bir üsulunu belə bilmirəm. Bu səbəbdən də Rusiyaya mühasibətdə ehtiyatlı siyasət yürütmək real siyasətin tələbidir. Buz bu günlərdə buna bir daha əmin olduq.

Bəli, təsadüfi deyil ki, NATO ölkələri Kiyevin tərəfində vuruşmamağı qərara aldılar. Rusiyanın öz nüvə arsenalını hazırlığa gətirməsi o deməkdir ki, bu ölkə üçün son hədd yoxdur, o, hər şeyə hazırdır, hətta nüvə müharibəsinə də.

Əlbəttə, NATO üzvlərinin bəzi hərəkətləri, Qərb siyasətçilərinin rusofob bəyanatları da Rusiyanın aqressiv siyasətinə zəmin yaradır. Məsələn, bir vaxtlar ABŞ politoloqu Zbiqnev Bjezinski yazırdı ki, yeni dünya nizamı Rusiyaya qarşı, Rusiyanın hesabına və Rusiyanın dağıntıları üzərində qurulmalıdır...
Razılaşın ki, belə fikirlər hətta ən təmkinli adamı özündən çıxara bilər. Bakıya və onun Rusiyaya münasibətdə ehtiyatlı siyasətinə gəldikdə, hər şey Rusiya-Ukrayna müharibəsinin nəticələrindən asılı olacaqdır. Elə ola bilər ki, Moskva Bakının neytral statusu və “Müttəfiqlik sazişi”lə qane olmasın, ondan Avrasiya İqtisadi Birliyinin və KTMT üzvü olmağı tələb etsin.

Amma bunlar hələ gələcəyin işidir. İndi isə Rusiya Ukraynanı işğal etməkdə davam edir, hərçənd, onun hərbi planları elə də doğrulmadı – müharibə düz üçüncü həftədir ki, davam edir. Üstəgəl, müharibənin hər günü Rusiyaya iyirmi milyard dollardan baha başa gəlir. Odur ki, indi yalnız onu demək olar: hər gün müşahidə etdiyimiz siyasi proseslər göstərir ki, GUAM ölkələri düşərgəsində vaxtında ən optimal seçimi məhz Bakı edib...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости