Свобода людям, независимость нациям!

Bakıdan İrəvana verilən pas necə "qol" oldu?...

2952 02.12.2021 14:10 Колумнисты A A

Saleh Rüstəmov azad olunmalı idi!

O adın üstündə siyasət və təxribat qurulmasına imkan verilmədən!

Prosesin haraya getdiyini günlər öncədən görmək mümkün idi...

Manevr imkanları var idi, çox idi!

İndi nə edilsə, adı manevr olmayacaq.

Humanizm olmayacaq!

Dünən Tofiq Yaqublu döyülməməli idi.

Səhvdir!

Cinayətdir!

Sui-qəsddir!

Tofiq Yaqubluya və Azərbaycan adlı dövlətimizə münasibətdə!

...Elə adam döyməzlər.

Vətəndaşa, Qarabağ müharibəsi qazisinə əl qaldırmaq olmaz.

Başına, gözünə döymək...

Heç erməni əsirlərini elə döymürük.

Əsgər smartfonlarından yayılan kadrlara baxmısınız.

Kimsə tapılır və kadr arxasından "...ə, başına vurma", deyir...

Tofiq Yaqublunu döyəndə, o sözü deyən olubmu döyücü heyət arasında?!

Amansızca və düşməncə!

Təxribatdır, dövlətə qarşı sabotajdır!

Bunu edənlər cəzalanmalıdır!

Onun dili zəhərdir, dedikləri bəzi hallarda dözülməzdir!

Leksikonu, iddiaları ifrat, qərəzi, kini ölçüsüz...

Amma məhz bu hallarda dövlət ərkanı adına "iqnor" ən müdrik gedişdir!

Siyasi dözüm nümunəsidir həm də!

Göstəricidir - bir çox məqamlar üzrə Azərbaycan iqtidarının tolerantlıq əmsalıdır...

Siyasi fənddir...

Qarşıdakının dediklərini və özünü təsirsizləşdirməkdir!

Əhəmiyyətsizləşdirməkdir!

Dövlətin ideoloqları və siyasi texnoloqları!

30 noyabr helikopter qəzasından sonrakı 10 saat ərzində harada idiniz?

Bu boyda boşluq buraxılarmı?!

Tofiq Yaqublu olayı dünyanın informasiya məkanını zəbt edib!

Haradasız?

Bir tvit, bir təəssüf, "keçmiş olsun" mesajı...

Xəstəxanada, evdə ziyarət!

Təxribatları, informasiya axınlarını yönəltmək, yön vermək!

Siz bu günlər və ekstremal hallar üçün, çevik qərarlar üçün lazımsınız!

...10 dekabr və 15 dekabr tarixləri üçün Bakıdan Ermənistana ötürülən paslara imkan verilməməlidir!

Verilməməli idi!!!

3 pas ötürüldü!

Dövlətin sahədəki oyunçularına dəyib "rekaşet" verdi, "qol" oldu...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости