Свобода людям, независимость нациям!

Azərbaycandakı seçkinin gerçək kodları: rəqəmlər və faizlərlə ölçülməyən GİZLİ SONUC

2541 09.02.2024 01:02 Колумнисты A A

Azərbaycanı və Türk dünyasını hansı missiya, hansı gələcək gözləyir? Bölünmüş Azərbaycan özünü birləşdirmək, Yeni Turan qurmaq yolundadır!

Tarixin heç bir dönəmində türk irqi öz aralarında bu qədər mehriban olmayıb! Slavyanların indiki halını bizlər də yaşamadıqmı...

Müxtəlif dinləri, məzhəb və təriqətləri, adət və örfləri təmsil edən türk xalqları, topluluq və dövlətləri üçün artıq ayırıcı elementlər deyil, məhz TÜRK irqinə aid olmaq əsasdır. Əvvəllər bütün bunlar türklərin ayrılması, hətta bir - biri ilə savaşması üçün əsas idi. İndi dünyadakı türklər heç nəyə baxmadan bir olmaq yolunda və birləşmək astanasında! Nadir şahın modelindən də uzağa gedən nəticələr ortadadır...
Avrasiya materikini təsirləndirən və dünyanın yenidən dizaynında vacib amil kimi diqqətə alınan bu qlobal proses ...Qarabağdan, Şuşadan, türk torpaqlarının hərbi zəfərlə azad edilməsindən, Şəhidlərimizin müqəddəs və bərəkətli qanlarından start götürdü...

Bu sürəcin (prosesin) kökündə Azərbaycan -Türkiyə ittifaqı, Əliyev - Ərdoğan zəkası və zəhməti dayanır.

Ötən ilin 14-28 mayında Türkiyədə, bu ilin 7 fevralında isə Azərbaycanda keçirilən seçkilərin nəticələri həm də bu qlobal proseslərin taleyini həll edirdi. Anadolu və Azərbaycan türkləri öz səsləri ilə təkcə özlərinə prezident seçmədilər; həm də və əsasən Yeni Turan yolunu, Türk Dünyasının dərin inteqrasiya yönünü, özgürlüyü və zəfəri seçdilər...

Adına seçki deyib keçməyək: onu rəqəm və faiz kriteriyaları ilə dəyərləndirməyək! Gerçəkdən yeni və möhtəşəm era başlayır, bizlər də ona səs verdik. Xalq olaraq səhnəyə çıxdıq və nöqtəni qoyduq!

Bunun əksi olsaydı, Anadolu və Azərbaycan türkləri onlara kənardan edilən təsirlərə, təkliflərə uysaydılar; Ərdoğan - Əliyev tandemi pozulsaydı, Türk Dünyasına və onun gələcəyinə yazıq olardı!

Yeni Turanın əsasının qoyulduğu belə bir tarixi dövrdə və şəraitdə xalqlar səhv etmədilər, düşmənlər məyus, dostlar məmnun oldular!
Yola davam, Yeni Turana "evet"!

(Real TV -yə müsahibəmdə seçki dəyərləndirməsi adı ilə əslində bunlara vurğu etdim. Verilişin bir parçasını və tamamının linkini təqdim edirəm) 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости