Свобода людям, независимость нациям!

Azərbaycan sevdalı, Turan yollu türk iş adamı: Hakan Aksu 60

1074 26.02.2024 22:52 Колумнисты A A

"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu Azərbaycan kökənli türk iş adamı, ülkücü hərəkatın əfsanə isimlərindən olan Hakan Aksunu 60 illik yubileyi münasibətilə təbrik edib.

Azərbaycanın Birinci və İkinci Qarabağ savaşında əlindən gələn hər cür köməyi və informasiya dəstəyini, maddi dəstəyi əsirgəməyən Hakan Aksu haqqında Rauf Arifoğlunun yazdığı təbrikdə aşağıdakı məqamlar yer alıb: 

Əziz və qədim Dostum, (Azərbaycan mərkəzli) Turan sevdalısı Hakan Aksunun 60 yaşı tamam oldu!

Bir zamanlar ...yanımızda Türkiyə belə olmayan dönəmlərdə Türk Dünyası adına yanımızda olan və haqq davamıza əlindən gələn qədər dəstək verən ülküçü hərəkatın əfsanə ismlərindən biridir Hakan Aksu!

Kökəncə Azərbaycan Türkü, mahiyyətcə Boz Qurd, istiqamətcə Turançı, Qızıl Almaçı!

Azərbaycan həm də bu cür övladlarının sayəsində ən zəif zamanlarımızda yeni xaçlı yürüşlərinə davam gətirdi.

Bu gün Hakan Aksu bütün Azərbaycan türkləri kimi məsuddur, xoşbəxtdir. Çünki onun ölkəsi, dövləti Zəfər qazanıb, Qarabağı qaytarıb, Xocalının qisasını alıb, düşməni təhdid olaraq aradan qaldırıb.

Hakan Aksu və bütün ülküdaşlarımın 40 ildən də artıq müddətdir varılacaq hədəf kimi seçdikləri Turan bu gün qurulur! Türklüyün iki möhtəşəm lideri - Erdoğan və Əliyev əl - ələ verərək Türk Dünyasını birləşdirirlər. Buna görə də Hakan qardaşımın yaşının 60-na - ixtiyarlığın gəncliyinə könül fərahlığı ilə girdiyinə əminəm.

Əziz qardaşım! Belə bir gündə yanında olmaq istərdim, səni bilavasitə bağrıma basıb, "yaxşı ki, varsan, Hakan abi", deməyi arzulardım. Təəssüf ki, bu imkanım olmadı.

Amma həm də yaxşı ki, ...olmadı. Onun əvəzindən bu sözləri tarix və ictimaiyyət üçün yazdım. Sən və sənin kimi minlərlə ülküdaşım Azərbaycanın gizli qəhrəmanları, təmənnasız fədailəri, həm də gerçək milli sərvətlərisiniz!

Birinci və İkinci Qarabağ savaşlarında, Vətən müharibəsində verdiyiniz dəstəklərdən dolayı bilənlərin və dostların adından təşəkkür edirəm.

Doğum günün və yubileyin mübarək, əziz qardaşım! 

Screenshot_1.png (394 KB)

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости