Свобода людям, независимость нациям!

Azərbaycan reallığı: ABŞ-nin “sabahı” Cənubi Qafqaz yolçuluğunda

1931 08.02.2026 00:30 Повестка дня A A

Fevralın 9-da ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Ermənistana, bir gün sonra isə Azərbaycana səfər edəcək. Bundan əvvəl isə ABŞ-dən xüsusi nümayəndə heyəti Vensin səfərini hazırlamaqdan ötrü İrəvana gəlib. səfərinin hazırlanması məqsədilə gəlib. Ancaq məqsəd təkcə bu da deyil, çünki amerikanlar Ermənistanda 2 həftə qalacaqlar. Amerikanın AECOM mühəndislik və konsaltinq firmasının komandası ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı Fondu adından TRIPP layihəsi – Zəngəzur dəhlizi ilə bağlı ərazi araşdırmalarına başlamaq üçün Ermənistana səfər edib. Beləliklə, ötən ilin 8 avqustunda Vaşinqtonda əldə olunmuş razılaşmaya uyğun olaraq Ağ Ev Zəngəzur dəhlizi – Tramp marşrutunun tikintisi ilə bağlı hərəkətə keçib. 

Bu reallığı yaradan Azərbaycan dövlətidir. Bu məqamda bir sualın yeri var: bəs, bir il öncə nələr baş verirdi? Təkcə bir fakta diqqət edək: 2025-ci ilin 14 yanvarında  Ermənistan və ABŞ strateji tərəfdaşlıq haqqında xartiya imzalaydı. Vaşinqtonda baş tutan imzalanma zamanı sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken imzaladı. Azərbaycanla düşmənçilik xəttini seçən, “907-ci düzəliş”i yenidən “dirildən”, Türkiyəyə qarşı qondarma “soyqırımı” tanıyan qoca Bayden gethagetdə Ermənistana öz aləmində “töhfə” vermək istədi. Azərbaycanın iştirak etmədiyi Brüssel formatında Ermənistanı “xilas” etməkdən ötrü hərbi pakt hazırlayan dövlət katibi Blinkenin imzaladığı xartiya erməniçilik qarşısında öhdəliyin sonuncu akkordu idi. Amma əslində bu sənəd regionumuzda sülh və sabitliyin əldə olunmasına əngəl, Ermənistanı gərginliyə sürükləyən “çidar” idi.  

Tramp 907-ci düzəlişi dayandıracaq? | Modern.az

Donald Trampın ikinci dəfə Ağ Evə qayıdışından sonra vəziyyət dəyişdi, Ermənistanı dalana dirəyən sənədlər də arxivə getdi. Bu reallığı isə Azərbaycan yaratdı. Hələ namizəd olduğu, məhkəmə kuluarlarında çək-çevirə salındığı zamanlarda Tramp haqqında müsbət fikirlərini səsləndirən Azərbaycan Prezidentinin yeni administrasiya ilə qarşılıqlı etimada, etibara, normal münasibətlərə əsaslanan münasibətləri öz sözünü dedi.  

Кавказский Узел | "Маршрут Трампа" (TRIPP): транспортный коридор через  Армению

Nikol Paşinyan hansısa beynəlxalq tədbir çərçivəsində ABŞ liderləri ilə görüşməkdən ötrü nələrdən keçməzdi? Təkcə Trampla birinci və ikinci prezidentliyi dönəmində yox, elə qoca Baydenlə də. Hətta ermənipərəst administrasiya zamanında da Ağ Ev sahibi onun üçün əlçatmaz idi. Amma görək 8 avqustdan sonra nələr baş verir? 44 günlük müharibədən sonra Azərbaycan Prezidentinin təklif etdiyi vasitəçilərsiz, ikitərəfli danışıqlarla həll yolu qəbul olunduqdan sonra Paşinyanın “ulduzu parladı”. Nikol Paşinyanın Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasında olmasının, ondan əvvəl Yaxın Şərqlə bağlı Sülh Zirvəzinə dəvət etməsinin səbəbkarı Azərbaycan Prezidenti, dövlət başçımızın irəli sürdüyü sülh təşəbbüslərinin qlobal məkanda, xüsusən də dünyanın birinci ofisində qəbul olunmasıdır. Əks təqdirdə, Ermənistan yada düşməzdi. Məhz Azərbaycanın sülh təklifləri ilə razılaşdığı, sülh sənədinin paraflanması barədə müsbət qərar verdiyi üçün bu ölkənin rəhbərliyi də dünya liderləri sırasında özünə bir kənarda yer eləyə bilib. Elə bu sətirləri yazarkən məlumat yayıldı ki, fevralın 19-da Ağ Ev Qəzza zolağı ilə bağlı Sülh Şurası liderlərinın görüşünü keçirməyi nəzərdə tutur. Toplantıda Azərbaycan Prezidenti ilə yanaşı, Ermənistanın baş naziri də iştirak edəcəksə, bu, Paşinyanın növbəti şansıdır. Bütün bunlara görə Ermənistan rəhbərliyi Azərbaycan dövlət başçısına borcludur, onu sülhə vadar etdiyinə görə. 

Helberq də Venslə Bakıya gələcək

Dövlət Departamentinin yaydığı digər məlumata görə, ABŞ Dövlət katibinin İqtisadi məsələlər üzrə müavini Ceykob Helberq də Vensin İrəvan və Bakı şəhərinə səfərlərində onu müşayiət edəcək. Bildirilir ki, Ermənistan və Azərbaycan səfəri Prezident Trampın sülh səylərini irəli aparacaq və Tramp Beynəlxalq Sülh və Rifah Marşrutunu (TRIPP) təşviq edəcək. 

Diqqət edin, bu gün ABŞ-nin qarşısında İran problemi var, iki ölkə arasında hər an hərbi qarşıdurma yaşana, region dəhşətli müharibənin fəlakətləri ilə üz-üzə qala bilər. Eyni aparılan danışıqlar da həssas yanaşma tələb edir. Ağ Ev paralel olaraq Rusiya-Ukrayna müharibəsinin dayandırılması, sülhün əldə olunması üçün çalışır. Əbu-Dabi görüşündən sonra tərəflərin Mayamidə anlaşma əldə edə biləcəyinə ümidlər artıb. Belə bir situasiyada Tramp administrasiyası 8 avqust razılaşmalarının icrası istiqamətində aktiv hərəkətə keçib və öz diplomatlarının Bakı və İrəvana göndərməyə qərar verib. Heç şübhəsiz, ABŞ vitse-prezidentinin və dövlət katibinin müavininin səfəri Azərbaycan - ABŞ münasibətlərinin inkişafının mühüm göstəricisidir. Ağ Ev administrasiyasının qarşısında dünyanın bir sıra vacib problemləri dayandığı halda Azərbaycan Prezidentinin irəli sürdüyü sülh təkliflərinin icrasına xüsusi diqqət ayırması adi məsələ deyil, bu, İlham Əliyevlə Donald Tramp arasındakı qarşılıqlı etimad mühitinin mövcudluğundan, Azərbaycanın artıq qlobal məkanda önəmli dövlət statusu qazanmasından qaynaqlanır.  

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib

ABŞ lideri Tramp Sülh Şurasının təsisçiləri sırasında görmək istədiyi Azərbaycan Prezidentinə yazdığı məktubunda “Yaxın gələcəkdə əksəriyyəti yüksək hörmətə sahib dünya liderləri olan möhtəşəm və etibarlı tərəfdaşlarımızı bir araya gətirəcəyik. Şuranın Sədri kimi, Azərbaycan Respublikasını təsisçi üzv dövlət qismində qoşulmağa və Sizin təmsilçiliyinizlə Sülh Şurasının Nizamnaməsinə tərəf olmağa rəsmi şəkildə dəvət edirəm”-yazmaqla dövlət başçımıza yüksək münasibətini bir daha nümayiş etdirmişdi. Ağ Ev lideri Azərbaycan Prezidentinə “mən sizinlə fəxr edirəm” - deməklə hər bir Azərbaycan vətəndaşını qürurlandırdı, eyni zamanda Azərbaycanın düşmənlərinə də bir daha yürlərini göstərmiş oldu. ABŞ prezidenti təsadüfən İlham Əliyev barədə danışarkən “Onunla düşmən olmaq istəmərsiniz”-söyləməmişdi. Nikol Paşinyanın dəfələrlə Azərbaycan Prezidentinə təşəkkür etməsi, onun söylədiklərinə əlavə etməyə çətinlik çəkdiyini bildirməsi, Ermənistan prezidentinin cənab İlham Əliyevdən sonra söz deməyin çətinliyi haqda etirafını dilə gətirməsi də məhz Azərbaycanın yaratdığı reallıqların məntiqi nəticəsidir. Bu reallığı dünyanın bir saylı ofisi başda olmaqla, mütləq əksəriyyət qəbul edir. Məhz bu reallıqdır ABŞ-ın nəhəng diplomatını bölgəyə gətirən. Vaxt var idi Amerika bölgəyə keçmiş həmsədrlərini, yaxud da təxminən “dövlət katibinin müavininin köməkçisi” statusunda orta ranqlı məmurlarını göndərirdi. Bu gün isə dünyanın super gücünün ən önəmli simalarından biri gəlir. Təbii ki, Azərbaycan Prezidentinin icrasına heç zaman şübhə etmədiyi və əminliklə reallaşacağını söylədiyi Zəngəzur dəhlizi – Tramp marşrutunun həyata keçirilməsi üçün. 42 yaşlı gənc vitse-prezident həm də ABŞ-nin, Respublikaçıların sabahı sayılır. Vens 2028-ci ildə keçiriləcək prezidentlik yarışının iştirakçılarından biri ola bilər. Zəngəzur dəhlizinin məhz həmin ilin sonlarında istifadəyə veriləcəyi proqnozlaşdırılır. Yəni sabah dünyanın birinci ofisinə sahiblənə biləcək şəxs Trampın elçisi olaraq regiona gəlir, Azərbaycanın diktə etdiyi sülhün, əməkdaşlığın, təhlükəsizliyin irəi aparılmasına təkan verməkdən ötrü. Bu, sıradan bir hadisə, adi səfər deyil,  Azərbaycanın yaratdığı tarixi reallıqdır! 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости