Свобода людям, независимость нациям!

“Ayravana-ayravana çandrika...” - İrəvan keçmişə qayıtmaq istəyir

2522 25.03.2022 17:00 Колумнисты A A

Ermənilərə hərəkətə keçmək siqnalları haradan gəlir, məqsəd nədir? 

Başı Ukrayna müharibəsinə qarışmış Rusiya müdafiə naziri bir gün əvvəl Ermənistanın müdafiə naziri, bu gün isə Zakir Həsənovla zəngləşibsə, demək Qarabağ istiqamətindəki vəziyyətdən Moskvanın narahatlığı var. Azərbaycan Müdafiə Nazirliyi nə sərhəddə, nə erməni köçmənlərin sığındıqları ərazilərimizdə xüsusi gərginlik olmadığını bəyan edir.      

Xankəndində təbii qaz problemi həll ediləsi texniki işdir,  Qarabağın qışı sərt olur, amma ermənilər soyuqdan donub öləsi deyillər. Ermənilər ilan kimidir, dünyada baş vermiş geopolitik “zəlzələdən” duyuq düşüblər, nəyi nə vaxt etmək lazım olduğunu bilən başları hələ  var. Özlərini qaçqın düşmüş, əzilmiş Ukrayna xalqının düşdüyü çətin vəziyyətdəki kimi təqdim etmək istəyirlər. Guya bunları da Qarabağda əzirlər, “humanitar fəlakətə” məruz qoyurlar. İndi Ukrayna konflikti səbəbindən dünyanın müzakirə etdiyi mövzulara da diqqət edək: referendum, status...Ermənilər üçün əsl fürsət mövzulardır. Rusiya televiziyalara çıxarılan bəzi erməni ekspertləri 44 günlük  müharibəni də tez-tez yada salırlar, Türkiyənin  Azərbaycana mənəvi dəstəyini Ukraynaya hər cür yardım göndərən NATO ilə müqayisə edirlər. Yəni ermənilərə siqnallar göndərilib, hərtərəfli hərəkətə keçibilər. Bəs, bu siqnallar haradan gəlir, məqsəd nədir?      

846621.jpg (43 KB)        

Məntiqlə düşünsək, Rusiya indilikdə “iki od arasında” qalmaq istəməz, Qarabağda gərginlik Moskvaya gərək deyil. Rusiya problemin incəliklərinə bələddir, Şoyqu Qarabağın xəritəsini elə Zakir Həsənov qədər yaxşı bilir. Rusiya indi ciddi hərbi-siyasi-iqtisadi sıxıntılar içərisində çabalayır. Ermənilər bunu da fürsət kimi dəyərləndirir və Rusiyanın canını bir tərəfdən də onlar sıxırlar. Azərbaycanın indilikdə antiterror əməliyyatı aparmaq kimi planı çətin ki, olsun. Bunu sülhməramlıların olduğu ərazilərdə gerçəkləşdirməyin texniki problemlərini bir kənara qoysaq belə, Rusiya hər hansı sərt hərəkətlənməyə reaksiya verə bilər. Azərbaycan tərəfi də son həftələr bir neçə dəfə bəyan edib ki, ermənilərin narahat olacağı, gərginlik yaradacaq hərəkətlənmə yoxdur, ordunun dislokasiyasıdır və sairə. 

1513218637_gettyimages-77107911-1024x683345345_1520932405.jpg (75 KB)

İndi isə diqqəti Rusiyadan ayırıb, dünyanın qarışdıran daha bir qütbə-Qərbə yönəltsək, diqqətçəkən çox məsələlər görəcəyik.  Məsələn, ABŞ  Dövlət Departamenti bütün diqqətini Ukraynanın müdafiəsinə, Rusiyanın  zəiflədilməsinə, hətta nüvə təhlükəsinə yönəltməli olduğu halda, Qarabağda qazı kəsilmiş bir neçə min yoluq erməniyə görə əl-ayağa düşüblər. “Birləşmiş Ştatlar qaz təchizatının pozulmasından və Azərbaycan qoşunlarının hərəkətlərindən dərin narahatdır. Ermənistan və Azərbaycan vəziyyətin dərhal deeskalasiyası üçün birbaşa ünsiyyət vasitələrindən istifadə etməlidir”,-deyə Dövlət Departamentinin “Twitter” səhifəsində yazılıb. Avropa İttifaqı da Xankəndinə qaz təchizatının "yenidən dayandırılmasından" narahat olduğunu bəyan edib. Bu qaz məsələsini siyasiləşdirib bəyanatlar səviyyəsində gündəmə gətirmək sizə heç nə demir? Burada  hədəfin bir ucunda Azərbaycan varsa, o biri ucu gedib “Qarabağda sülhü qoruya biməyən” Rusiyaya da toxunur. ABŞ Rusiyanın Qarabadakı 44 günlük müharibədə tutduğu siyasətdən və nəticədən narazı qalıb. (Amerkanın Bakıdakı səfirinin Şuşaya getməkdən  imtina etdiyi heç nə demirmi?) Bunu dəfələrlə dövlət katibi səviyyəsində də gündəmə gətiriblər. Blinken Paşinyana son zəngində deyib ki, “qalan digər problemlərin həllini” vacib bilirlər.  “Qalan digər problemlər” dedikdə nəyi nəzərdə tutduqları bəllidir: ermənilərə status. ( “status” sanki “Ayravana-ayravana çandrika” deyən kimi keçmişdən qayıdacaq). Bunu az qala hər ağzını açanda ABŞ-ın Ermənistandakı səfiri də deyir. Həm də heç bir diplomatik etiketi gözləmədən. ABŞ Dövlət Departamenti bir dəfə də olsun xanım səfiri susdurmayıb. Demək,Vaşinqtondan gələn təlimatı icra edir. Avropa İttifaqı da Amerikanın indi bir strukturu kimi fəaliyyət göstərir, Baydenin sözü ilə durub-oturur. Avropa İtttifaqına sədrlik edən Fransanın mövqeyini isə təftiş etməyə ehtiyac yoxdur. Qazsız qalmış ermənilərə  “qaz”ın hansı tərəflərdən verildiyi zənnimcə, aşkardır. Qarabağı Azərbaycanın nəzarətindən, Rusiyanın təsiri altından, həm də ermənilərin fitnəsi ilə çıxarmağa, heç olmasa, problem yaratmağa çalışırlar.  

Xankəndi Şəhər İcra Hakimiyyəti yaradılacaq?

Sonda yeri gəldi, Rusiya ilə Amerikanın Qarabağa baxışı haqda çoxdan eşitdiyim əhvalatı xatırlatmaq istəyirəm.  Moskvada səfərdə olan bizim nazirlik işçisiləri rusiyalı həmkarları ilə bir süfrə arxasında səmimi söhbət edərkən Azərbaycanın işğaldakı Qarabağ  torpaqları haqda da danışırlar. Ruslardan biri deyir ki, Azərbaycanın Moskvadan incilikliyi əlbəttə ki, səbəbsiz deyil. Amma bir məsələdə şükür etməlisiz ki, Qarabağ probleminin həllində əsas söz Rusiyanındır.  Əgər ABŞ bu cür təsirə malik olsaydı, Qarabağı çoxdan Ermənistana birləşdirmişdi...   

Nazim SABİROĞLU, 
Musavat.com

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости