Свобода людям, независимость нациям!

Avropada “zülm çəkən” iranlılar

2426 23.10.2022 17:45 Колумнисты A A

Deyirəm, İranın təndiri istiykən, birini də mən yapım, türkün sözü. Belə bir lətifə var, uzun söhbətdir.

Bildiyiniz kimi, İran dünyanın söz-söhbətli, hədis-rəvayətli, nağıllı yerlərindən biridir. Ta Yusif Sərracın vaxtından bəri bu qardaş məmləkətin üstündən ekstremal olaylar kəm olmayıb, olmur, olmayacaq kimi görünür.

Bu üzdəndir ki, ABŞ və Avropa ölkələri iranlılarla doludur. Hər ekstremal olaylardan, inqilab və çevrilşlərdən sonra iranlılar yüz min-yüz min ölkədən qaçmalı olublar. Hazırda hansı üzüyumşaq ölkəyə baxırsan, şəhərlərində istənilən vaxt meydana yekə bir mitinqlik iranlı yığmaq olur.

Bax, dünən elə mitinqlərdən birinin videosu yayılıb, adi gözlə də görünür ki, mitinqə 80 (səksən) min adam çıxıb. İntəhası, hələ qəti rəy yoxdur: bu mitinqə çıxanlar İranı dəstəkləyir, yoxsa İran rejiminə etiraz bildirir.

Hər iki ehtimal güclüdür. Birinci versiya ona görə güclüdür ki, İran camaatı vətənpərvədir, nə qədər öz ölkəsindən qaçaq, perik, didərgin düşsə də, qəlbində vətən sevgisi azalmır, oturub-durub “İran, İran” deyir.

İkinci versiya da ona görə güclüdür ki, bu saat İrana qıraqdan bir şey edən yoxdur, camaat öz gün-güzəranına, zülmə etiraz olaraq ayağa qalxıb, prinsipcə, həmin zülmdən qaçmış mühacirlər də etirazçıların tərəfində olmalıdırlar.

Təbii ki, istisnalar, həmişə olduğu kimi, bu dəfə də ola bilər. Ona qalsa, bizdən də qaçıb Avropaya sığınmış, vətəndə mövcud iqtidarın amansız təqib-təzyiqinə məruz qaldığı barədə intervülər vermiş bəziləri hazırda həmin hakimiyyətin alovlu təbliğatçısına çevriliblər və dolanışığın yolunu tapıblar.

3322.JPG (82 KB)

   Avropa: iranlılar nüvə proqramına görə İrana təzyiq edən Qərbə etiraz mitinqində 

Avropadakı iranlılar isə bu məsələdə xeyli qabağa gediblər, öz tarixi vətənlərinin təəssübünü çox çəkirlər. Çünki onlar artıq ikinci nəsil iranlılardır, Avropada doğulublar, özləri İrandan pislik görməyiblər, sadəcə, vaxtilə ata-anaları zülmə məruz qalıb, onlar da 35-40 il Avropada firavan həyat yaşadıqdan sonra hirsləri soyuyub.

Yeri gəlmişkən, hirsi soyumayan bəziləri ötənlərdə bizə həmişə irad tuturdular ki, niyə “İran dövləti” yazırsınız. Biz də deyirdik, bəs nə yazaq, cənub qonşumuzun adı elədir axı. Deyirdilər, yox, siz “İran adlanan dövlət” yazmalısınız. Düzü, adam əvvəlcə naqolay durumda qalır, öz-özünə deyir, ha “İran”, ha “İran adlanan dövlət”, nə fərqi var. Amma izah edirlər, fərqi başa salırlar. Deyirlər, ora vaxtilə “Persiya” adlanıb, “Qacar dövləti” adlanıb, “Səfəvi dövləti” olub, amma İran olmayıb.

Xüləs, bu, uzun və mənasız söhbətdir. Əsas odur ki, BMT-də bu dövlətin adı “Islamic Republic of Iran” kimi gedir.

Avropada yaşayan dostlar danışır ki, iranlıların bir xeylisi yerli cəmiyyətlərə yaxşı qaynayıb-qarışıblar, heç seçməzsən. Amma elələri də var ki, 30-40 il əvvəl gəldikləri kimidirlər – geyim-kecimləri də, danışıqları da, dünyagörüşləri də. Məsələn, onlar kompakt yaşadıqları yerdə mütləq atışıb pul yığır, məscid tikdirirlər. Qızlarının təhsil alması üçün sırf qızlar məktəbi açdırırlar. Belələri villalarından və ya penthauslarından çıxır, ciplərinə minir, öz həmvətənlərinin işlətdiyi çayxanada, kafedə toplaşır və oturub ciddi-ciddi gileylənirlər: “Həyatımız bu gavur Avropada puç oldu”; “Bu dinsiz-imansızların içində balalarımızın gələcəyi necə olacaq?” və s.

Bir dəfə belə söhbətlərə düşən bir həmvətənimiz onlardan bir-ikisinə deyib: “Qardaşlar, siz ki bu qədər narahatsınız, niyə İrana qayıtmır, uşaqlarınızı o imanlı adamların içində böyütmürsünüz?” Ona belə cavab veriblər ki, yox, İranda zülm var, ora qayıtsaq, bizi ya zindana salarlar, ya da qaldırıcı krandan asarlar.

Yaxşı, burada sizi asan-kəsən yoxdur, dinc-dinməz yaşayın dəə.

Əslində bu dilemmadan çıxış yolu var: Avropadakı iranlıların öz həyatlarından məmnun olmaları üçün Avropa ölkələri müsəlmanlaşmalıdır, şəriət rejimi qurulmalıdır, avropalılar İran qaydası ilə yaşamağa başlamılıdır. İntəhası, bir yüngülvari detal var: Avropada şəriət rejimi qurulsa, tikinti şirkətlərinin qaldırıcı kranları da İrandakı kimi istifadə olunacaq, avropalılar isə pivə içmək üstündən şallaqlanmaq, bir baş nəşəyə görə krandan sallanmaq istəmirlər.

Buna baxmayaraq, çox patriotdurlar, farsı, kürdü, türkü, bəlucu, qaşqayı, loru – hamısı özünü iranlı sayır. Təbii ki, özünü iranlı yox, öz millətinin adıyla təqdim edənlər də var, amma onlar azlıqdırmı, çoxluqdurmu, bilinmir.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости