Свобода людям, независимость нациям!

Avropa Parlamentində Vardanyan sevgisi – Kalyurand “əxlaq etalonu” rolunda

1418 28.02.2023 20:36 Колумнисты A A

Ermənistan adlı simvolik dövlət olan-qalan suverenliyini də itirmiş sayıla bilər. Rusiya hərbi birləşmələri (Gümrü və Erebuni bazaları, Türkiyə və İranla sərhəddəki FTX əsgərləri) azmış kimi, Paşinyan hökuməti 29.9 min kv km-lik bapbalaca əraziyə üstəlik, Avropa Birliyinin yarımhərbi missiyasını da gətirib. Elə bilirlər xarici hərbi qüvvə nə qədər çox olsa, bir o qədər təhlükəsiz içində və xoşbəxt yaşayarlar. Ondansa elə Rusiyanın tərkibinə keçin, məsələ bitsin də.

Doğrudur, Azərbaycanda da rus hərbçiləri var – təxminən 2 minə yaxın. Ancaq onlar müvəqqətidir və bizi yox, yenə erməniləri qoruyur. Ən mühümü odur ki, Rusiya hərbi kontingenti 2025-ci ildə Qarabağdan çıxıb gedəcək. Gümrü hərbi bazası, Ermənistan sərhədlərinin ruslar tərəfindən qorunması haqda müqavilə isə azı, 50 illiyə - 2047-ci ilədək imzalanıb. Moskva müəyyən mənada həm də buna görə arxayındır.

Xülasə, Ermənistan baş tutmamış, uğursuz bir dövlətdir. Amma kimə deyirsən. İrili-xırdalı reallıqlara rəğmən, ermənilər illərdir sırtıqcasına hələ bir “ikinci erməni dövləti”ndən - mifik “artsax”dan dəm vururlar. Ötə yandan bu bədbəxtlərə elə gəlir ki, avropalılar onlardan ötrü əldən gedir. Daha bilmirlər ki, avropalıları hansısa bəşəri dəyər, humanizm, erməni xoşbəxtliyi-filan yox, sırf öz mənfəətləri, o sırada erməni lobbisinin pulları, ermənidən Türkə qarşı maşa kimi istifadə maraqlandırır.

“Donuz kababı” və erməni konyakının iyinə həssas olanların ən çox toplaşdığı Qərb strukturlarından biri də Avropa Parlamentidir. 44 günlük müharibədən sonra faktiki ikinci Ermənistan parlamentinə çevrilən bu abırsız qurumdan Azərbaycan tərəfə hürüşmə hələ də səngimək bilmir. Bu dəfə Avroparlamentin Marina Kalyurand ad-soyadlı üzvü “parlayıb”.

Belə ki, bu gonbul arvad-siyasətçi özünə ağıllı görkəm verərək deyib: “Azərbaycanla sülh müqaviləsi Dağlıq Qarabağ ermənilərinin hüquqlarını təmin etməlidir. Bu məsələ sənəddə əksini tapmalıdır. Ermənilərə ya Dağlıq Qarabağı tərk etmək, ya da Azərbaycan vətəndaşlığını almaq çağırışı beynəlxalq hüququn pozulmasıdır”.

Görəsən hansı beynəlxalq hüququn pozulmasından söhbət gedir? Erməni lobbisinin parası ilə bəslənən bu deputatın ağzının dediyini qulağı eşidirmi? Kalyurand Estoniyanı təmsil edir. Çox maraqlıdır, görəsən o, öz dövlətinin içində tutaq ki, rusdilli əhalinin – hansı ki, 24% təşkil edir! - ikinci bir dövlət qurmasına dözərmi və separatçılara hansı seçimi qoyar?

Cavab məlumdur. O zaman hansı haqla bizə ağıl öyrədir, “Azərbaycan-Ermənistan sülh müqaviləsində Qarabağ ermənilərinin məsələsi əks olunmalıdır” deyir? Elə isə niyə sülh sənədində qərbi azərbaycanlıların məsələsi də əksini tapmasın? Onları ana doğmayıbmı? Yoxsa Qarabağdakı köçmən ermənilər dünyaya paltarda gəliblər? “Qafqaz qaraçıları” nə vaxtdan ali irq sayılır?

Sanki danışan bir erməni rəsmisi, yaxud erməni radikal-revanşistin biridir. Ermənilər də iqtidarlı-müxalifətli neçə vaxtdır ağız-ağıza verib eyni şeyi sarsaqlayırlar: guya Bakının Qarabağ ermənilərinə “ya vətəndaşlıq, ya da yol açıqdır” şərti Qarabağda etnik təmizləməyə, hətta soyqırımına hesablanıb...

Kalyurand bu ermənipərəst mövqeyində əlbəttə, yalqız deyil. Onlar çoxdurlar. Lap çox. Avropa Parlamentinin ölkəmiz əleyhinə qərəzli, elementar ədalət anlayışından məhrum son qətnamələrinə göz atmaq kifayətdir.

Sonda xatırladaq ki, hüquqi təfəkkürü “avrotəmir”ə ciddi ehtiyac duyan həmin bu avroparlamentar - Kalyurand ötən ilin dekabrda Qarabağdan sərvətlərimizi daşıyan oliqarx-dələduz R.Vardanyanın, onun qanunsuz biznesinin müdafiəsinə qalxmış, xüsusi bəyanatla çıxış eləmişdi. Xeyir ola?

İndi bir daha aydın oldumu ki, Avropa Parlamentinin mütləq əksəriyyətini mənfur qəbiləyə bağlayan nədir? Nədən onlar ermənidən çox erməni olmağa çalışır, yaxa cırırlar?

Marina Kalyurand – Avroparlamentin gerçək siması, “əxlaq etalonu”, “brendi”dir ki, var...

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости