Свобода людям, независимость нациям!

Aslan İsmayılov 35 saylı Xətai Seçki Dairəsinə sədr təyin olundu - 50 saniyəlik sirli videoya baxın!

15943 04.02.2020 13:01 Колумнисты A A

Hüquqşünas Aslan İsmayılov da 35 saylı Xətai üçüncü seçki dairəsi üçün Facebookda seçki keçirdir. Ona görə ...da ədatını yazıram ki, indi bütün ölkə ictimaiyyətinin gözü bu dairədədir. Sanki ölkədə başqa dairə yoxdu, seçki ancaq bircə yerdədir. Hamı "muşqulat"ını 35 saylı dairə ilə edir. Elə bir sayt, elə bir səhifə yoxdur ki, iki gündən bir, bizim dairə üçün seçki elanı verməsin. Mərc qoşanlar, bukmeyker modeli ilə stavkalar... Bir sözlə, qədim Dostumla birlikdə ölkəyə maraqlı həyat yaşatmağı bacarırıq. Artıq fərdi profillər də bu xəstəliyə yoluxublar. Bir də gördün, kimsə tələm-tələsik yazdı: İqbal, yoxsa Rauf...

Və başlayırlar...

Bütün sorğularda da Rəqibimi 90+-la qalib edirlər. Kim Çen İn kimi! Çünki onun komandası online, mənsə real (offline) yarışıram; öz komandama online mübahisə və yarışlara girmək yasağı qoymuşam. Bizi oraya çəkmək istəyirlər, bizim güc və istiqamətimizi real (offline) prosesdən ayırmaq taktikası yürüdürlər. Çünki rəqib realda zəifdi. Online zonada saxta ictimai rəyə ehtiyacı var. Bizsə bunu anlayırıq. Onun komandası və özü namizədləri də saxtalaşdırır, seçiciləri də; görüşə gedəndə özü ilə qardaşının "Protein" şirkətinin asfalt basanlarını, fəhlələrini, Azersu tenderində çalışanları yığıb aparırlar. Bizim görüşlərdən yaydığımız fotolar da fərqlidir - biz seçicimizin sifətini çəkib yayırıq, dostum Rəqib isə seçiciləri arxadan çəkir, sifətləri tanınmasın deyə. Amma təkcə o çəkmir axı! Hamısı və bütün saxtakarlıqları təsbit olunub!!!

Biz şəffaf, real seçki kampaniyası keçirdirik, seçicini küçə-küçə, məhəllə-məhəllə  əldə edirik, rəqib tərəfin tərəfdarlarını real işimizlə özümüzə çəkirik... İnternetin bütün imkanlarından və ən populyar platformalardan yararlanaraq, təbliğat və təşviqatımızı elmi şəkildə aparırıq. Bizə qarşı çirkli oynayırlar, qara piar, gözdənsalma, fırıldaq və başqa əməllər ortadadır. Lakin böyük online oyunçulardan, 35-in Facebookdakı sədrlərindən kimsə rəqibimin bu aşkar qüsur və biabırçı hərəkətlərini qeyd etmir. Özünü həqiqət mücəssiməsi sayan Aslan İsmayılov da. Özü özünə obyektiv deyən bu hüquqşünas bir dəfə də demir ki, hər kimdirsə, bu Rauf Arifoğluna qarşı gedib Qusardan bir "klon" gətirmək yaxşı əməl deyil, demokratiyaya, dəyər və prinsiplərə ziddir. Demir! Görməzdən gəlir. Sonra da deyir, obyektivəm. Səni obyektiv ilan vursun!

Bir dəfə də demir ki, Rauf Arifoğlunun tədbirlərinə təxribatçı qadınları göndərmək, onun prosesini pozmaq, onu təhqir etdirmək doğru deyil. Arvadların arxasından iş çevirmək kişiyə yaraşmaz. Başa düşürəm, anlayıram, Aslan İsmayılov mənə qəzəbli və qərəzlidir. Çünki özünə düşmən saydığı iş adamı Mürvət Həsənli ilə dostlaşdım, yaxınlaşdım və dəfələrlə mənə xəbərdarlıq etməsinə baxmayaraq, bu proses indi də davam edir. Yəni hər kəs bilməlidir ki, mən bütün dar məqamlarında hər zaman Aslan İsmayılova informasiya dəstəyi vermişəm. Münasibətimiz də yaxşı olub. İş adamı Mürvət Həsənli ilə məlum yumurta davasında da birmənalı olaraq, Aslanı müdafiə etmişəm. Üstəlik, onunla (A. İsmayılov) bərabər məhkəmələrə də verilib (M.Həsənli tərəfindən), eyni tərəf kimi, prosesi uduzmuşuq da. Lakin günlərin birində biz qəzet olaraq əks tərəfin - Mürvət Həsənlinin də fikirlərini dərc etdik... İsrar etdi, qarşı tərəf kimi, biz də verdik. Bir foto da çəkdirdik, redaksiyada, Mürvət bəy onu yaydı... Və başlandı...Aslan İsmayılov həmin gündən qəzetə və mənə düşmən kəsildi. Hər fürsətdə, hər məqamda məni vurur, təhqir edir, gözdən salmağa, zədələməyə çalışır. İndi də belə edir. Seçkiyə başlayandan, dayanmadan əleyhimə yazır, müsahibə verir, təhqirlər yağdırır, böhtanlar atır. Hazırda da bir virtul seçki keçirdir. 5 gündür davam edən prosesi iki gün daha uzadıb... Niyə?

Adama deyərlər, ölkədə 125 dairə var, bütün müxalif liderlər seçkiyə qatılıb, üstəlik, elə dairələr var ki, ölkənin əsas müxalifət liderləri orada bir birinə rəqibdirlər. Məsələn, Sərdar Cəlaloğlu ilə Arif Hacılı. Bəs, niyə onlar arasında sorğu keçirtmirsən? Niyə başqa dairə haqqında heç olmasa, bircə gün müzakirə açmırsan? Özü gedib bir neçə namizədə dəstək verir, görüşlərində iştirak edir, qayıdıb, gəlib oturur bilgisayarın arxasında, yenə Rauf Arifoğlundan yazır, 35 saylı dairədən yazır.

Hər kəs kimi, ona da maraqlıdır... Həm başını qatır, işsiz-gücsüz, yaşlı adamdır; həm də içindəki bitməyən qərəzi yedizdirir, bəsləyir... Ümumiyyətlə, Rauf Arifoğlu haraya gedirsə, nə edirsə, ictimaiyyət üçün maraq doğurur. Mən o dairədə olmasaydım, o dairənin işarə rəqəmi bunca populyar olmayacaqdı. Necə ki, 20 ildir, deyil! Hansı dairədə olsaydım, Aslan müəllim özünü həmin dairəyə DSK təyin edəcəkdi...

Allah Aslan İsmayılova uzun və sağlıqlı ömür, gözlərinə nur versin. Mənə də daim öndə olmaq qisməti. Mən irəliləyim, o da Feysdə dalımca daş atsın. Önümə çıxıb, real həyatda əzdiyim rəqiblərimi online reabilitasiya eləsin, onlara təsəlli versin.

Aslan İsmayılovun keçirdiyi sorğu isə saxtadır. Digərlərinin də. Burada çoxsaylı fəndlərdən, VPN proqramlarından istifadə edib, səsləri artırmaq, bəzənsə silmək mümkündür. Bu iş həm də xeyli məsrəfli işdir. Feyk profillər, xüsusi proqramistlər, boş zaman lazımdır... Bir də buna ehtiyac hiss etmək...

Lakin mənim işim başqadır. Mən 35 saylı Xətai üçünçü seçki dairəsindən mandatı alnımın haqqı və şəffaf seçki kampaniyası ilə almağa iddialıyam. Hər gün arı kimi çalışan bir komanda ilə 5 gün sonra o mandatı alacam! Təsəlli üçün dostum Rəqibə bütün virtual qələbələr qurban olsun. Hətta Aslan İsmayılov da öz səhifəsi ilə birlikdə ona qurban olsun!

İndi isə seçki qərargahımızın kreativ gənclərinin hazırladığı 50 saniyəlik bir videonu təqdim edirik. Bizim gənclər cəmi 50 saniyəyə Aslan İsmayılovun 5 günlük "zəhmət"ini etibarsızlaşdırıblar!

Sizi gidi saxtakarlar! Yaxşı tapışıbsınız!

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости