Свобода людям, независимость нациям!

Aşına tökdüyünü qaşıqlayan Fransa – çox “genosid-genosid” deyirdilər...

4400 13.01.2023 10:30 Колумнисты A A

Son 230 ilin dünya tarixi ilə maraqlanan hər kəs bilir: Fransanın tarixi qara ləkələrlə doludur. Dünyanın üç ən byük müstəmləkəçi dövlətindən biri olan Fransa 200 ildən artıq müddətdə başqa ölkələri işğala, xalqları amansız əsarətə, istismara, genosid və qətliamlara məruz qayıb.

Bu ölkənin siyasi xadimlərinin bəzi dövlətləri, əsasən də Türkiyəni həvəslə genosiddə ittiham etmələrinə baxmayaraq, özlərinə hələ də toz qondurmurlar. Ancaq bu, bir sıra Afrika ölkələrinin Fransa dövlətinə qarşı hiddətini səngitmir. Fransa dirəşdikcə, onlar da bu dövlətdən üzr tələb edirlər.

Fransa əsarətindən zülm görmüş ölkələrin başında Əlcəzair gəlir. Bu dövlət 1830-cu ildən başlayaraq 1962-ci ildə Fransanın müstəmləkəsi olub. Fransızlar tərəfindən kölə edilən xalq hüquqsuzluqdan, kasıbçılıqdan uzun illər əziyyət çəkib. Zülm dözülməz həddə çatanda üsyan edən əlcəzairlililər amansızlıqla cəzalandırılıb. Fransız qubernatorların əmri ilə əsgərlər əliyalın camaatı qırıb-çatıblar.

qetliam-2.jpg (103 KB)

Maraqlıdır ki, Fransanın özü II dünya müharibəsi zamanı faşist Almaniyası tərəfindən işğal olunsa da, Afrikadakı müstəmləkələrini tərk etməyib. Hətta 1943-cü ildə Əlcəzairdə qubernator olan Kapru soyadlı fransız sərt şəkildə bəyan edib ki, onlar heç vaxt Əlcəzairə müstəqillik verməyəcəklər. Fransa müqavimətinin başçısı (sonradan prezident olan) Şarl de Qoll da bu fikirdə olub, o da Əlcəzairin müstəqilliyinə qarşı çıxıb.

II dünya müharibəsindən sonra müstəqillik və azadlıq əldə etmək istəyən ölkələrin sırasına Əlcəzair də qatılıb. Əlcəzairlililər 1945-ci ildə Setif və Gelma şəhərlərində fransız hərbi kontingentinə qarşı üsyana qalxıblar. Yaxşı silahlanmış nizami fransız ordusuna qarşı döyüşən pis silahlanmış üsyançıların müqaviməti uzun çəkməyib. Onlar məğlub olublar. Qırılan qırılıb, 4560 nəfər, eləcə də üsyanın başçısı Fərhad Abbas həbs edilib. Fransız hərbi-səhra məhkəmələri 1307 əlcəzairli barədə hökm çıxarıb. Üsyançılardan 99-u edam edilib, 64-nə ömürlük, 329-na katorqa cəzası kəsilib, 300 nəfər müxtəlif müddətlli cəzalara məhkum edilib.

Fransanın hakimiyyət orqanlarının yaydığı məlumata görə, üsyanda 88 avropalı, 1200 əlcəzairli həlak olub. Sonradan fransız tarixçiləri ölənlərin sayının daha artıq olduğunu etiraf ediblər. Məşhur fransız vəkil Jak Verje üsyanda ölən əlcəzairlilərin sayının ən azı 10 min olduğunu bildirib. ABŞ səfirliyinin o zamankı açıqlamalarında bu rəqəmin 17 min olduğu göstərilir. Əlcəzairin müasir tarix kitablarında isə həmin vaxt fransızların 45 min (ərəb və bərbər millətinə mənsub) insanı öldürdüyü yazılır.

EXf511uX0AAe5a__1667285076.jpg (120 KB)

1954-cü ildən ta 1962-ci ilə qədər üsyanlar davam edib. Fransızlar yerli əhalini qırmaqla əhalini ram edəcəklərini düşünüblər. Ancaq verdikləri ağır itkilərə baxmayaraq, əlcəzairlililər silahlı müqavimət göstərməkdən usanmayıblar. Nəticədə 152 min 853 əlcəzairli üsyançı və 250 min (bəzi mənbələrdə bu göstərici 1,5 milyon göstərilir) dinc sakin fransızlar tərəfindən qətlə yetirilib. Əlcəzairlililər də 25 min fransız əsgərin və 30 min də fransızlara qoşulub Əlcəzair xalqına qarşı vuruşan ərəb və bərbərlərin həyatına son qoyublar. Nəhayət, 1962-ci ilin iyul ayının 5-də Fransa Əlcəzairə müstəqillik verməyə məcbur olub.

Hazırda Əlcəzairin orta və ali məktəblərində təhsil alan şagird və tələbələr bu qanlı tarixi öyrənirlər. Müasir Əlcəzair xalqı haqlı olaraq tarixi ədalətin öz yerini almasını, Fransanın bu qətliam aktlarına görə üzr istəməsini tələb edirlər.

Prezident Emmanuel Makron isə iki gün əvvəl Əlcəzairin müstəmləkəçiliyinə və bu xalqın yüz minlərlə övladını qətlə yetirdiklərinə görə üzr istəmək fikrində olmadıqlarını bəyan edib.

Ancaq məhz Makron 2017-ci ildə prezidentliyə namizəd olarkən Fransanın müstəmləkəçilik siyasətini “bəşəriyyətə qarşı cinayət” adlandırmışdı. İndi isə o bu dediklərindən geri durur, “bəşəriyyətə qarşı cinayət” törətdiklərini danır.

8899.jpg (30 KB)

Görünür, Makron və bu cür davranmağı ona məsləhət görən digərləri ona görə belə edirlər ki, Əlcəzairdən üzr istəyəcəkləri təqdirdə, arxasınca təzminat ödəmək tələbi eşidəcəklərini (adətən, elə olur) bilirlər. Hələ bununla da iş bitməyəcək. Ondan sonra Fransının digər müstəmləkələri (Seneqal, Kamerun, Kot-d`İvuar, Qana, Tunis, Mərakeş, onlarca başqaları) də haqlı olaraq eyni tələb irəli sürəcəklər.

Bəs bu xalqlar tələblərindən geri duracaqmı? Çətin. Bu da olmayacaq. İllər keçdikcə bu tələblər daha da sərtləşəcək və Fransanın reputasiyası yerlə bir olacaq, ciddi sıxıntılar yaşayacaq.

Bu, Fransanın vaxtilə Türkiyəyə qarşı götürdüyü de-marşın cavabıdır, ard-arda “erməni genosidi”nə dair parlament qanunları qəbul edən, hətta bunu mübahisə predmetinə çevirlənləri belə cinayət təqibinə məruz qoyan rəsmi Paris qazana tökdüklərini qaşıqlamağa məhkumdur.

P.S. Hazırda idman sahəsində Fransanın üzünü ağardan Zidan, Benzema, Mbappe kimi müstəmləkə ölkələrindən çıxmış futbolçular və bu qəbildən olan başqa parlaq idmançılar vaxtilə fransız hərbçilərə qulbeçəlik edənlərin züryətləri olsalar da, vaxt gələcək, onlar da Fransadan üzr tələb edənlərin sırasında yer alacaqlar.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости