Свобода людям, независимость нациям!

“Apokalipsis”dəki qaniçən qəbilənin "sülhpərvərliyi"- bizim pasifistlərin yanlışı

3090 16.09.2022 08:55 Колумнисты A A

Biz bəzən “sülhpərvər” və “pasifist” terminlərini qarışdırırıq, yazı və ya qısa qeyd yazanda onların bir yerdən sonra fərqlli məna daşıdıqlarına diqqət etmirik.

Görünür, bunları el dilində izah etməyə ehtiyac var. Sülhpərvər odur ki, müharibə, qan-qada istəmir, ona can atmır, konfliktlərin dinc yolla, danışıqlarla həll olunmasının tərəfdarıdır.

Pasifist isə düşünür ki, nə olur, olsun, müharibə olmasın, düşmən aqressiv olsa da, torpaqları işğal etsə də, əhalini qırsa da, ona müqavimət göstərilməsin. Siyasətşünaslıq elminin meyarları ilə yanaşsaq, pasifizm hətta özünə zərər vermək bahasına da olsa, zorakı müqavimət göstərməmək dərəcəsində müharibə və zorakılıq əleyhdarı olmaq deməkdir.

Pasifistlə sülhpərvərin əsas fərqi odur ki, ikincinin sağ əlində gül (zeytun budağı), sol əlində daş (dron) olur, düşmənə uzatdığı gül dəstəsi qəbul edilmirsə, sol əlindəki ilə özünü qoruyur. Birincinin hər iki əlində gül olur və bundan başqa o, öz əllərini bağlayaraq, həyatını, əmlakını, namusunu düşmənin insafından, mərhəmətindən asılı vəziyyətə qoyur.

Ermənilərə münasibətdə biz pasifist ola bilmərik, onlar bunu qiymətləndirəcək qədər geniş ürəyə, mərhəmətə malik deyillər, qədim dövrlərin vəhşi qəbilələri kimi hərəkət edəcək, bizimlə Mel Gibsonun çəkdiyi “Apokalipsis” filmindəki qaniçən tayfa kimi davranacaqlar.

667.jpg (328 KB)

Ancaq sülhpərvər ola bilərik və bu, vacibdir. Çünki sülhün alternativi yoxdur. Bu kəlmənin antonimi müharibə, ölüm-itim, faciədirsə, sinonimləri “həyat”, “firavanlıq”, “tərəqqi”dir.

Hazırda bəzi böyük dövlətlər və beynəlxalq təşkilatlar ermənilərdən aldıqları ilk informasiya əsasında bizi “aqressiv tərəf”, erməniləri “məzlum sülhsevərlər” kimi təqdim etməyə başlayıb.

Fəqət kökündən elə deyil. Ermənilərin 34 il öncədən yeritdikləri informasiya siyasəti hələ də öz bəhrəsini versə də, artıq qarşı tərəfin dinlənilməsini vacib sayan dairələr də var və onlar bizim səsimizə qulaq verdikdə həqiqətin nədən ibarət olduğunu anlayırlar.

Azərbaycan dövləti 2020-ci ilin payızından bəri ermənilərə dəfələrlə deyib ki, işğal altındakı torpaqlarımızı dinc yolla qaytarmadınız, müharibə ilə alası olduq və artıq hərbi əməliyyatlar bitdi, indi sərhədlərin dinc danışıqlar yolu ilə birdəfəlik müəyyənləşdirmək üçün sülh sazişi imzalanmalıdır, Qarabağda yaşayan erməni əhalisinin taleyi isə Azərbaycan qanunları və beynəlxalq konvensiyalara uyğun olaraq həll ediləcək.

443.jpg (282 KB)

Bəs “sülhsevər” Ermənistan tərəfi nə deyir? Ermənistan yenidən toparlanmaq, güclənmək, qisas almaq, “itirilmiş torpaqları” geri almaq əzmindədir. Bu məqsədlə bu dövlət sülh danışıqlarından qaçır, yekun sənədi heç cür imzalamaq istəmir. Açıq şəkildə ortadadır ki, dövlətin düşdüyü girdabdan, millətin möhnətindən yaxşı xəbərdar olan bəzi erməi siyasətçilər çıxış yolunu sülh sazişində görürlər. Ancaq onlar azdırlar və çoxluqdan qorxurlar.

Ermənistan ictimaiyyəti çəkdiyi bütün iztirablara, verdiyi itkilərə, yaşadığı mərhumiyyətlərə baxmayaraq, sülh istəmir, qisas istəyir.

Bu xalqın arasında nəinki bir nəfər də olsun pasifist yoxdur, heç səmimi sülhpərvərləri də gözə dəymir. Şübhəsiz, sülhpərvər ermənilər var, ancaq onlar o qədər az və zəifdirlər ki, səslərini çıxara bilmirlər.

Onun əksinə, bizim gerçək sülhpərvərlər, yalançı “sülhsevərlər” və pasifistlər sosial şəbəkədə həm fəaldırlar, həm də sayları daha çoxdur, üstəlik, cürətlidirlər.

Burada qəribə bir ziddiyyət də var. Ermənilər və onların havadarları Ermənistanı bizimlə müqayisədə daha demokratik və azad ölkə sayırlar. Elədirsə, nədən bu “azad cəmiyyət”də bi nəfər də olsun, çıxıb erməni millətçiliyinə totalitar düşüncəyə etiraz etmir, edə bilmir? Əvəzində bizim “azad olmayan ölkə”də bu qədər adam psifist mövqe sərgiləyir, dövlətin yeritdiyi siyasətə qarşı çıxır?

Bundan çıxan nəticə odur ki, ermənilər millət-torpaq-müharibə məsələsində total düşüncə daşıyıcısıdırlar və başqa fikir bildirmək imkanları olsa da, içlərindən gəlmədiyi üçün bunu etmirlər. Amma bizim “dissident”lər o qədər cürətlidirlər ki, cəzadan qorxmadan dövləti siyasəti, millətin iradəsi əleyhinə fikir bildirə bilirlər.

333.jpg (6 KB)

Əslində isə bizim pasifistlər beynəlxalq dairələrə güvənirlər, onlar tərəfindən müdafiə olunacaqlarını düşünürlər və həmin dairələrin sifarişini icra edirlər. Onlara tapşırıq verilib ki, Azərbaycan dövlətini hərbi təcavüzdə ittiham edin və onlar bunu həvəslə edirlər. Eyni zamanda həmin təşkilatlar Ermənistandakı əlaltılarına bənzər tapşırıq vermirlər və onlar da sülh çağırışları etmirlər.

Bax, belə bir naqolay durum yaranıb.

Bölgədə əsl sülh o vaxt yaranacaq ki, beynəlxalq təşkilatlar, qüdrətli dövlətlər müharibə vəziyyətində olan tərəflərə bərabər yanaşsınlar, haqlının haqlı, haqsızın haqsız olduğunu düzgün təsbit etsinlər. Eyni zamanda onlar hər iki ölkənin ictimaiyyətinin sülhə nə dərəcədə hazır olduqlarını düzgün müəyyənləşdirməlidirlər.

Həmişə təxribat barədə düşünən, dilinə sülh sözü gəlməyən, qisas eşqi ilə alışıb yanan tərəfi “sülhsevər”, onlarla döyüşməkdən qaça bilməyənləri isə “militarist” kimi qələmə verməklə münaqişə həll etmək mümkün deyil.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости