Свобода людям, независимость нациям!

And olsun Xocalıya, Prezident Əliyev zarafat eləmir, Serjik!

13224 30.05.2024 12:30 Колумнисты A A

Azərbaycan xalqının üzünü güldürən, dövlətinin şərəfli səhifələrinə əlavə olunan tarixi hadisələr bir-birinin ardınca o qədər sürətlə düzülür ki, açığı, bir sıra hallarda qələmə almaq, baş verənləri yazıya çevirmək üçün  zaman çatmır. Şuşalıların ardınca, 32 illik həsrətdən, nisgildən sonra Xocalı sakinləri də öz evlərinə, doğma Xocalıya qayıtmağa başladılar, cəmi 8 aylıq təmir-bərpa işləri nəticəsində!

Prezident Xocalıya qayıdan doğma sakinlərlə görüşündə xüsusilə qeyd elədi ki, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil. “Çünki bildiyiniz kimi, keçən il Müstəqillik Günündə mən Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişdim. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşmüşdüm. Onlar da məhz o gündə köçmüşdülər. Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir”. Mübarək Müstəqillik gününün, Azərbaycan dövlətinin doğum gününün Xocalıya qayıdışla qeyd olunmasının böyük rəmzi mənası var: Xocalısız Azərbaycan ola bilməzdi, heç şübhəsiz! 1992-ci ilin 25-26 fevralında namusumuza təcavüz olunmuşdu Ermənistan və onun faşist ordusu, himayədarları tərəfindən! O ləkəni Azərbaycan Ordusu, şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına təmizlədi, düşməni savaş meydanında əzdi və Xocalı dünyaya yenidən doğuldu, cənnətməkan bu yurd. Xocalıda qətlə yetirilən, Şəhidlər Xiyabanında uyuyan 5 yaşlı NAMƏLUM qızcığazın ruhu da bu gün 39 yaşında sevinir bu hadisəyə, əminik...

1716913503_ef87347c9a8345aa94158a743f4d2803.jpg (133 KB)

Dövlətimizin qüdrətinə maşallah! Dünənədək Xocalıdakı rus hərbçilərinin “əbədi”liyi barədə dedi-qodu uyduranlar nədənsə əbədi olaraq Xocalıya qayıdanları “görmədi”lər, özü də rus hərbçilərinin əbədi bu bölgəni tərk etməsinin ardınca! Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Xocalı sakinləri ilə səmimi və tarixi söhbətlərini dəfələrlə dinləmək istəyir adam. Biz haradan-haraya gəlmişik, ilahi! Xocalıya e!

Ali Baş Komandan bu zəfərə görə onları qiymətləndirdi – qəhrəman ordumuzun əsgər və zabitlərini. Sitat: “Onların qəhrəmanlığı, fədakarlığı sayəsində biz bu gün buradayıq. Onlar sinələrini qabağa verərək düşmənə elə bir sarsıdıcı zərbə endirmişlər ki, əminəm, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək”. Bu, 2 əsr ərzində mümkün olmayanı reallaşdıran SƏRKƏRDƏnin ordusuna böyük qiyməti, dəyəridir, həm də böyüklük nümunəsidir! Buraya gəlib çıxmaq üçün nə qədər əziyyətlərə qatlaşmalı oldu dövlət başçısı, komandası, əsgərinədək hər kəs!  

1716913478_5ca98ad20d410796a15d6688831c8be9.jpg (179 KB)

Prezident digər mühüm məqamlara da toxundu. Sitat: “Xocalı soyqırımı abidəsinin, Memorial Kompleksinin yaradılması ilə bağlı uzun illər məsələlər müzakirə edilirdi, hətta “Ana fəryadı” abidəsinin yanında yer də seçilmişdi, layihə də hazırlanmışdı. Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu Memorial Kompleks Xocalıda yaradılmalıdır və belə də oldu. Həmin o layihəni biz gətirdik və fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu və burada inşa ediləcək. Bütün dünya da görəcək ki, erməni vəhşiliyi nədir, bu, həqiqətdir və bunu hər kəs bilməlidir. Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın”. Çox ciddi məsələlərdir, Ermənistana həm də xilas yolu təklif edilib!

xocali-0.jpg (70 KB)

On illər boyunca “Xocalıya ədalət!” dedik, bir çoxları səsimizi eşitmədilər, soyqırıma biganə qaldılar. Ədaləti təkbaşına bərqərar edən Azərbaycan dövləti və bu dövlətin lideri indi Xocalı sakinlərinin mənzillərində qonaq olur. Ən çox təsirləndiyim dialoqlardan birini təkrar təqdim etmək istəyirəm:

Xocalı sakini Səriyyə Cəfərova: Cənab Prezident, mən bu evdə yaşamışam. 

Prezident İlham Əliyev: Bu evdə?

Səriyyə Cəfərova: Bəli, bu evdə. Mən Sizi evimizə dəvət edirəm.

Prezident İlham Əliyev: Gedək, Mehriban xanım da gəlsin, gedək.

Səriyyə Cəfərova: Mən bu evdə doğuldum, bu evdə böyüdüm.

Prezident İlham Əliyev: Sonra ermənilər gəlib evinizdə yerləşmişdilər, elədir?

Səriyyə Cəfərova: Bəli, ermənilər bu evdə yerləşdilər və mənim anamı şəhid etdilər. Ondan sonra mən bir ailə olaraq üç əmim oğlunu itirdim, anamı itirdim…

Mehriban xanım Əliyeva: Allah rəhmət eləsin.

Səriyyə Cəfərova: Anam üç qız uşağını atasız böyüdüb. Bu ev mənim üçün çox doğmadır, əzizdir.

Mehriban xanım Əliyeva: Bu, həmin evdir, qalıb?

Prezident İlham Əliyev: Bərpa etmişik.

SERIYYE.jpg (96 KB)

Səriyyə Cəfərova: Bu evi bizə yenidən bəxş etdiniz, cənab Prezident. Məni evimə gətirən Prezident, Mehriban xanım, Sizə sonsuz təşəkkür edirəm ki, bu, mənim üçün yuxu deyil, xəyal deyil, bu, əsl gerçəkdir. Təşəkkürlər, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun, gedək evinizə baxaq. Amma əminəm ki, ümidlərinizi heç vaxt itirməmişdiniz.

Səriyyə Cəfərova: Heç vaxt itirmədim.

Prezident İlham Əliyev: Amma çox vaxt keçib təbii ki, 32 il başqa-başqa yerlərdə.

Səriyyə Cəfərova: Cənab Prezident, 32 il zaman keçdi. Amma mən Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədriyəm, tədqiqatçı jurnalistəm, 2017-ci ildə biz Sizinlə görüşmüşük, cənab Prezident.

Prezident İlham Əliyev: Harada?

1716913505_0d4d9a67fb0e054c5b032c33c8281b99.jpg (105 KB)

Səriyyə Cəfərova: Mətbuat Günündə görüşmüşük biz və orada Sizinlə səmimi söhbətimiz də olub. Yəni Siz həmişə xocalılılara xüsusi qayğı ilə yanaşmısınız.

Bu dialoq əsasında bir film çəkmək olar, “Fəryad”dan sonrakı Xocalı haqda...Səriyyə Müslümqızının Xocalı soyqırımından sonra danışdıqları indiyədək qulaqlarımdadır, o dəhşətləri göz yaşlarına boğularaq danışırdı. Sonrakı illərdə daim Xarıbülbül kimi, boynubükük gördüyüm bu, Xocalı qızı mənim aləmimdə Xocalının simvollarından biri idi. Hər görüşümüzdə Xocalıdan danışardıq.

Sonuncu dəfə təqribən bir ay öncə, “Yeni Müsavat”ın redaksiyasına yaxın ərazidə təsadüfən rastlaşmışdıq, nə zaman qayıdırsınız, soruşanda üzü gülmüşdü, inşallah az qalıb, demişdi. Və budur, Səriyyə bacımız Prezidenti, Birinci xanımı Xocalıdakı mənzilinə dəvət edir, onlarla dərdləşir, sevincini bölüşür! 2017-ci il görüşünü mən də xatırlayıram, jurnalistlərə mənzillərin açarları təqdim olunarkən cənab Prezidentlə çox səmimi söhbətlərimiz olmuşdu. (Foto) Növbəti görüşün Xocalıda olması tamam başqa bir hadisədir, möhtəşəmdir, yenidən dünyaya gəlməkdir! Xocalı e!

1500573044_18.jpg (46 KB)

Dövlət başçımız özü də çox məmnun idi, ürəkdən sevinirdi. Çünki inanırdı bu günə. Abadlaşan Xocalıdan danışarkən bunları söylədi: “Həm abad, gözəl evlər, istirahət zonaları. O qədər gözəl təbiəti var ki, burada yaşamaq, yaratmaq hər bir insana xüsusi zövq verəcək. Siz də buna layiqsiniz. Siz otuz ildən çox müxtəlif yerlərdə yaşamısınız - kimi yataqxanada, kimi uşaq bağçasında, kimi qohumların evində, kimi də qəsəbədə. Bilirsiniz, mən işğal dövründə xocalılılarla dəfələrlə görüşmüşdüm, - Bakıda və digər yerlərdə qəsəbə salınmışdır, - deyirdim ki, gün gələcək sizinlə Xocalıda görüşəcəyik. Bax, bu gün də gəldi”. Şükür bu günə! 

1500573104_20.jpg (39 KB)

Xocalı səfərində çox mühüm xəbərdarlıqlar və mesajlar oldu. 32 ildən sonra evlərinə qayıdan Xocalı sakinləri ilə görüşdə Prezidentin “əminəm, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək. Halbuki Ermənistanda revanşistlər də kifayət qədər çoxdur. Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə biz hər an hazır olmalıyıq. Əlbəttə ki, ilk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik”, xəbərdarlıqları sıradan məsələ deyildi. Xocalının bizimçün hansı anlam kəsb etdiyini düşmən də bilir.

Ermənistanın müdafiə naziri, sonra isə prezidenti olmuş Serj Sarkisyan Karneqi analitik agentliyinin əməkdaşı Tomas de Vaala müsahibəsində demişdi: “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik. Belə də oldu”.

serj_serkisyan_.jpg (182 KB)

Quduz it kimi heç nəyə məhəl qoymadan insanları parçalayan faşist ordusunun başında dayanmış bu alçaq körpə uşaqların qətliamına, günahsız insanların soyqırımına bu şəkildə “bəraət” qazandırmağa çalışmışdı. Bu günlərdə də hərdən-bir ortaya çıxıb, hələ gəbərmədiyini nümayiş etdirməyə çalışır. Xocalı qatili bu günlərdə erməni xalqını yenidən müharibəyə səsləyib. Anlayır ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasının ardınca onun da qandallanacağı gün yetişəcək, Haaqa Tribunalı qurulmasa da, Azərbaycanın HAQQ DİVANI qurulacaq erməni faşistləri ilə bağlı...Suları bulandırmaqla, hətta ermənilərin qırılması bahasına olsa belə, özünü xilas etməyə çalışır.

2013-cü ilin oktyabrında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasına qatılan Ermənistan prezidenti Serj Sərkisyanla Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov arasında qalmaqal yaşanmışdı. Sərkisyan demişdi ki, “Ermənistan Dağlıq Qarabağın qarantıdır və Azərbaycanın Dağlıq Qarabağla müharibə elan edəcəyi təqdirdə Ermənistan bütün resursları ilə onu müdafiə edəcək”. Sonra isə həmin bu quduz daha da irəli gedərək “Azərbaycan müharibə ilə bağlı fikirlər səsləndirməkdən vaz keçsin. Yeni müharibə olarsa, 20 faiz deyil, 25 faiz və hətta artıq ərazinizi itirəcəksiniz” təhdidini etməkdən də çəkinməmişdi, beynəlxalq səviyyədə təpkilər görməməsi səbəbindən.

e9db0d73a3394e96bb00d3b3797a4236_5280242.jpg (363 KB)

Təsadüfi deyildi ki, Prezident İlham Əliyev 44 günlük müharibədən sonra “biz Köçəryan və Sərkisyanın ordusuna qalib gəldik”, deyirdi. İndi Serjik Baqrat Qalstanyanın qaldırdığı tozanaqdan sui-istifadə edib, meydana girmək istəyir. Amma Azərbaycan Prezidentinin Xocalıdan etdiyi xəbərdarlığı unutmasın!  

Xocalılarla zarafat etmədiklərini abırsızcasına dilə gətirən Serj Sərksiyan Azərbaycan Prezidentinin Xocalı xəbərdarlığını diqqətə almalıdır. Anlamalıdır ki, Xocalı zarafat yeri deyil və Prezident Əliyevin Xocalıdan səsləndirdikləri həm də AND mənasını verir! Prezident Əliyevin anda necə həssas olduğunu dost da, düşmən də yaxşı bilir. Deyilənlər sıradan sözlər deyildi, and olsun Xocalıya! Serjik də anlasın və özünü yığışdırsın! Keçən ilin 28 mayında Prezident Laçından Qarabağdakı xunta rejiminə xəbərdarlıq etmişdi, nəticə çıxartmadılar, nəticəsi bəlli. Xocalı xəbərdarlığı...

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости