Свобода людям, независимость нациям!

“Altı-beş” danışan Ermənistan özünü satsa, borcumuzu ödəyə bilərmi?

980 07.05.2022 10:20 Колумнисты A A

Görünən budur ki, erməniçilik yeni qapaz istəyir, artıq buna şəkk-şübhə ola bilməz. İstisna deyil ki, bu qapazı onların başına vurdurmaq istəyənlər var, öz ağlının məhsulu deyil. Əks təqdirdə, Azərbaycanın irəli sürdüyü 5 şərti qəbul edəndən sonra masaya 6 bəndlik “təkliflər paketi” qoymağa cəsarət etməzdilər. 

Mayın 2-də Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə Brüsseldə görüş keçirən Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “köhnə bazara təzə nırx” qoymağa çalışıb. İddiasına görə, Bakıda başa düşürlər ki, sülh danışıqları “5+6" gündəliyi əsasında, yəni Bakının təklif etdiyi bəndlərə Yerevanın irəli sürdüyü 6 bəndin əlavə edildiyi gündəlik əsasında başlamalıdır. ”5+6" bəndləri əsasında sülh danışıqlarının başlaması legitim yanaşmadır və biz qarşılıqlı anlayış gördük", deyə Qriqoryan bildirib. Erməni rəsmisinin dediklərindən belə aydın olub ki, bu məsələlər razılaşdırıldıqdan sonra mümkün Paşinyan-Əliyev görüşündən danışmaq olar.

 Qeyd edək ki, Paşinyan-Əliyev görüşündə aprelin sonuna qədər delimitasiya və sərhədin təhlükəsizliyi üzrə komissiyanın yaradılacağı barədə razılıq əldə edilsə də, indiyədək komissiya  yaradılmayıb. Səbəb Ermənistanın destruktiv yanaşmasıdır. Daşnaklar əbəs yerə küçələrə tökülməyiblər ki. Fransanın başı bu aralar seçkilərə qarışdı, amma “kiçik bacı”nın “Fransa” meydanı boş qalmadı, hətta çadırlar da quruldu.

Getdikcə sıraları artır revanşistlərin, xeyli vaxtdır “siçan deşiyindı gizlənən” Köçəryan-Sərkisyan cütlüyü də etirazçılara qoşulub. Və bütün bunların fonunda Moskvadan gələn reaksiyaya baxın: “Baş verənlər Ermənistanın daxili işidir”. Göründüyü kimi, heç bir “narahatlıq”dan söhbət getmir. Azərbaycanda hər hansı aksiya olsa, “ay narahatıq, öldük, batdıq, qoymayın”, “səfirliyimizə təhlükə var”, “Azərbaycana getməyin, riskilidir” kimi şivənlər uzaq Amerikadan tutmuş, Avropayadək, ordan da Rusiyayadək göyə bülənd olacaqdı. Ermənistana gəldikdə, heç biri narahat deyil. Hətta neçə gündür erməni etirazçıları it ölüsü kimi sürüyürlər, toqquşmalarda birisi ölüb, keçmiş polis rəisinədək həbs olunanlar var, amma yenə də təşvişə gərək yox... Çünki hərəsi öz oyununu oynayır. Kəsəsi, erməniləri oynadırlar, ən azı oyuncaqsayağı. Başa düşmür bədbəxt millət!

Hələ bunların ağıllılarından biridir guya ki, Qriqoryan, amma durub 6 şərtdən danışır, qalib Azərbaycanın qarşısına şərt qoyur kapitulyant! El arasında misal var: “Altı-beş danışırsan ha...” Bu bədbəxt ölkənin və onun miskin vətəndaşlarının nə haqqı, nə cürəti var Azərbaycanın qarşısına şərt, ya təkliflər qoymağa? Deyən gərək: öl, öldüyün yerdə, nə verərlər yeyərsən, şükür edərsən!

Görünür Paşinyan unudub, 44 günlük müharibədən qabaq Azərbaycanın qarşısına 7 şərtlə çıxmışdı! Azərbaycan Prezidenti dedi onların 7 şərtinin qarşısında bizim tək şərtimiz var: torpaqlar azad edilməlidir! Eşitmədi, cavabını aldı. İndi yenə də şərt irəli sürəcəksə, bədəlini ödəyəcək. Bu, artıq razılaşmanın pozulmasıdır. Ötən ay Prezident İlham Əliyev Azərbaycan tərəfin artıq öz komissiyasını formalaşdırdığını və Ermənistan tərəfin qərarını gözlədiyini,  həmçinin İrəvanın Azərbaycanın irəli sürdüyü təklifləri qəbul etdiyini bildirmişdi. İndi İrəvan küçələrində qurulan “etiraz tamaşası”nın ardınca Ermənistan hakimiyyətinin ortaya iddia qoymaq cəhdi ən azı ağılsızlıqdır.

Azərbaycan istəyir ki, gərginlik bitsin, yeni həyat başlasın, qarşı tərəf də bölgənin imkanlarından faydalansın, “adam olub adamlar cərgəsinə qoşulsun”. Amma erməni revanşizmi yenə də baş qaldırır, deyir yox e, Qarabağın statusu, nə bilim ermənilərin təhlükəsizliyi məsələsi var. Gah da Azərbaycana aid olan anklavlarla bağlı axmaq iddialar səsləndirirlər. Unudurlar ki, Azərbaycanın tarixi torpaqlarında oturublar və sərhədlərin dəqiqləşdirilməsində Prezidentin dediyi kimi, 1918-ci il xəritəsinə də istinad olunacaq, Zəngəzursa iki il sonra qoparılıb bizdən! Hətta qoparılan zaman da Zəngilanla Naxçıvan arasındakı dəhliz-yol indiki kimi, 42 km olmayıb, daha az olub məsafə. Sonrakı illərdə o qədər torpaqlar qoparılıb ki, “yaylaq” adı altında...

Yəni bizim Ermənistandan alası torpaqlarımız var, Ermənistanın bizdən yox! Başqa bir mühüm məsələ: 1988-89-cu illərdə qovulan 250 min azərbaycanlının tarixi torpaqlarına qaytarılması məsələsi heç şübhəsiz, danışıqların əsas mövzularından biri olacaq. Necə ola bilər ki, Qarabağdakı 25 min erməninin “təhlükəsizliyi”ndən danışılsın, amma on dəfə çox sayda azərbaycanlıların məsələsi kənarda qalsın? Üstəlik, Azərbaycana vurduğu yüz milyardlarla dollarlıq zərərə görə Ermənistan cavab verməlidir. Konkretləşdirsək, Ermənistan özünü satsa da, Azərbaycanın borcundan çıxa bilməz. Odur ki, lal olub yerində otursun!

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости