Свобода людям, независимость нациям!

“Alman dəqiqliyi” çatmayan alman nazir: yaxud avropalı qadın nazirlər Kolonna, Berbok, Coli bizdən nə istəyir?

1927 07.11.2023 13:19 Колумнисты A A

Fransa xarici işlər naziri Ketrin Kolonna oktyabrın ilk həftəsi Ermənistana səfər etdikdən, anti-Azərbaycan bəyanatlarına görə lazımi cavabı aldıqdan sonra “taym-aut” götürüb, görünmür. Amma estafet çumuğunu alman bacısına verib – Almaniya xarici işlər naziri Annalena Berboka.

BERBOK.jpg (64 KB)

Fransa gördü ki, Azərbaycanla konfrantasiya – özü də yersiz və əsassız – ona heç bir dividend qazandırmır, əksinə, Mərkəzi Asiyadan daşımaq istədiyi uranın yeganə tranzit yolundan da özünü məhrum edə bilər bu gedişlə, odur ki, yavaşlayıb… Fransa prezidenti Emmanuel Makron təsadüfən bunca ermənipərəstliyinə rəğmən, həmfikirlərinin Azərbaycana qarşı sanksiya təşəbbüsünə qarşı çıxmadı, anlayır o halda nələrlə üzləşəcəyini. Elə Azərbaycanın Türk Dövlətləri Təşkilatında birləşdiyi, qardaşlıq andı içdiyi dövlətlərə səfərləri zamanı isti mesajlar verməsinin də pərdəarxasında Bakı ilə münasibətlərə əl gəzdirmək niyyəti dayanır heç şübhəsiz. Ona görə də Kolonnaya da “bir müddət gözə görünmə” məzmunlu “ev tapşırığı” verilib…

KETRİN.jpg (70 KB)

Hə, az qala unutmuşdum, Avropa Birliyindən kənar “ögey” bacısı, Kanada xarici işlər naziri Melani Colini xatırlamasaq, düzgün olmaz. Həmin bu Coli ötən ay Ermənistanda səfərində nə bildi, erməniləri müdafiə etdi, sanki yarışa qatılmışdı: “Ha yordu, yordu, yordu…”

MELANİ.jpeg (72 KB)

Kanadanın xarici işlər naziri hətta döyüş bölgəsinə gəlib, binoklla ərazilərimizə boylanmışdı, Azərbaycanın ünvanına məsuliyyətsiz bəyanatlar, hədələr səsləndirmişdi, Qarabağdan ÖZ İSTƏYİ İLƏ KÖÇƏN ermənilərlə görüşüb onların halına “ağlamışdı”.

QARABAG YENİ.png (802 KB)

Hələ dedi Avropa Birliyinin üzvü olmasa belə, bir “ilk”ə imza atmaq, Ermənistandakı Aİ missiyasına ölkəsini qoşmaq niyyətindədir. Əvvəlcədən anons edilmişdi axı: kanadalı atlılar gələcəkmiş Azərbaycanla şərti sərhədlərə… Kəsəsi, Paşinyan hakimiyyətini oyuncağa döndərənlər Ermənistanda at izini it izinə qarışdırıblar. Fransa da bu yandan Gorusda baş konsulluq açmaq üçün tədarük görür, fransızın yaşamadığı şəhərdə. Yəqin bir azdan Kanadanın da baş konsulluq iştahı açılar, Almaniyanın da…

Artıq əminliklə ifadə edəcəyimiz acı reallıq var: bütövlükdə ümumavropa siyasətinin cılızlaşması baş verir, artıq nüfuzlu siyasətçi, lider yoxdur. Xarizma sahibi olmayan, ədalət hissi çatışmayan, xalqların, ölkələrin fəlakətləri üzərində xoşbəxtlik taxtını qurmağa çalışan siyasətbazların Qafqaz bölgəsində də sülh və əmin-amanlıq qurmaq niyyətindən çoxdan vaz keçdiyi faktdır.

Qayıdaq Kolonnanın estafet çubuğunu qəbul etmiş Berboka… Almaniya boyda nəhəng Avropa dövlətinin belə bir diplomatının olması əslində acınacaqlı haldır. Bakıdan öncə İrəvanda səfərdəydi. Amma təkcə İrəvandamı? Qarabağdan köçən ermənilərlə görüşməkdən ötrü özünü həlak elədi, səsi-sorağı Vedibasardan, Arazdəyəndən gəldi. Bilə-bilə ki, Azərbaycan Qarabağdakı mülki sakinlərin vətəndaşlığımızı qəbul edib, dinc, sakit yaşamasından ötrü əlindən gələni etdi və etməkdədir, amma yenə də cəfəng fikirlərini bir kənara qoymadı. Ararat Mirzoyan və başqa yanlar tərəfindən qulağı o qədər doldurulmuşdu ki, dediklərindən bəzən Qarabağdan gedən ermənilər də çaşqın hala düşürdülər, axı, ən azı onlar bilirlər nə “genosid” olub, nə “qovulmaq”, nə “blokada”. Sadəcə onların bir hissəsi – artıq 10 mininin səsi Rusiyadan gəlir – Rusiyaya, digər qismi Avropaya, Amerikaya mühacirət etməkdən ötrü Qarabağı tərk etdilər. 30 il ərzində xunta rejiminin caynağı altında əzab çəkən mülki erməninin xoş gün axtarışına çıxması hardasa təbiidir, Kolonna görüşmüşkən bu köçün gerçək səbəbini öyrənməyə çalışmalı idi. Amma o, gerçəkliyin üzə çıxmasında maraqlı olmadığını Bakı səfərində açıq nümayiş etdirdi…

KETRİN SON.jpg (100 KB)

Bir materialda oxumuşdum. “Ordnung” sözü almanların gündəlik nitqində həmişə işlədilir. Narahat görünürsənsə, yoldan keçən bir adam soruşa bilər: “Alles in Ordnung?”, yəni “Hər şey qaydasındadırmı?”

Necə olur ki, Ermənistan səfəri zamanı ucqarlara belə gedib ermənilərin halına yanan, “Alles in Ordnung?” - soruşan Almaniya XİN rəhbəri Azərbaycana gəldikdə almanların əsas yanaşmasını unudur? Nəinki unudur, hətta yalan deyir! Ağlasığmazdır! Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla birgə keçirdiyi brifinqdə “Real TV” əməkdaşının çox yerində səsləndirdiyi sualların cavabında Berbok iddia etdi ki, o, Bakıda olarkən Ermənistandan olan qaçqınlarla da görüşüb. Özü də “Ermənistandan gəlmiş” ifadəsini işlətdi.

Sanki azı 300 min azərbaycanlı 1988-89-cu illərdə əllərini-qollarını sallayaraq, əllərində erməni polisi və hərbçisinin verdiyi ərzaq, su, dərman preparatları rahat şəkildə Azərbaycana köçənlərdən gedirdi. “Gəlmiş!!!” Elə də az yaşı olmayan xanım nazir doğrudanmı azərbaycanlıların hansı şəraitdə ev-eşiklərini, tarixi yurdlarını tərk etdiyini bilmir?! Heç şübhəsiz, yaxşı bilir. Amma əgər görüşmədiyi adamlarla “görüşdüm” deyib, üzə durursa, artıq məsələ məlumdur. Bir daha qeyd edək: Almaniya kimi dövlətin bu səviyyədə xarici işlər nazirinin olması təəssüf doğurur. Nazir Berbokun dünyanın gözü – bu brifinq çoxsaylı ölkələrdə canlı yayınlanırdı - qarşısında Azərbaycanda qaçqın və məcburi köçkünlərlə görüşməsi haqda yalan danışması nəinki diplomatik qaydalara, ümumilikdə adi insani davranışa belə ziddir. Həmin andaca məlum oldu ki, Ermənistanda Qarabağı könüllü şəkildə tərk etmiş şəxslərlə “qaçqın” kimi görüşən nazirə Azərbaycandakı məcburi köçkünlərlə də görüş təklif olunubmuş, amma o, görüşdən imtina edib! Təsəvvür edirsiniz, adamlar guya sülhü təmin etməyə gəliblər, amma əsas zərəçəkənlər, müharibə dəhşətlərindən əziyyətlər görənləri görməzdən gəlirlər. Üstəlik, yalan danışırlar! Heç olmasa de ki, vaxtım yoxdur, qalsın sonraya, ya da başqa bir bəhanə…

Alman nazirin başqa bir ayıbı: Azərbaycanın inzibati xəritəsində konkret adlar göstərilib. Artıq bəzi ermənilər belə, Xankəndi, Ağdərə, Xocavənd, Xocalı… deyirlər, Şuşaya qondarma yarlığın da bir işə yaramadığını anlayanlar az deyil. Davamlı şəkildə erməni ekspertlər, hətta deputatlar etiraf edirlər ki, bundan sonra saxta adlarla özünü ovutmağın mənası yoxdur, Azərbaycan və o cümlədən Türkiyə ilə dil tapıb, yaşamaq lazımdır. Təsadüfi deyil ki, elə alman nazirin səfər etdiyi bölgədə Türkiyə ilə Ermənistan arasında keçid məntəqəsində işlər başa çatmaq üzrədir. Reallığı ermənilər də anlamağa başlayıblar. Amma Ermənistandan və erməniərdən maşa kimi yararlanmağa çalışan Fransa, Kanada, Almaniyanın qadın xarici işlər nazirləri nədənsə öləziməkdə olan ocağın üstünə neft tökməyə, bölgədə yeni gərginlik ocağı çatmağa cəhd göstərirlər. Bildiyimizə görə, Berbok Bakıda bir qrup QHT təmsilçiləri ilə görüşüb.

Doğrudanmı vətəndaş cəmiyyətinin azərbaycanlı təmsilçiləri alman nazirə həqiqəti çatdıra bilməzdilər? Buna nə mane olub? Doğrudanmı qrant hər şeydən önəmlidir? Hətta dövlətin, millətin maraqlarından da? Əgər belə deyilsə, nazirə lazım olan bilgilər verilibsə, ondan sayğısız münasibət olubsa, nədən etirazlar eşidilmir?

Haşiyə:

Yeri gəlmişkən, bir xatırlatma edim: illər öncə Avstraliyadan bir qrup deputat ölkəmizə səfər etmişdi, deyəsən, bələdiyyə seçkiləri ərəfəsiydi. Təşkilatçılar bəndənizi də görüşə dəvət etmişdilər. Qonaqlar çox danışdılar Qərb dəyərləri, seçki hüququ, demokratiya, nələr… Qarabağda, öz yurdunda girov götürülmüş Kəlbəcər sakinlərinin şəkillərini təqdim edib, haqqında məlumat verdim. Ardınca da sağ və solumda əyləşən köçkün həmkarlarımı təqdim edib, bildirdim ki, Azərbaycan 1918-ci ildə qadınlara azad seçki hüququ vermiş, Şərqdə ilk Demokratik Cümhuriyyət qurmuş məmləkətdir, bizə bələdiyyə seçkilərini necə keçirməyi öyrətməyə gərək yoxdur, torpaqlarımızın işğaldan azad edilməsi yolunda ədalətli mövqeyə ehtiyacımız var, 1 milyon insanımızın yarıdan çoxunun seçki hüququ məhz bu işğalın nəticəsində pozulub. Bundan sonra deputatların avazı, ritorikası dəyişdi… Yəni mümkündür. Sadəcə, qrant və Vətən seçimini etmək lazımdır!

Diplomatiyanın qızıl qaydalarından nə qədər uzaq olmaq lazımdır ki, Azərbaycanın 32 ildir rəsmən Xankəndi adını bərpa edən şəhərinə cani Stepanın mundar yarlığını yapışdırmağa cəhd edəsən, yaxud Şuşa kimi azad olunması əməliyyatı ilə bütün dünyanı heyrətləndirən tarixi şəhərin adını ermənisayağı dəyişdirməyə cəhd göstərəsən? Hətta Almaniyanın bəyənmədiyi Rusiya belə bu şəhərləri gerçək adı ilə rəsmi açıqlamalarında qeyd edir, Rusiya hərbi kontingentinin bülletenində bölgə Qarabağ iqtisadi rayonu olaraq vurğulanır, amma alman nazir ilişib qalıb erməni xülyalarının içərisində!

ANNA SON .png (899 KB)

Dünyada məşhur olan bir ifadə var: “Alman dəqiqliyi”. Azərbaycanda da çox populyar ifadədir. Ancaq Almaniya XİN başçısının Bakıdakı açıqlamalarında alman dəqiqliyi çatışmadı, başdan-ayağa yalan üzərində qurulmuş fikirləri dinlədik. Berbok ən azı tarixdən bilməliydi ki, Simens qardaşları 1850-60-cı illərdə Gədəbəydən mis çıxaranda, burada azərbaycanlılar, ruslar, almanlar, yunanlar, bolqarlar, rumınlar, italyanlar və başqaları işləyəndə Gədəbəy zavodu Avropada ən böyük metallurgiya mərkəzlərindən birinə çevriləndə, 1873-cü ildə burada təqribən 6 kilometr uzunluğunda kanat xətti, 1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında dəmir yolu çəkiləndə erməninin izi-tozu hələ yeni-yeni hiss olunurdu regionda. Getsin, tarixi öyrənsin, ayıbdır, Almaniya adına!

P.S. Ümumiyyətlə: avropalı qadın nazirlər Kolonna, Berbok, Coli bizdən nə istəyir?..

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости