Свобода людям, независимость нациям!

Allahın ermənilərlə bağlı “səhvi”

1984 12.08.2022 18:32 Колумнисты A A

Ermənilərin nə dərəcədə saxtakar və oğru, riyakar və nankor, yalançı və zatıqırıq, sırtıq, sədaqətsiz və keyfiyyətsiz bir məxluq olduğunu isbatlamağa ehtiyac yox. Özünə möhtəşəm tarixi hərbi qələbələr, yenilməz xalq imici uyduran, böyük tarix yazan bu balaca və hikkəli xalq haqda müxtəlif millətlərdən olan məşhur simaların çoxlu sayda dəyərli kəlamı var. İstəyən asanca tanış ola bilər.

Ermənilərə toplum olaraq verilən ən dəqiq qiymətlərdir onlar. Nə barədə ki, ümumi şəkildə ilk cümlədəcə yazdıq. Hətta belə bir ironik deyim də mövcuddur: “Allah iki şeyi yaratmağa peşman olub - milçəkləri və erməniləri”. Hərgah Uca Yaradan səhv və peşmançılıq xüsusiyyətindən xalidir. Allahın şəninə tərif yaraşar, əstəğfürullah, tənqid yox. Çünki O, səhvsizdir, qüsursuzdur. Bütün nöqsan sifətlərdən uzaqdır. “Bu dünyada hamıya, Axirətdə isə yalnız möminlərə rəhmli olandır” (“Fatihə” surəsi).

Rəbbimiz pisi-yaxşını, sağlamı-şikəsti yəqin ki, ən əvvəl ibrət üçün yaradıb. Ki, bəşər övladı naqis bəndələrin, yaramazların fonunda yaxşıların qədir-qiymətini bilsin, sağlam insan fiziki şikəsti, əlili görüb də lovğalanmasın, qudurmasın, naşükürlük eləməsin, toxtasın. Nədən ki, Allah istəsəydi, şikəsti sağlam, sağlamı isə əlil qismində xəlq edərdi.

Bu xüsusda ilahiyyatçılardan biri gözəl deyib. Buyurub ki, hər hansı dilsiz canlı ilə, heyvanla - itlə, pişiklə, ilanla, qarışqa ilə rastlaşanda yaxşı olar belə deyilsin: “Mənim səndən üstünlüyüm yalnız Allahdandır, bizim yerimiz dəyişik də düşə bilərdi...”

İndi bu şikəst təfəkkürlü erməni toplumu da. Biz nə qədər onların əlindən dad eləsək də, erməni kimi ola bilmərik, əlbəttə. Zira, yaxşı ki, yaxşı kimi yaradılmışıq və təyinatımız başqadır. Tanrının təyinatına üsyan edə bilmərik. Erməni isə... Necə deyirlər, adı üstündə.

Xəstə təfəkkürü fitrətindən gəldiyi üçün ermənilərin heç vaxt dəyişməyəcəyiniə, “Qozbeli qəbrin düzəldəcəyi”nə dair bu da növbəti dəlil-sübut.

Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş hakimi Alvina Gülumyan görün nə sarsaqlayır. Sitat: “Evlərini tərk etməli olan Berdzor (Laçın şəhəri – Z.S.), Aqavno (Zabux – Z.S.) və Sus kəndlərinin sakinləri Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə və təzminat tələb edə bilərlər”.

Onun iddiasına görə, əgər üstəlik, “vətəndən məhrumetmə prosesi” gedirsə, bu, artıq daha bir problemdir. “Odur ki, avqustun 25-nə qədər gözləmək və vəziyyətin necə inkişaf edəcəyini izləmək lazımdır”, - Gülümyan vurğulayıb və müxalifəti bütün hüquqi mexanizmlərdən istifadə etməyə çağırıb.

Xatırladaq ki, Laçın şəhərindəki və Zabuxdakı ermənilər (Susdakılar çoxdan qaçıb), daha dəqiqi, “çağırılmamış qonaqlar” Azərbaycan Konstitusiyası və qanunlarını kobud surətdə pozaraq, beynəlxalq hüquqa ziddi olaraq, orada məskunlaşanlardır. Özü də Livandan, Suriyadan, Ermənistandan gələnlərdir, Qarabağ erməniləri də deyil. Onlar yerli, köklü azərbaycanlı əhalini qovandan sonra ora yerləşiblər!

İndi kim-kimə təzminat ödəməlidir?!

Gəl ki, başına kül olan Gülümyan zərrəcə utanıb-qızarmadan özünü hüquqşünas hesab edir, beynəlxalq hüquqdan dəm vurur, əslində isə beynəlxalq hüququ ələ salır. Bu guya hələ Ermənistanın Konstitusiya Məhkəməsinin üzvü olub. Yəni ən savadlı erməni hüquqşünaslarından sayılır. Ermənilərin hüquqşünasının hüquqi savadı belə qıcqırıbsa, sıravi erməninin “miatsum” virusundan qurtula bilməməsinə təəccüblənməyə dəyirmi?

Əsla. Yazdıq axı, adı üstündə - erməni. Bununla hər şey deyilib. Onun önündə gedən “ən savadlısı” belə çürük məntiqin, patoloji düşüncənin yiyəsidirsə, vay ermənilərin sonrakı halına!..

O ki qaldı Avropa Məhkəməsinin çıxaracağı qərara, gülümyanlar doğrudanmı xəyal edirlər ki, ərazimizə qanunsuz şəkildə soxulub qanunsuz şəkildə məskunlaşan Suriya, Livan və Ermənistan erməniləri Azərbaycandan hansısa təzminat qopa bilərlər? Onda gərək Günəş şərqdən yox, qərbdən çıxsın.

Siz hələ Azərbaycana böyük təzminat ödəməyə hazırlaşın! Pul yığın, ianə toplayın, dilənin. Görək altından çıxa biləcəksizmi?..

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости