Свобода людям, независимость нациям!

Ağır cinayətdən betər dəhşətli səhv – Haylar Xocalı qətliamının bədəlini ödəyirlər

1991 26.02.2024 09:00 Колумнисты A A

1804-cü ildə Fransa imperatoru Napoleon Bonopartın əmri ilə Fransa şahzadəsi, Engiyen hersoqu Vinsen güllələləndə vəkil Antuan Bule de la Mert belə bir məşhur cümlə işlədib: “Bu, cinayətdən də betərdir, bu, səhvdir".

Gerçəkdən də hersoqun qətlinin müdhiş səhv olması bir ildən sonra hər kəsə məlum olub. Bu hadisəyə görə 1805-ci il III anti-Fransa koalisiyası yaradılıb.

Ermənilərin 1992-ci ilin fevral ayının 26-da Xocalıda törətdikləri soyqırım aktı 20-ci əsrin ikinci yarısının ən ağır antibəşəri cinayəti olmaqla yanaşı, həm də onların çox böyük səhvi idi. Ermənilər hələ də o ağır səhvin bədəlini ödəyirlər və hələ uzun zaman ödəyəcəklər.

Hələ o vaxt ABŞ, Rusiya, Fransa və digər ermənilərə havadarlıq edən dövlətlər bu cinayəti görməzliyə vurmasaydılar, onun lazımi şəkildə cəzalandırılmasına rüsxət və sanksiya versəydilər, heç Qarabağ münaqişəsinin həlli də 2023-cü ilə qədər uzanmazdı, elə ötən əsrin 90-cı illərində həll olunardı.

Fəqət Kosovada, Bosniya və Herseqovinada soyqırım aktı törədən serblərin beynəlxalq məhkəmələrdə mühakimə olunduğu bir dövrdə demokratiya və insan haqlarından dəm vuran ölkələr ermənilərin Qarabağda törətdikləri silsilə qəddarlıqlara, hərbi cinayətlərə, eləcə də ölkəmizin 20 faizinin işğal olunmasına göz yumdular.

Deyək ki, ABŞ və Avropa Serbiyanı, onun siyasi lideri Slabodan Miloşeviçi, cani generalları Radovan Karaciçi, Radko Mladiçi və başqalarını ona görə həvəslə cəzalandırdı ki, onlar Rusiyanın səfindəydilər, ona arxalanırdılar. Burada Rusiyaya yaxınlıq faktoru rol oynamışdısa, nədən Rusiyanın qucağında olan Ermənistanın cinayətləri, cəzalandırılmaq o yana dursun, heç araşdırılmadı da?

Ola bilər, Xocalı qətliamını törədənlərin (Levon Ter-Petrosyan, Vazgen Manukyan, Röbert Koçaryan, Vazgen Sarkisyan, Serj Sarkisyan, Seyran Ohanyan və başqaları) 1992-ci ildən ta 2018-ci ilə qədər hakimiyyətdə olması avropalıların əl-qolunu bağladı, ancaq fakt budur ki, Avropada heç vaxt belə bir təşəbbüsə dair eyham da olmadı.

Sanki heç bir cinayət, qətliam baş verməyibmiş. Elə bil, 613 günahsız qoca, qadın, uşaq bir gecədə gülləbaran edilib öldürülməyibmiş. Adi müharibə epizoduymuş. Olan şeymiş.

Kim necə qiymətləndirir, qiymətləndirsin, Xocalı soyqırımı bizim ermənilərə dözümlü münasibətin son qırılma nöqtəsi oldu. Ondan sonra Azərbaycan xalqı bu etnik qrupla heç cür dinc, yanaşı yaşamağın, danışıqlar aparmağın, sülhə gəlməyin mümkün olmadığı qənaətinə gəldi.

Bax, indi Qarabağda erməni qalmadığı (20-30 yaşlı sakin istisnadır), Qarabağ probleminin güc yolu ilə həll olunduğu, Xankəndidə, Şuşada, Ağdərədə Azərbaycan bayrağı dalğalandığı bir vaxtda, biz, əslində qalib tərəf olaraq məğlublara rəhmlə, mərhəmətlə yanaşmalıydıq. Amma insanlarda onlara mərhəmətdən əsər-əlamət yoxdur. Çünki arada Xocalı qətliamı var. Çünki 32 il öncə bu iki xalqın arasında qan və namus düşmənçiliyi baş verib və ondan keçmək mümkün deyil.

Ermənilərin ən böyük səhvi məhz bu idi: Qafqaz qanunlarını pozmaq, namusa sataşmaq, günahsız qan axıtmaq, qurulu evləri dağıtmaq.

Onlar bu qətliamı 1988-ci ildə Sumqayıtda erməni millətindən olan şəxslərə qarşı törədilmiş qətl və talanların qisasını almaq üçün etmişdilər. Ancaq yada salmamışdılar ki, həmin hadisələr zamanı azərbaycanlılar minlərlə ermənini qorumuş, gizlətmiş, labüd ölümdən xilas etmişdilər, ölənlərin 5-6-nı məhz Qriqoryan soyadlı erməni öldürmüşdü. Xocalının üstünə tankla, topla, avtomatla gələnlər isə nişangaha düşənlərə aman verməmişdilər.

Ancaq qisas qiyamətə qalmadı, dinc sakinləri qıran süniklilərin 20-30-u 2016-cı ilin aprelində Ağdərə istqamətində avtobusdaca dronla məhv edildilər, bir hissəsi 2020-ci ildə 44 günlük müharibədə gülləmizə, mərmilərimizə tuş gəldilər. 2023-cü ilin sentyabrında da o “qanlı veteranlar”dan cəzasını alanlar oldu. Hazırda əlimizdə olan və mühakiməsini gözləyən canilər də var.

Yenə də bütün bu qisas aktları bizim nahaqdan öldürülən məsum insanlara görə çəkdiyimiz acıları xəfiflətmir, düşmənə nifrətimizi əskiltmir.

İndi hər şeyi unutmaqdan, sıfırdan başlamaqdan, erməniləri Qarabağa qaytarmaqdan dəm vuranlar var. Xocalı, Qaradağlı, Meşəli, Ağdaban, Başlıbel, Kərkicahan yaraları sağalmayınca necə iç-içə, dinc, yanaşı yaşamaq olar? Mümkündürmü?

Bax, erməni qatillər beynəlxalq məhkəmə tərəfindən cəzalandırılmasalar da, vaxtilə bu qətliama çırtıq çalıb oynamış ermənilər ötən il dolayısı ilə cəzalandılar. Onlar məhz Xocalının günahsız insanlarının qanının qisasından qorxaraq, xoflanaraq, öz evlərini tərk etdilər və geri dönməyə də haqlı olaraq çəkinirlər.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости