Свобода людям, независимость нациям!

"Açıq deyin, işimizi bilək..." - Əliyevdən Putinə antiterror anonsu  

3811 16.07.2022 16:05 Колумнисты A A

İlin 6 ayının yekununa həsr olunmuş dünənki müşavirədə Azərbaycan Prezidenti həm də 20 aya yekun vurdu. Söhbət əlbəttə ki, Qarabağ mövzusundan gedir.

İlham Əliyev Ermənistan və Rusiya rəhbərlərinin də imzaladığı 10 noyabr 2022-ci il üçtərəfli kapitulyasiya aktının hələ də yerinə yetirilməmiş qalan bəndləri üzərində xüsusi və geniş dayandı. Azərbaycanın öz imzasına sadiq qaldığı halda, erməni tərəfi və Rusiya liderindən eyni münasibət görmədiyini konkret faktlarla ortaya qoydu.

Onlardan biri və birincis sənədin 4-cü bəndi ilə bağlıdır. Gerçək belədir ki, həmin bəndin ziddinə olaraq Qarabağda günü bu gün də erməni qanunsuz silahlı dəstələri qalır. Halbuki Rusiya sülhməramlı kontingenti yerləşən kimi onlar rədd olub getməli idi. Bunu isə Rusiya eləməli idi. Çünki 4-cü bəndin birbaşa tələbidir. Rusiya kontingentinin müvəqqəti nəzarətində olan ərazimizdə erməni silahlıları qala bilməz. Amma onlar 20 aydır ordadır.

Bu xüsusda Azərbaycan Prezidenti tam haqlı olaraq əsas məsuliyyəti Rusiyanın üzərinə qoydu. Çünki Ermənistan çoxdan ciddi söz sahibi deyil və ipi hələ də Moskvanın əlindədi. Yiyəsi, sahibi Rusiyadır.

Prezidentin sözlərindən o da məlum oldu ki, Rusiya tərəfi hətta vəd veribmiş ki, uzağı bu ilin iyun ayınadək erməni hərbi hissələri Qarabağdan çıxarılacaq. Fəqət, hələ də "yük köhnə yerində qalır".

Bu harasıdır, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Saak Saakyan az öncə bəyanat verdi ki, Qarabağa çağırışçılar əvəzinə muzdlu hərbçilər göndərəcək. Çox keçməmiş Nikol Paşinyan məhz qarabağlı Edvard Asryanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin elədi. Bununla da dolasıyla yeni savaş ritorikasına baş vurmaqla yanaşı, Azərbaycana ərazi iddiasını bir daha ortaya qoydu.

Zatən düşmən tərəfdən ərazi iddialarını kapitulyasiyadan sonra vaxtaşırı eşidirik. İrəvanın Minsk Qrupunu diriltmək yönündə israrlı cəhdləri, Paşinyan və komandasının dilindən "status" məsələsinin düşməməsi bunun bariz təsdiqidir. Amma Azərbaycan prezidentinin müşavirədə söylədiyi kimi, kapitulyasiyadan sonra "status" məsələsinin dilə gətirilməməsi barədə tərəflər arasında şifahi anlaşma olub. Erməni tərəfi bu anlaşmanı da pozub.

Status, Minsk Qrupunu canlandırmaq cəhdləri isə əbəsdir. Eyni zamanda, ölkə başçısının vurğuladığı kimi, çox təhlükəlidir. Niyə?

Birinci ona görə ki, bu, birbaşa köhnə status-kvoya, Ermənistanın işğalçı kimi meydan suladığı köhnə əyyama, köhnə şərtlərə qayıtmaq cəhdidir. Konfliktin bitmədiyi rəyini yaratmaq israrıdır. Konfliktin bitməməsi təbliğatı isə yeni müharibə sifarişidir!

Yeri gəlmişkən, vəziyyət gör nə yerə çatıb ki, məhz Moskvanln loyallığı və astagəlliyinə arxayın olan Ermənistandakı Rusiyaya bağlı radikal-revanşist müxalifət artıq dünəndən Paşinyanın Azərbaycanla imzaladığı bütün sənədlərin qeyri-legitim elan edilməsi barədə sənəd hazırlığına başlayıb. Sənəd imzalanmaq üçün bütün siyasi qüvvələrə göndəriləcək. Bu da sizə yeni müharibənin daha bir anonsu. Rusiyaya, Putinə bu lazımmı?

İkinci yandan, status söhbəti ona görə Ermənistan üçün təhlükəlidir ki, analoji tələbi Azərbaycan da qoya bilər. Məsələn, Prezidentin söylədiyi kimi, Bakının 1920-ci ilin noyabrında bolşeviklər tərəfindən Azərbaycandan alınaraq Erməniistana verilmiş Qərbi Zəngəzur üçün analoji status tələb eləməsinə tam haqqı çatır.

Yəni Qarabağa status istəyən Ermənistan gərək Zəngəzurun, İrəvanın, Göyçənin statusuna hazır olsun. Zira, ölkələrin bir-birinin ərazi bütövlüyünü tanıması ikitərəfli prosesdir. Kapitulyant ölkə düşünməsin ki, ona olar, Azərbaycana yox! Və rusa, fransıza güvənib zənn eləməsin ki, səbrinizi yenə sınağa çəkib "status" mövzusunu sonsuzadək, saqqız kimi çeynəyə bilər!..

Qısası, Rusiya öz itinə lazımınca yiyəlik eləməsə, onun ipini çəkməsə, altını çəkəcək və görmək istəmədiyi işləri biz özümüz görməli olacağıq. Bu barədə də Prezident son 20 ayda ilk dəfə net şəkildə danışdı. Səbrimizin tükənmək üzrə olduğu barədə aydın mesaj verdi. Məxsusi vurğuladı ki, əgər öhdəliklərə əməl edilməyəcəksə, açıq desinlər, işimizi bilək.

Diqqət edin, İlham Əliyev bunu Rusiyanın başının Ukraynaya qarışdığı kritik məqamda deyir. Yəni öhdəlik öhdəlikdir və cənab Putin öz imzasına hörmət eləməyə borcludur. 10 noyabr aktında bununla bağlı Moskva üçün hansısa istisna, möhlət, imtiyaz, fors-major vəziyyət nəzərdə tutulmayıb. Ki, hansısa bəndlərin icrası buna görə təxirə salınsın. Belə şey yoxdu.

Rusiya Ermənistan Qərbə sarı qaçar deyə, Ukraynanı da bizə bəhanə gətirə bilməz. Yeri gəlmişkən, Qərb də 10 noyabr sənədinin legitimliyini artıq qəbul edib. Başqa sözlə, qanunsuz dəstələrin Qarabağdan çıxarılmasına Qərb etiraz eləməyəcək. Edə bilməz...

Eləcə də Zəngəzur dəhlizinin yubanması ilə bağlı Azərbaycan Prezidentin irad və narazılığı tam yerindədi. Fakt budur ki, 20 ayda erməni tərəfi Naxçıvana cəmi 40 km-lik yolların açılması yönündə ciddi heç bir iş görməyib. Yəni 10 noyabr sənədinin 9-cu bəndinin icrasını da süni şəkildə yubadılır. Nə vaxtadək? O vaxtadək ki, Azərbaycan buna qarşılıq kimi Laçın yolunu bağlamaq zorunda qalsın?

Deyəsən proses ona doğru gedir. Bu da diqqətçəkicidir ki, Prezident bu dəfə də "Laçın dəhlizi" yox, "Laçın yolu" ifadəsini işlətdi. Bunun açması həm də odur ki, 20 aydır ermənilərin rahat şəkildə istifadə elədikləri dəhliz günün birində yol statusu ala bilər - Azərbaycan tərəfinin nəzarət-yoxanış postları ilə birgə. Bu da ən yaxşı halda. Ən pis halda isə yol bağlanacaq, əgər Zəngəzur dəhlizinin açılışı bu minvalla uzansa. Erməni yaxşılığımıza yamanlıqla cavab verməyə davam eləsə. Elə Rusiya da...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости