Свобода людям, независимость нациям!

9 Mayda əsl qələbə paradı olacaqmı?

1188 19.04.2022 10:40 Колумнисты A A

Bəli, belə görünür ki, cəmiyyətlər sadə və dağıdıcı bir kütlələr deyil, onların öz dəyərləri, ictimai vicdan və ləyaqət kimi anlayışları var. Əks təqdirdə, sosioloqlar və ya politoloqlar ictimai əxlaq haqqında bu qədər danışmaz və yazmazdılar.

Burada bir ibrətamiz nümunə kimi qeyd edək ki, bəli, vaxtilə ABŞ cəmiyyəti Vyetnam və Koreya müharibələrini pisləmiş, bu müharibələrin qalibləri öz mükafatlarından imtina etmiış və bu müharibələrdə iştirak etdiklərinə görə dünya ictimaiyyətindən və qeyd olunan ölkələrin xalqlarından üzr diləmişdilər. Bunların nəticəsində ABŞ zəif və ya gücsüz bir dövlət oldumu? Dünyadakı qüvvələr nisbəti göstərir ki, yox, belə olmadı. Sadəcə ABŞ hakimiyyəti cəmiyyəti üçün daha açıq, cəmiyyət isə daha ayıq-sayıq oldu.

Yox, biz ABŞ cəmiyyətini və yaxud da dövlətini qətiyyən ideallaşdırmırıq. Amma bu gün üçün ABŞ hakimiyyəti öz cəmiyyəti üçün ən açıq hakimiyyətdir. Amerikan cəmiyyəti isə ən sayıq və tənqidi ovqatlı bir cəmiyyət kimi seçilir...

Bütün bunları niyə deyirik? Bu günlər ərzində bizim təkcə rus qoşunlarının Ukraynada hərəkətini izləmək imkanlarımız yox, Rusiya hakimiyyətinin və cəmiyyətinin davranışını seyr etmək kimi şansımız da oldu. Böyük hesabla götürəndə belə təəssürat yarandı ki, bizim gördüyümüz savadlı və cəsarətli bir cəmiyyət yox, adi bir kütlədir. Müahribə ilə bağlı etirazlar oldu, amma onlar epizodik xarakter daşıdı.

Bəli, bunun əvəzində bu irrasional ölkədə hamı 9 Maydakı qələbə paradından danışır. Amma o, olacaqmı? Hərbi proqnozlar incə məsələdir və heç də hamı öznün hərbi analitik kimi təsəvvür edə bilməz. Amma hadisələrin ümumi gedişi göstərir ki, qələbə paradı olmayacaqdır və çətin, rusların mayın 9-u növbəti qələbə paradı kimi qeyd etmək imkanı olsun.

Bu günlərdə qonşu dövlətlərin - Polşa, Latviya, Litva və Estoniyanın prezidentləri, buna qədər isə Böyük Britaniyanın baş nazirinin Kiyevə səfərləri oldu. Bu o deməkdir ki, rusların Kiyevi götürmək şansları çox azdır. Bu səfərlər həm də Ukrayna prezidentinin Kiyevi tərk etməsi kimi Rusiya KİV-lərinin yaydığı şaiyələrə bir cavab oldu.

Tezliklə müharibənin başlanmasın iki ayı tamam olacaq. Bu günlərdə məlum oldu ki, ABŞ Ukraynaya 1.7 milyard dollarlıq hərbi yardım ayrıb və bu, Kiyevin döyüş qabiliyyətini şübhəsiz ki, artıracaq. Bütün hallarda Rusiya hərbi strateqlərinin hesablamaları doğrulmadı, ildırım sürətli müharibə alınmadı. Bəli, rus qoşunlarının qələbəsi haqqında danışmaq hələ çox tezdir, ruslar üstünlüyü yalnız raket hücumları sayəsidə əldə edə biliblər. Amma beynəlxalq ictimaiyyətin tənqidi münasibəti və bir də sanksiyalar Rusiyanı tədricən ayıldır - Rusiya KİV-nin reportaj və yazılarında daha əvvəlki pafos yoxdur.

Bütün bunların bir səbəbi var:: Ukraynanın savaşı haqq işidir. Xatırlayırıq ki, sovet vaxtı bizi öyrədirdilər ki, müharibələr də ədalətli və ədalətsiz olur və sovetlər Böyük Vətən müharibəsini ona görə uddular ki, ədalətli müharibə aparırdılar. Çox qəribədir ki, indi bunların hamısı tamam unudulubdur...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости