Свобода людям, независимость нациям!

5 ölkənin seçkiləri bizə nədən maraqlıdır...

1560 05.02.2024 11:51 Колумнисты A A

 

Dünyada 5 ölkə var ki, onlarda keçirilən seçkilərin bu və ya digər şəkildə Azərbaycana təsiri var, ona görə də ictimaiyyətin onlara marağı hər zaman böyük olur.

Bu ölkələr ABŞ, Rusiya, Türkiyə, İran və Ermənistandır.

Yerdə qalan ölkələrdə seçkilərin nəticələri, hakimiyyətə hansı qüvvənin gələcəyi, həmin dövlətin bizə münasibətinin necə olacağı o qədər də əhmiyyətli deyil.

Düzdür, biz xalq olaraq harada bir intriqalı seçki olursa, ona münasibətdə tərəf tutur, iki tirəyə ayrılır, müəyyən motivlərlə müxtəlif qüvvələrə azarkeşlik edirik, amma bu, bir çox hallarda futbol azarkeşliyi kimi bir şeydir.

Necə ki “Barselona” və ya “Real”ın çempion olmasının bizə isti-soyuğu yoxdur, eləcə də İspaniyada hakimiyyətə kimin gəlməsinin bizə dəxli azdır, olsa-olsa, sıfırın üzərindədir.

ABŞ seçkiləri isə başqadır. Dəfələrlə dediyimiz kimi, ABŞ seçicisi təkcə öz ölkəsinə prezident seçmir, bütövlükdə dünyaya prezident seçir. Çünki bu dövləti idarə edənlərin Çindən tutmuş ta kiçik ada dövləti Vanuatuya qədər hər ölkə ilə işləri var.

Bu baxımdan bu ilin payızında ABŞ-da Trampın yenidən hakimiyyətə gəlib-gəlməyəcəyi, Baydenin öz postunu qoruya bilib-bilməyəcəyi Rusiya, İran, Venesuela, Şimali Koreya, Ermənistan, sırasında biz də olmaqla dünyanın 200 dövlətini maraqlandırır. Çünki bu seçim dünyanın sonrakı taleyini müəyyənləşməsi baxımından əhəmiyyətlidir.

Rusiyada keçirilən seçkilər də qlobal səciyyəli maraq doğuran tipdəndir. Ancaq bu seçkilərin nəticələri daha çox Avropanı, bir də Rusiyanın yaxın qonşularını ilgiləndirir. Ona görə ki, Rusiyada hakimiyyətdə kimin, hansı düşüncə sahibinin olması onun həndəvərindəki ölkələrin istiqbalına və güzəranına birbaşa təsir edə bilər.

Hazırda bütün Avropa maraqlıdır ki, Rusiyada Vladimir Putinin hakimiyyətinə son qoyulsun, dövlət başına daha mötədil, qeyr-aqressiv, mümkünsə, demokrat biri gəlsin, Kreml neoimperiya ambisiyalarından əl çəksin, qonşu dövlətləri öz süni peyklərinə, əlaltılarına döndərmək siyasətindən imtina etsin, Avropanı, dünyanı təhdid etməsin.

Keçmiş SSRİ-yə daxil olan 14 respublikanın 14 də 32 ildir “baş qardaş” Rusiyadan təcavüz gözləyir. Onların müstəqillik qazanmasından bir qərinəyə yaxın vaxt keçib, amma Rusiya bu ölkələrdən əl çəkməyib, hələ də köhnə qaydalarla istismar etmək istəyir, sədaqət tələb edir, xarici siyasətlərinə yön verməyə çalışır, təzyiq altında saxlayır, acığı tutanda bu ölkələrdən gəlmiş miqrantları geri göndərməklə hədələyir, pomidor-xiyar, badımcan-bibər məmulatlarına sanksiya tətbiq edir və s.

Ona görə də hazırda Rusiya ilə qonşu olan gənc dövlətlərin hamısı kimi biz də umuruq ki, bu azman ölkədə iş başında sabit, sanballı, beynəlxalq qayda-qanunlara riayət edən bir hakimiyyət komandası olsun.

Qardaş Türkiyədə seçkilərin nəticələri bizi bu ölkənin vətəndaşları qədər maraqlandırır. Bu da səbəbsiz deyil. Uzun illər Türkiyədə hakimiyyətdə olan siyasi qüvvələrin bizə yönəlik ritorikası “dostluq-qardaşlıq” səciyyəsi daşısa da, gerçəkdə biz beynəlxalq və regional siyasətdə Ankaradan real, həlledici dəstək görmürdük. Bu dövləti idarə edənlər əsasən ABŞ və NATO-nun təsiri altında idilər və onlar Türkiyənin Azərbaycana əməli dəstəyini çərçivəyə salmışdılar. Ancaq son 10 ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yeritdiyi siyasət, əsl suveren ölkələrin liderlərinə xas davranışı bizə mühüm dəstək oldu və bunun sayəsində biz etnik separatizm problemimizi böyük ölçüdə həll etdik.

Ona görə də indi biz Türkiyədə kimin, hansı siyasi qüvvənin dövlət başına gəlməsi məsələsinə seçici gözü ilə baxırıq və istəyirik ki, Türkiyə həmişə müstəqil siyasi xətt yeritsin və qardaş ölkələrlə qardaşlığını azad şəkildə sürdürsün, daha okeanın o tayından kiminlə dost-düşmən olması barədə təlimat gözləməsin.

İranda keçirilən seçkilər də bizi ona görə çox maraqlandırır ki, ölkələrimiz arasında tarixi-mədəni-milli-dini bağlar var. Üstəlik, İran bu ölkəylə bağlı diş altında iştah saxlayır. Biz istəyirik ki, cənub qonşumuzda hakimiyyətdə elə qüvvələr təmsil olunsun ki, başqa ölkələrə, o cümlədən bizə “yaşıl inqilab” ixrac etməyə qalxmasın, yüz illər öncəki status-kvoları bərpa etmək niyyətindən daşınsın, bizi özünə təhlükə görməsin, özü bizə təhlükə yaratmasın.

Hərçənd İranda keçirilən seçkilər bir xeyli formal xarakter daşıyır. Çünki ölkəni idarə edən ali dini lider ömürlük seçilib, yerdə qalan seçkili orqanlarda təmsil olunanlar – prezidentdən tutmuş ta kənd muxtarına qədər hamısı dini liderin işçiləridir. Amma yenə də maraqlıdır: qonşu ölkənin seçiciləri hansı siyasi xəttə üstünlük verirlər.

Ermənistandakı seçkilər isə bizim üçün ona görə maraqlıdır ki, nəhayət, bu ölkədə hakimiyyətə gerçək sülh partiyasının gəlib-gəlmədiyini bilək. Yox, əgər ermənilər yenə də müharibə partiyasına səs verirlərsə, biz də məcburuq tüfəngimizi saz saxlayaq.

 

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости