Свобода людям, независимость нациям!

301 ilin 78-cisi – Liz Trass Çörçill və Tetçerə xələf gəlir, yoxsa “yumşaq serlər”ə?

3215 06.09.2022 16:17 Колумнисты A A

Son 301 ildə Böyük Britaniyada baş nazir postuna 78 dəfə təyinat olub (bir neçə şəxs bu vəzifəyə ikinci-üçüncü dəfə seçiliblər). Dünən bu vəzifəyə seçilən Meri Elizabet Trass 78-ci baş nazirdir. O həm də bu vəzifəni tutan 3-cü qadındır. Ondan əvvəl həmin vəzifədə “Dəmir ledi” ləqəbli Marqaret Hilda Tetçer (1979-90-cı illərdə) və Tereza Mey (2016-2019) olub.

1-ci baş nazir – Uolpol, ən məşhur – Çörçill, ilk qadın baş nazir - Tetçer

ənnn.JPG (74 KB)

Müasir tarixçilər Böyük Britaniyanın ilk baş naziri olaraq, bu vəzifəyə 1721-ci ildə təyin edilən Robert Uolpolu sayırlar. Ser Uolpol bu postda 21 il işləyib – 1721-ci ildən 1742-ci ilə qədər.

Bu gün dünya miqyasında “Sizcə, Birləmiş Krallıq tarixinin ən populyar baş naziri kim olub” sualı ilə sorğu keçirilsə, yəqin ki, respondentlərin tam əksəriyyəti Uinston Spenser Çörçillin adını çəkərlər. Gerçəkdən də bu şəxs nəinki öz ölkəsinin, eləcə də dünya siyasətinin tarixində ən məşhur siyasi simalarının ilk cərgəsində yer alır. Bu, ondan irəli gəlir ki, Çörçillin həm Böyük Britaniya xalqının, həm də bəşəriyyətin qarşısında böyük xidmətləri var. O, Hitler nasizminin, Mussolini faşizminin başının əzilməsində böyük rol oynayan 3 nəfərdən biri, zəkasına görə isə birincisidir.

Söz yox, Böyük Britaniya elə bir dövlətdir ki, onun birinci idarəedicisi olanlar həmişə dünya siyasətinin yönləndirilməsində böyük rol oynayıblar. Çörçilldən sonra bu zirvəni fəth edən daha bir siyasi sima Marqaret Tetçerdir. Çörçill faşizmin çöküşündə böyük rol oynamışdısa, Tetçer də SSRİ adlanan qırmızı rus imperiyasının dağılıb kiçilməsində, sosializm mövqeyindən çoxdan sapmış, qədim əsrlərin quldarlıq quruluşu ilə orta əsrin feodalizm ictimai formasiyasının simbiozu olan qırmızı tiranlıqlar qurmaq üçün yarayan marksizmin puçluğunun ortaya çıxmasına təkan verənlərdən biridir.

Rusiyadakı səfirin güdazına gedən baş nazir

qat-qur.JPG (87 KB)

                             Öldürülən baş nazir Persival və onun qatili Con Bellinqem

Maraqlıdır ki, ABŞ prezidentlərindən fərqli olaraq BB baş nazirlərinin vəzifə başında öldürülməsi halı yeganədir. Bu şəxs 1812-ci ildə öldürülən 21-ci baş nazir Spenser Persival olub. Onu Con Bellinqem adı sahibkar şəxsi qisas zəminində öldürüb. Rusiyaya “mal vurub” pul qazanmaq istəyən bu şəxs Arxangelskdə ilişib, nəyi var, itirib, üstəlik, özü 5 il türmədə yatmalı olub. BB-nin Rusiyadakı səfiri Qrinvil dövlət adından danışaraq ona kömək etməyib, Bellinqem həbsxanadan sarsılmış və hiddətli halda çıxıb. Mayın 11-də baş naziri öldürən və qaçıb gizlənməyə çalşmayan sahibkarı tutublar, mühakimə ediblər və mayın 18-da asılmaqla edam ediblər.

“Atdan düşüb atlananlar” – Lou,  Makdonalds, Bolduin

atdan.JPG (45 KB)

Son 100 ildə Böyük Britaniyada 19 baş nazir dəyişib. Əslində onların sayı 24 ola bilərdi, çünki bu posta 24 təyinat olub. Ancaq baş nazirlərin sayca az olmasının səbəbi odur ki, bəzi siyasətçilər həmin posta bir neçə dəfə seçiliblər. Yəni atdan düşüb atlanıblar.

Endryu Bonar Lou iki dəfə baş nazir olub – 1916-1921-ci illərdə və 1922-1923-cü illərdə.

Stenli Bolduin ölkəsinin 55-ci (1923-1924), 57-cı (1924-1929) və 59-cu (1935-1937) baş nazirləri olub

Ceyms Remsi Makdonaldsın biorafiyasına isə Böyük Britaniyanın baş nazir olmaq şansı cüt rəqəmlərlə həkk – 56-cı (1929-1931) və 58-ci (1931-1935 – o, istefa verdiyi gün yenidən koalisiya hökumətinin başçısı təyin edilib)

Uniston Çörçill də iki dəfə baş nazir olub. Məşhur siyasətçi birinci dəfə 1940-45-ci illərdə bu vəzifəni tutub. Ölkəsi II dünya müharibəsindən qalib çıxandan az sonra ölkə elektoratı qədirbilməzli edib, onun partiyasına səs verməyiblər. Seçicilər Çörçillin və qələbənin qədr-qiymətini bir də 6 ildən sonra biliblər və 1951-ci ildə baş nazir seçilən Çörçill 1955-ci ilə qədər bu postu tutub.

16 baş nazirlə işləyən kraliça

maryel.jpg (33 KB)

60 ildir Britaniya taxt-tacının sahibi olan kraliça II Yelizaveta indiyədək 15 baş nazirlə işləyib (Elizabet Trass 16-cidir). Onun dövründə bu vəzifəyə Harold Vilsondan başqa ikinci dəfə seçilən olmayıb. Hərəyə bir dəfə baş nazir olan Robert Entoni İden, Moris Harold Makmillan, Aleksandr Frederik Duqlas Houm, Ceyms Harold Vilson, Edvard Riçar Corc Hit, Leonard Ceyms Kallagen müxtəlif partiyalardan olsalar da BB-nin tərəqqisi üçün əllərindən gələni ediblər və pis-yaxşı iqtisadi inkişafa nail olublar.

“Dəmir ledi”dən sonrakı yumşaq serlər

Marqaret Tetçerin 11 il sürən hakimiyyətindən sonra onu baş nazir postunda əvəz edən Con Meycor bu vəzifədə 7 il çalışıb.

1997-ci ildə isə hakimiyyətə gənc Entoni Çarlz Linton Bler gəlib. O zaman onun 44 yaşı olub və ser Bler ölkəni 10 il idarə edib.

Ceyms Qordon Braun (2007-2011) və Devid Uilyam Donald Kemeron (2010-2016) baş nazir postunda nə parlaq iz qoyublar, nə də fəaliyyətləri krallığın tarixinə qara ləkə kimi düşüb.

“İkinci dəmir ledi” ola bilməsə də, “ikinci Tereza ana” olan Mey

terezalar.JPG (47 KB)

Marqaret Tetçerdən sonra ikinci “dəmir ledi” olacağı gözlənilən Tereza Meyi (2016-2019) isə bəlkə də “ikinci Tereza ana” kimi xarakterizə etmək olardı. O, bu vəzifəyə dünyanı iqtisadi və hərbi böhranlar bürüdüyü vaxtda gəldi, sərt siyasi xətt yeridə bilmədiyi və BB-nin Avropa İttifaqından çıxmasına qarşı olduğu üçün tənqid olundu, təzyiqlərə məruz qaldı, nəhayət, istefa verməyə məcbur oldu.

Cəsur ürək Conson

cons.jpg (292 KB)

Bu qədər baş nazirin içində ən ekstravaqantı, ən açıqsözlüsü, ən cəsuru, ən sadəsi olan Aleksander Boris de Pfeffel Conson, sözsüz ki, Birləşmiş Krallığın tarixində parlaq şəxsiyyətlərdən biri kimi qalacaq. O, Rusiyanın hərbi təcavüzünə məruz qalmış Ukraynaya həm dövlət adından, həm də şəxsi planda mühüm dəstək verərək, böyük dövlətlərin həmişə öz mənafelərini güddükləri barədə idiomanı darmadağın etdi.

Ölkənin 78-ci baş naziri Elizabet (Liz) Trass isə Consonun davamçısı və yeni “dəmir ledi” olacaq kimi görünür.

sağbash.JPG (57 KB)

Hazırda keçmiş baş nazirlərdən 6-sı sağdır: üst sırada - Con Meycor, Toni Bler, Qordon Braun, alt sırada - Devid Kemeron, Tereza Mey, Boris Conson.

BB-nin baş nazirləri Şərqdəki həmkarlarından necə fərqlənir?

Böyük Britaniyanın dövlət olaraq siyasi, iqtisadi, hərbi, eləcə də kəşfiyyat sahəsində uğurlarının sirri baş nazirlərin kifayət qədər geniş səlahiyyətlərinin olmasında, öz siyasətlərini yeridə bilmələrindədir. Dövlətin nominal rəhbəri olan kraliça və ölkə parlamenti onlara sərbəst çalşmaları üçün hər cür imkan verir, yalnız ciddi böhranlar yarananda məsələyə müdaxilə edir.

Bu baxımdan Birləşmiş Krallığın baş nazirləri ilə Şərq ölkələrindəki hökmdarların yanında baş nazir postunda çalışanların səlahiyyətləri, missiya və funksiyaları müqayisə edilməz dərəcədə fərqlənir.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости