Свобода людям, независимость нациям!

21-ci əsrin ZƏFƏR ORDUSU və fərari sayına görə rekorda “imza atan” düşmən

1392 10.12.2023 16:58 Колумнисты A A

“Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”.

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev bu sözləri düz 3 il əvvəl, 2020-ci il dekabrın 10-da Azadlıq meydanında keçirilmiş Zəfər paradında söyləmişdi.

PARAD EN SON.jpg (76 KB) 

Ötən zaman kəsiyində Zəfər paradının Azərbaycan xalqının və dövlətinin həyatında, həm də taleyində nə qədər mühüm əhəmiyyət kəsb etdiyini daha dərindən əxz etmək imkanımız oldu. 2018-ci ilin sentyabrında, Bakının azadlığının 100 illiyi münasibətilə Azadlıq meydanında keçirilən hərbi paradda Prezident İlham Əliyev tarixi anons etmişdi. Demişdi ki, “gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaq”. Və həmin gün gəldi, 44 günlük Vətən müharibəsindən sonra. Ali Baş Komandan Zəfər paradında məmnuniyyətlə xatırlatdı həmin tarixi fikirləri... Ali Baş Komandan daha bir vədinə əməl etdi. Zəfər bayrağı Azadlıq meydanının əzəmətini minqat artırmışdı. Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdi! Təsəvvür edin, bir tərəfdə işğalçı ölkənin ayaqlar altına atılmış “döyüş bayrağı”, digər tərəfdə Azərbaycanın əzəmətli, üçrəngli, ay-ulduzlusu, on illərlə Şuşa səmasına tamarzı qalan şanlı bayrağı! Sonra həmin bayraq Xankəndini bəzədi, “Qarabağ Azərbaycandır” möhtəşəmliyinin fonunda!

PARADİMİZ.jpg (222 KB)

Zəfər paradı Azərbaycan dövlətinin hərbi qüdrətinin nümayişi idi. Paradda 3 min nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi son 30 ildə ordumuzun necə möhtəşəm inkişaf yolu keçməsinin əyani təsdiqi idi. Silahlı Qüvvələrimizin möhtəşəm inkişaf yolu ilə müqayisədə, Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirilən sınıq-salxaq hərbi qənimət nümunələri necə də miskin görünürdülər... Xüsusilə Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü və sıradan çıxardığı iki mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərinə “Qarabağ Azərbaycandır!” şüarının həkk olunduğu kompozisiyanın nümayişi hər bir azərbaycanlıya sonsuz qürur hissi yaşatdı. 2 il 10 ay da keçəcək və bənzər nümunəni Xankəndi paradında müşahidə edəcəyik, bu dəfə ZƏFƏR yazılmış qənimət nömrə nişanlarını! Azərbaycan Ordusu düz 104 il sonra Xankəndidə hərbi parad keçirməklə növbəti şərəfli tarixmizə möhürünü vurdu!

AZER SON.jpg (97 KB)

Zəfər tarixi keçirilən zaman Azərbaycanın görəcəyi bəzi işlər də var idi, torpaqlarımızın tam azad olunması, xunta rejiminin məhvi, Xankəndi başda olmaqla bir sıra ərazilərimizdə bayrağımızın ucaldılması ilə bağlı... Bəziləri bu məsələlərdən sui-istifadə edib, qələbəmizə kölgə salmağa cəhd göstərirdilər. Amma əksəriyyətimiz inanırdıq, əmin idik ki, Vətən savaşının ilk günlərində “Şuşasız işimiz yarımçıq qalar” - deyərək bayrağımızın qala şəhərdə sancılmasına nail olan dövlət başçısı Xankəndimizdə də bayrağımızı ucaldacaq, çünki 2018-ci ildə o bayrağın işğal altındakı BÜTÜN TORPAQLARDA qaldırılacağını söyləmişdi. Sadəcə, nəyi, nə zaman etmək məsələsi var idi... Düzdür, Zəfər paradında Xankəndi haqda ayrıca danışılmamışdı, amma hədəf illər öncədən bəlli idi...

DAGİN.jpg (39 KB)

Hamımızın yadındadır, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan lideri ilə birgə Şuşa ucalığından Xankəndi haqda danışmışdılar. Ali Baş Komandanın “iki dağın arasındakı yer ki var, ora da Xankəndi şəhəridir” deməsi sıradan bir mesaj deyildi, strateji hədəfin nümayişi idi. Azərbaycan Prezidenti əminliklə “orada da olacağıq”-söyləmişdi türkiyəli həmkarına. O sözlər həm də “Xankəndisiz olmaz” mesajı idi hər kəsə! Necə ki, olmadı, Zəfər paradımızdan sonrakı 2 il 10 aydan sonra, 2023-cü ilin 8 noyabrında Xankəndi paradına şahidlik etdik. Azərbaycan Silahlı Qüvvələrinə Xankəndi və digər ərazilərimizi – 30 ildən artıq dönəmdə separatçı, terrorçu yuvasına çevrilmiş yurd yerlərimizi təmizləmək üçün cəmi bir gün bəs elədi! Zəfər paradında cənab Ərdoğan “Can sənə qurban, Laçın”-söyləmişdi. Bu gün Laçın yenidən qurulur, cənnətməkan ərazilərimizə Böyük Qayıdış davam edir, həmçinin Füzuliyə, digər ərazilərimizə! 2026-cı ilədək 140 min məcburi köçkün evinə dönəcək, ordumuzun sayəsində!

BASCİLAR.jpg (66 KB)

Zəfər paradında da şərəf kürsüsündə iki qardaş ölkənin liderləri yanaşı dayanmışdılar, məğrur duruşları ilə dostları, qardaşları qürurlandırır, düşmənlərin bağrına dağ basırdılar. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Tovuz rayonu istiqamətində Ermənistanın təcavüzünə anındaca və sərt reaksiyasından, Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını bəyan edəndən sonra bir sıra mərkəzlərin ölkəmizə əl və dil uzatmasına son verildi, Ermənistan və Azərbaycanı təkbətək qoymalı oldular məkrli paytaxtlar. Bu, əsrlərlə davam edən qardaşlıq ənənəsinin davamı idi, dünya bir daha dərsini aldı, anladı ki, Türkiyənin gücü həm də Azərbaycanın gücüdür. Zəfər parad “Bir millət, iki dövlət”in qardaşlıq münasibətlərin rəmzi olaraq tarixə həkk olundu. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etdi. Bu parad həm də əbədi var olacaq birliyimizin dünyaya yönəlik nümayişi idi. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj oldu.

ERDOGAN EN SON.jpg (95 KB)

Cənab Ərdoğanın Zəfər paradındakı müjdəsi də şərəfli tariximizin növbəti qürurverici səhifələrinə həkk olundu:

“Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır.” Bütün bunlar Zəfər paradını birbaşa, Azadlıq meydanından izləyən xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələrinin də qarşısında deyilmişdi, hər kəs öz ölkəsinə çatdırsın, bəziləri qulağından sırğa eləsinlər...

2018-ci il hərbi paradı gücümüzü, qüvvətimizi dünyaya, məkrli düşmənə göstərmək, xalqımızda özünəinamı təmin etmək baxımından mühüm əhəmiyyət kəsb edirdisə, 2020-ci ilin Zəfər paradı həm də Xankəndi paradına aparan yolun başlanğıcı idi. Zəfər paradında Ermənistan ordusuna məxsus hərbi qənimətlər nümayiş etdirildi, sonra onlar Xəzər sahilindəki Hərbi Qənimətlər Parkında sərgilənməyə başladı. Xankəndi paradı isə həm də antiterror tədbiri nəticəsində ağ bayraq qaldıran erməni ordusunun qalıqlarının təhvil verdiyi hərbi texnika nümunələrinin keçidi ilə yadda qaldı.

TEXNİKA SON.jpg (217 KB)

Ali Baş Komandan dəfələrlə bəyan edib, tarixi zəfərimizin memarı Azərbaycan ordusu, şəhidlərimiz və qazilərimiz, öz liderini sonadək dəstəkləyən fədakar xalqımızdır. Vətən müharibəsi zamanı və ondan sonra Azərbaycan Ordusunda bir dənə də fərari olmadı. Dövlət başçımız da məmnunluqla bildirmişdi ki, hətta yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər: “bizi tezliklə sağaldın, qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq!” Azərbaycan oğulları Vətənin xilası naminə belə fədakarlıqlar etmişdilər. Yad torpağında ölmək hökmü verilmiş düşmən əsgərləri isə fərarilərinin sayına görə 21 əsrdə rekorda “imza atdılar”. İrəvanda bu gün də fərarilərin mühakiməsi davam edir, hətta yüksək çinli zabitlərin! Üstəlik, azı 12 min fərari! 19-20 sentyabr əməliyyatından sonra hərbi mundirini çıxarıb, maskalanaraq, çuxa geyininb aradan çıxanların sayı 10-15 min arasındaydı. Bütün dünya gördü “məğlubedilməz” erməni ordusunun “gücü”nü, gerçək simasını. Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğradı son savaşlardan sonra. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, erməni mifini, erməçiliyi də məhv etdi. 21-ci ərs silahları ilə döyüşən, düşmənin müharibə cinayətləri törətməsinə baxmayaraq, mülki əhaliyə qarşı güc tətbiq etməyən, nöqtəli zərbələrdə ancaq hərbi obyektləri, atəş nöqtələrini sıradan çıxaran Azərbaycan əsgəri dünyada nümunə yaratdı. Bu gün Qəzza bölgəsində, Ukrayna cəbhəsində baş verənlər Azərbaycan əsgərinin təkcə müasir silahlarla deyil, həm də humanizm silahları ilə silahlandığını, bir fərqli obraza sahib olduğunu təsdiqləyir, bunu hətta düşmən də etiraf edir bəzən…

ORDUMUZ SON.jpg (127 KB)

Bu günlərdə Azərbaycan dövləti humanizm prinsiplərini rəhbər tutaraq, həm də Ermənistanla sülhün əldə olunması istiqamətində istəkli olduğunu növbəti dəfə beynəlxalq aləmə nümayiş etdirərək, 2020-ci ilin dekabrında və ondan sonrakı mərhələlərdə əsir götürülən erməni hərbçilərinin böyük bir qrupunu İrəvana qaytardı. Bu qərar eyni zamanda Azərbaycan dövlətinin Ermənistanda heç bir günahı olmadığı halda birinə uzunmüddətli, digərinə ömürlük həbs cəzası verilmiş iki əsgərini xilas etmək üçün atdığı addım idi. Əsgər valideynləri əmin idilər, dövlətimiz öz əsgərinə sahib çıxacaq, bu, baş verdi! Azərbaycan dövləti əsgərini düşmən əlində qoymazdı, qoymadı da! Zəfər ordunun əsgəri məğlub düşmənin əlində qala bilməzdi! Qalib Azərbaycan isə xunta rejiminin başçılarını mühakimə edəcək, necə ki, əvvəlcədən xəbərdar edilmişdi, nəticə çıxarmadılar, indi Hərbi Qənimətlər Parkına yaxın ərazidə “çay içirlər”!

SEPARATCI.jpg (442 KB)

Budur Azərbaycanın gücü, qüdrəti! Laçın yolunun açılmasını, ermənilər üçün sərbəst gediş-gəlişin (?!) təmin olunmasını absurdcasına tələb edənlər də kiriyiblər, Laçın sərhəd-buraxılış məntəqəsindən özlərinin TIR-larını keçirmək istəyən paytaxtlar da kor-peşmandırlar, artıq Azərbaycanla hesablaşırlar, anlamağa başlayırlar ki, bu dövlət başqaları kimi, oyuncaq deyil! 3 ildir ki, şərtləri biz diqtə edirik! Qalib dövlətin lideri Qarabağda yaşamaq istəyən ermənilər üçün də şərtini açıqladı: bu, Azərbaycan qanunları əsasında mümkündür, eyni zamanda 300 min azərbaycanlı Qərbi Azərbaycana qayıtmalıdır! Zəfər qazanan ölkə haqlıdır, beynəlxalq hüquqa istinad edir!

Zəfərimiz daimi, Zəfər qazanan Ordumuz, Dövlətimiz var olsun!

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости