Свобода людям, независимость нациям!

1918-ci ilin xəritəsi masaya - Zəngəzur Azərbaycandır!

2014 18.06.2022 10:20 Колумнисты A A

“Arxalı köpək qurd basar” misalı sanki bizim davamız üçün deyilib. Ordan-burdan para, yal, fel dəstəyi alan erməni faşizmi yenə də qurd oğlu qurdların üzərinə basqın etmək üçün fürsət gəzirlər.

Növbəti xəbər Fransadan gəldi, Ermənistanı özünə “kiçik bacı” sayan ölkədən. Parisdə bir qrup erməni Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edib. Təxribatın səbəbi Parisdə “Qarabağa aparan yol” filminin nümayişini pozmaq imiş. Qudurğanlıq hansı həddədir ki, mədəniyyət, incəsənətlə bağlı tədbirlərimizə də terror saldırısı edirlər, özü də Şuşa, Qarabağla bağlı absurd şüarlar səsləndirməklə. Necə deyərlər, özlərini axırıncı yola qoyublar, “Qarabağa aparan yol”un təqdimatını pozmaqdan ötrü. Məlumata görə, ermənilərin hücumu zamanı Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova xəsarət alıb.

Biz ermənilərin iç üzünü yaxşı tanıyırıq. İndi görək Parisdən, Strasburqdan - hansı ki, vaxtaşırı ermənilərin “mədəni irsi” barədə nağıllar uydurub, Azərbaycana təsir göstərmək istəyən çevrələr yerləşir - bir etiraz səsi eşidiləcəkmi? Çətin. Paris meri terrorçu Araiklə görüşə vaxt ayırırsa, Fransa prezidentliyinə namizəd qaçaraq özünü Xankəndiyə yetirib ermənilərin səsini qoparmağa cəhd göstərirsə, təbii ki, Azərbaycanın Parisdəki Mədəniyyət Mərkəzinə də basqın olacaq...

Ermənilər illər boyu işğalda saxladıqları, darmadağın etdikləri Qarabağla bağlı bir neçə film çəkib, hətta beynəlxalq festivallara da burunlarını soxa biliblər, kimsə deməyib ki, bu mövzular sənlik deyil, sən aqressorsan, terroristsən, get, beynəlxalq məhkəmə qarşısında cavab ver, tövbə et, sonra filmlə gələrsən.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT Parlament Assambleyasının sədri Marqariya Sederfeltlə görüşündə növbəti dəfə sərsəmləyib. Yenə köhnə bayatılar, “münaqişə”, “Minsk Qrupunun mandatı”, “Dağlıq Qarabağ”. Belə görünür ki, məsələ bitməyib, növbəti “Dəmir yumruq”a ehtiyac yaranacaq. Artıq Mirzoyan və daşnak Saqatelyan kimi danışmağa başlayıb, Nikol Paşinyan da “nala-mıxa vurmaqdadır”.

Azərbaycan Prezidenti növbəti xəbərdarlığını 16 iyunda etdi. “Qlobal dünya düzəninə təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında bir daha bəyanladı ki, “ATƏT-dən mandat alan Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etməyib. Ona görə də Azərbaycan Qarabağ münaqişəsini həll edəndən sonra Minsk Qrupuna ehtiyac qalmayıb”. Dövlət başçısı önəmli bir məqamı xatırladaraq bildirdi ki, xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Minsk qrupunun üç həmsədrinin görüşünün mümkünsüzlüyünü hamı anlayır. Sitat: “Biz artıq Minsk qrupu həmsədrlərinin institutunun fəaliyyət göstərməyəcəyi ilə bağlı mesajlar almışıq. Onlar artıq təqaüd yaşına çatıblar. Beləliklə, mövqeyimizi bildirmək istəyirəm ki, Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq oyadır. Biz münaqişəni həll etdik. Minsk qrupu tərəfindən hazırlanan Madrid prinsipləri yerinə yetirilib. İndi biz Ermənistanla münasibətləri normallaşdırmaq yolları barədə düşünməli, sülh sazişi imzalamalıyıq”.

Bundan sonra da ermənilər zəhləmizi tökəcəklərsə, onda onlarla “Bayraqdar” danışası olacaq... Erməni olanda nə olar, doğrudanmı anlamırlar ki, Azərbaycan ərazisindəki ermənilərə Azərbaycan əsgərinin bir qapazı bəs edər? Yaxud həmsədr ölkələrin arasında müharibə gedir, bunlar da deyir gəlsinlər Qarabağ ermənilərinin hayına qalsınlar. Nə qədər anlamaz olasan ki, xeyrini başa düşməyəsən. Elə həmsədrlərin fəaliyyətsizliyi 44 günlük müharibəyə, ermənilərin də fəlakətlərinə səbəb olmadımı? “İt əl çəkir, amma motal əl çəkmir”, belə yerdə deyiblər.

Azərbaycan lideri bir daha bütün dünyanı xəbərdar etdi ki, “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır və Azərbaycanı da onun ərazi bütövlüyünə qarşı analoji addımlar atmağa vadar edir”.

Unutmasınlar: bənzər xəbərdarlığı Azərbaycan Prezidenti 2020-ci ilin sentyabrında etmişdi, BMT Baş Assambleyasının toplantısında. Ermənilər də bilməmiş deyil ki, İlham Əliyev dediyini edir, sadəcə səbirlə, təmkinlə bir yerə qədər gözləyir, qarşı tərəfə islah olunması üçün vaxt verir, düzgün nəticə çıxarılmasa...

Hələ ki, məsələ xəbərdarlıqlar müstəvisindədir. “Ermənistan bizim ərazi bütövlüyümüzü şübhə altına almaqda davam edərsə Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü şübhə altına almaqdan başqa çıxış yolu qalmayacaq”, - dövlət başçısı deyib. Və tarixə istinad edərək bildirib ki, tarix baxımından Azərbaycanın Ermənistanı tanımamağa daha çox haqqı çatır: “Çünki ötən əsrin tarixi göstərir ki, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan 6 ay sonra - 1920-ci ilin noyabr ayında sovet hakimiyyəti ölkəmizin tarixi ərazisi olan Zəngəzuru bizdən alıb Ermənistana birləşdirib. Bu səbəbdən, əgər Ermənistan Qarabağ erməniləri üçün status tələb etməkdə davam edərsə niyə azərbaycanlılar Qərbi Zəngəzur üçün status tələb etməsinlər? Çünki bu ərazinin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub”.

Azərbaycan lideri diqqətə çatdırıb ki, bu yol dalana dirənir: “Ermənistan hökuməti İkinci Qarabağ müharibəsindən dərs çıxarmalı və Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır”.

Bu arada Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin səsləndirdiyi fikirlər də erməniləri düşündürməlidir. Sitat: “Türkiyə və Azərbaycan sülhsevər mövqelərini Ermənistana çatdırırlar. İki ölkə Ermənistanla münasibətləri normallaşdırmağa və sinxron şəkildə sərhədlərini açmağa hazırdır. Ancaq Ermənistan Türkiyə və Azərbaycan torpaqlarına iddiasından əl çəkməlidir”. “Azərbaycan mübarizəsini davam etdirəcək, qardaş Türkiyə ilə birlikdə Qafqazın yeni coğrafiyasını qururuq”, - H.Hacıyev qeyd edib.

Şuşa Bəyannaməsindən irəli gələn birlik, birgəliyimizi özündə ehtiva edən mövqelərdir. Türkiyə rəsmilərindən də davamlı xəbərdarlıqlar gəlir Ermənistana. Elə sabiq baş nazir Binəli Yıldırım və Türkiyənin digər önəmli simalarının Şuşaya son səfərləri, Zəngəzur dəhlizi, Qarabağ məsələsi və digər məsələlərlə bağlı səsləndirdikləri xəbərdarlıqlar da qardaşlığın təcəssümüdür. Bakı və Ankara dostlarına və düşmənlərinə münasibətdə vahid mövqedən çıxış edirlər, daim də belə olacaq. Bu gün də erməniçiliyə “zəhər verən kərtənkələlər” Ermənistanın gələcəyini düşünsələr, erməni vandalları durdurmağa cəhd edərdilər, daha Parisin mərkəzində Mədəniyyət Mərkəzimizə basqına imkan tanımazdılar.

Olsun, Azərbaycan da, Türkiyə də sözünü deyib. Ermənistanın bir ölkə kimi xəritədən silinməsinə yönəlik prosesə stimul verənlər həm də bizə böyük bir şans tanımış olurlar. Ermənilərin basqın törətdiyi Parisdə tanınmış xəritəni masaya qoymaq vaxtıdır: 113,9 min kv.km-lik Azərbaycanın xəritəsini. “Qarabağ Azərbaycandır” şüarı keçmişdə qaldı. Yeni hədəfimiz önümüzdə: “Zəngəzur Azərbaycandır!” Dəhliz vermək istəmirlər, eybi yox. Biz onları nəinki Laçın dəhlizindən məhrum edəcəyik, üstəlik, beynəlxalq hüquqa - Paris Sülh Konfransına istinad edib, Zəngəzuru geri alacağıq.

Onsuz da dövlətimizin başçısı bir neçə dəfə delimitasiya və demarkasiyadan bəhs edərkən həmin dövrün xəritəsinə eyham vurub. Bölgənin iki güc sahibinin - Türkiyə və Azərbaycanın dövlət kimi tanımadığı halda, Ermənistan adlı oyuncaq necə mövcud olacaq, bunu anlamaları lazım...

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости