Свобода людям, независимость нациям!

“11 sentyabr”dan keçən 21 il – bin Laden yoxdur, Bağdadi ölüb, “Taliban” dirçəlib

2476 11.09.2022 09:00 Колумнисты A A

İnanmaq çətindir ki, dünyan sarsıdan 11 sentyabr hadisələrinin üstündən 21 il keçib. Gerçəkdən, elə bil dünən idi.

11 sentyabr teraktı ilə bağlı informasiyalar, qlobal ajiotaj, ondan sonrakı hadisələr yaddaşımıza elə həkk olunub ki, hər zaman diridir və heç vaxt silinməyəcək.

Bu, tarixdə misli-bərabəri, analoqu olmayan terror aktlaryıdı. Ona görə cəm şəkilçisi işlədilir ki, o aktların hər hansı biri baş tutsaydı, yenə dünya miqyaslı terakt sayılacaqdı və beynəlxalq ajiotaj doğuracaqdı.

Terrorçular isə 3 böyük teraktı eyni gündə, eyni saat həyata keçirmişdilər. Onlar əvvəlcə Nyu-Yorkdakı əkiz qüllələri - Dünya Ticarət Təşkilatının göydələn binasını, sonra Pentaqonun iqamətgahını qaçırılmış təyyarələrlə taran etmişdilər, daha sonra Ağ Evi eyni üsulla “vurmaq” istərkən qaçırdıqları təyyarə Pensilvaniya səmasında ABŞ-ın özü tərəfindən vurulmuşdu.

55478.JPG (44 KB)

Bəşər əhlini sarsıdan hadisənin baş verməsindən, ilk təyyarə taranından sonra dünyanın ən qüdrətli dövlətinin prezidenti Corc Buş bunkerə sığınmışdı.

Avropa liderləri şoka girmişdilər. Heç kim nə edəcəyini bilmirdi. Səddam Hüseyn, Müəmmər Qəzzafi kimi odioz liderlər “ABŞ-a bu da azdır” moduna girmişdilər.

Əfqanıstanda, Fələstində, İranda xalq meydanlara tökülüb ABŞ-ın “vurulmasını” təntənə ilə qeyd edirdilər.

ABŞ-da bu terror aktının hansı terrorçu və ya terror təşkilatı tərəfindən törədilməsi barədə qəti söz deyilməmiş Azərbaycanda “diaqnoz” qoyur, baş təşkilatçının adını çəkirdidilər: “Bin Ladenin işi olacaq. O vaxt Nayrobidə bomba dolu yük maşını ilə ABŞ səfirliyinin binasını məhz o taran etdirmişdi. Onun əl işinə oxşayır”.

77.JPG (65 KB)

Bu versiya bir neçə saata yüzdəyüz dəqiqliyi ilə doğruldu. Terror aktının iştirakçıları – təyyarələri qaçıranların kimlikləri bir-bir ortaya çıxarıldı və burada təəccüblü bir şey yox idi. Kamikadzelər öz sənədləri ilə bilet alıb təyyarəyə minmişdilər.

Tezliklə, bütün zamanların ən böyük terror aktının ərəb terrorçular tərəfindən törədilməsini şübhə altına alanlar da peyda oldu və getdikcə çoxaldılar. Bunlar lap köhnədən ABŞ-a düşmən olan ölkələrin siyasiləri, jurnalistləri, indiki dildə desək, trolları və onların təbliğatına uyan sadə adamlar idi.

Bu şəxslər günahı ABŞ-ın üstünə yıxırdılar, deyirdilər, terror aktlarını ABŞ xüsusi xidmətləri özləri törədib. (Bu söhbətə inananlar, onu tirajlayanlar hələ də var).

88.jpg (14 KB)

Acı fakt isə beləydi: bu terror aktlarında ABŞ-ın dünyadakı iqtisadi gücünün simvolu olan əkiz qüllələr və ABŞ-ın hərbi qüdrətini təmsil edən Pentaqon vurulmuşdu. Dövlət milyardlarla dollar həcmində ziyana uğramışdı. Daha pisi, ABŞ-ın dünyanın ən təhlükəsiz, ən hegemon dövlət olması barədə gerçəklik dağılmaqda olan mifə çevrilmişdi. Bu isə bir neçə trilyon dollarlıq zərərə düşməkdən də pis idi. Budur, aradan 21 il keçib, amma ABŞ hələ də 11 sentyabr 2001-ci ildən əvvəlki reputasiyasını bərpa edə bilməyib. O hadisədən sonra ABŞ-la kəllə-kəlləyə gəlməkdən çəkinməyən, yaxud da onu iqnor edən dövlətlərin sayı artdı.

Belədirsə, ABŞ bunu bilə-bilə müdhiş terror aktlarını özü törədərək, öz ürəyinə xəncər saplayardımı?

Əslində isə bu kimi söhbətlər durduq yerdə ortaya çıxmamışdı. Hələ 1990-cı illərdə amerikalı yazıçı Mario Pyuzo “4-cü Kennedi” romanında təyyarə qaçıran və prezidentin qızını qətlə yetirən ərəb terrorçunun, eləcə də onu zərərsizləşdirmək, prezidentin istefasını önləmək üçün Nyu-Yorkda müdhiş partlayış törədilməsinə şərait yaradan xüsusi xidmət şefinin obrazını yaradarkən sui-qəsd nəzəriyyəçilərinin menyusuna babat “təam” təqdim etmişdi.

Ancaq ABŞ-ın öz-özünü vurmasına dair versiya elə o zaman da absurd idi, indi də absurddur. Bunu hələ də təkrarlayanlar isə ya qərəzlidirlər, ya da özlərini aldadırlar. Ən yaxşısı cəfəng fikirləri yaxın buraxmamaq, gerçəklərə diqqət yetirməkdir. 

99.jpg (247 KB)

11 sentyabrın nəticələri gözlənildiyi kimi də oldu. Bu terror aktı onu təşkil edənlərə xoşbəxtlik gətirmədi. Əfqanıstanı idarə edən, Üsamə bin Ladenə sığınacaq verən “Taliban” rejimi ABŞ ordusu tərəfindəndevrildi və Pakistan sərhədindəki əlçatmaz Tora-Bora mağaralarına sığındı. İraq işğal olundu, irticaçı diktator Səddam Hüseyn devrildi, hökmdarkən qaçağa çevrildi. Dünyanın hər yerində beynəlxalq terrorizmlə mübarizə başlandı, bir çox müsəlman dövlətlərin terrorizmi lənətləməməsi və maliyyələşdirməsi üzündən dünyada islamofobiya şiddətləndi.

Bu keçən 21 ildə “Əl-Qaidə” təşkilatının yerini daha pisi – İraq-Şam İslam Dövləti (İŞİD) adlanan daha böyük bir təşkilat tutdu və bu təşkilat iki ölkənin - Suriya və İraqın ərazilərinin yarısını götürərək böyük bir terror dövləti yaratdılar, bütün dünyaya şaxələndilər, Türkiyədən Pakistana, Hindistandan Yeni Zelandiyaya, Filippindən İngiltrəyə qədər böyük bir arealda terror aksiyaları həyata keçirdilər. Sonda bu təşkilat da darmadağın edildi, ancaq hələ də tam məhv edilməyib. İŞİD məğlub ediləndən, onun lideri Əbubəkr Bağdadi yeddinci və sonuncu dəfə öldürüləndən bir-iki il sonra “Taliban” yenidən dirçəldi və Əfqanıstanda hakimiyyəti yenidən götürdü.

Beləcə, beynəlxalq terrorizm yaşayır və onun vasitəsilə siyasət yeridən qüvvələr hələ də mövcuddur.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости