Свобода людям, независимость нациям!

11-ci səfirin “şirin”liyi – Cənab Libbi hələlik sələflərindən çox fərqlənir

2763 08.04.2024 14:00 Колумнисты A A

1992-ci ildən bu günə qədər Amerika Birləşmiş Ştatlarının ölkəmizdə 11 səfiri olub.

Onların sıralaması belədir: Riçard Mayls, Riçard Kozlariç, Stenli Eskudero, Ross Uilson, Reno Harniş, Ann Ders, Metyu Brayza, Riçard Morninqsar, Robert Sekuta, Erl Litsenberger və Mark Libbi. Bir də arada səfiri əvəz edən iki diplomat olub, onlardan biri Robert Finn, digəri Uilyam Gildir.

Rusiyanı isə ölkəmizdə 7 səfir təmsil edib: Valter Şoniya, Aleksandr Bloxin, Nikolay Ryabov, Vasili İstratov, Vladimir Doroxin, Oleq Muraşev, Mixail Boçarnikov.

Amerikalı səfirlərlə rusiyalı səfirlərin arasındakı əsas fərq birincilərin ölkənin siyasi arenasında yaxşı tanınmaları, ikincilərin isə o qədər tanınmamalarıdır. Yəni bu saat ölkənin ictimai-siyasi fəalları arasında sorğu keçirsək, onların çoxu amerikalı səfirləri tanıyacaq, adlarını sadalayacaqlar, rusiyalı səfirlərdən isə bir-ikisinin adını güc-bəla xatırlayacaqlar.

Bu ondan irəli gəlir ki, amerikalı səfirlər təkcə iqtidar rəsmiləri ilə yox, müxalifət təmsilçiləri, qeyri-hökumət nümayəndələri ilə görüşlər keçirir, ünsiyyət qururlar, rusiyalı səfirlər isə yalnız və yalnız dövlət rəsmiləri ilə təmas saxlayırlar, daha çox pərdəarxası (mediaya açıqlanmayan) ünisyyətə önəm verirlər.

Daha bir məqam da var: amerikalı səfirlər Azərbaycan xalqı üçün əlamətdar bayram günlərində mütləq xalqa öz hörmət və ehtiramlarını nümayiş etdirən tədbirlərə qatılır, mesajlar yayır, loru dildə desək, “şirinlik edirlər”, rusiyalı səfirlər isə bunu özlərinə heç vaxt rəva görmürlər. Bu və digər məsələlərdə onların hamısı bir-birinin eynidir, sanki hamısı eyni qəlibdən çıxıb.

Ancaq ABŞ səfirləri həmişə şəxsi keyfiyyətləri, dünyagörüşləri, davranışları ilə bir-birindən fərqlənib. Məsələn, Riçard Mayls təcrübəli diplomat idi, o, ölkəmizin dövlət müstəqilliyini bərpa etdiyi ilk ildə səfir olmuşdu və gerçək kimliyini, dövlətinin Azərbaycanı necə görmək istədiyini bəlli etmədən getdi.

Riçard Kozlariç sanki ana müxalifət partiyasının liderlərindən idi və öz bəyanat və açıqlamalarında müxalif mövqedə olduğunu gizlətmirdi. Onun sonrakı fəaliyyəti də bu cür oldu, fəqət mövcud iqtidara qarşı olması bəzən Azərbaycana qarşı olması anlamına gəlirdi.

eskudero.jpg (9 KB)

Stenli Eskudero isə az qala YAP-ın Nəsimi rayon təşkilatının sədri kimi çıxış edirdi. Günü ov ovlamaqda, quş quşlamaqda keçən səfir üçün Azərbaycanın demokratik ölkə olub-olmayacağı, dürüst seçki keçirib-keçirməyəcəyi əhəmiyyət kəsb etmirdi. Burada hökumət ona yaxşı baxırdı, ona görə də cənab səfir səlahiyyət müddəti bitdikdən sonra ölkədən germədi, burada da qalıb biznesmen oldu.

Reno Harniş ölkəmizin siyasi baxımdan ən təlatümlü, gərgin illərində səfir oldu və ölkəmizdə ABŞ-a inamın sarsılmasının iki əsas memarından biri (digəri Eskudero) kimi yadda qalıb. (3-cü və 4-cü səfirlərin davranışı göstərirdi ki, o illərdə ABŞ adminstrasiyası ölkə iqtidarına qarşı xeyli loyal olub).

ABŞ Azərbaycandan üzünün döndüyü vaxtda ölkəmizə gələn Ann Ders səfirlərin içində yeganə qadın idi və müstəqil media ilə ciddi ünsiyyət saxlamağa çalışırdı. Onu da müxalifyönlü səfir saymaq olar.

metyu-brayza_1510926552.jpg (89 KB)

Metyu Brayza sanki ABŞ-ın Azərbaycanda səfiri deyildi, Azərbaycanın ABŞ-dakı səfiriydi və ölkəmizdə bütün siyasi qüvvələrlə ormal münasibətlərə malik idi.

Riçard Morninqstar Qafqaz regionunu yaxşı bilən, ölkədəki bütün ictimai-siyasi qüvvələrlə məsafə saxlayan, bir az da yaşından irəli gələn tərzdə inert adam idi.

O biri səfirlər haqqında da nəsə fərqli bir şey demək olmaz. Onlar amerikalı səfirlərdən çox rusiyalı səfirlərə oxşayırdılar.

Ancaq yeni səfir Mark Libbi ölkəmizdə işləməyə başladığı 3 ayda bütün sələflərindən fərqləndiyini göstərməkdədir.

libbi-qəm.jpg (150 KB)

O, ailəsi ilə birlikdə ölkəmizi gəzir, milli bayramlarımızda iştirak edir, milli mətbəximizə, ümumiyyətlə ölkəmizə heyranlığını gizlətmir. Cənab Libbinin bölgələrə səfərlərini əks etdirən videoçarxlar xalqımız tərəfindən maraq və rəğbətlə qarşılanır. Onun başına qaragül papaq qoyması, Novruz tonqalından atılması, Qəbələnin Qəmərvan kəndində dünya şöhrətli restorator Təvəkkülün hazırladığı təamlardan məmnunluqla dadması, bu günlərdə Siyəzəndə Beşbarmaq pirini ziyarət etməsi Libbinin fərqli diplomatik xətt yeritdiyini göstərir.

O, təcrübəli diplomatdır, ABŞ Dövlət Departamentinin əməliyyat mərkəzində müşahidəçi, böhranların idarə edilməsi üzrə direktor müavini vəzifələrində çalışıb, Avropa və Avrasiya məsələləri bürosunun Mərkəzi Avropa işləri ofisində direktor müavini olub. Türkiyə, Yunanıstan, Kiprlə işləyib.

2f41a2310dfaa3f35dcdc331e2ca2fb1.jpeg (324 KB)

Mark Libbi ABŞ-ın Varşava, Nassau, Nikosiya və Bağdaddakı səfirliyində siyasi məsləhətçi vəzifəsində çalışıb, ölkəsinin Avropa İttifaqındakı missiyası (Brüssel) rəhbərinin müavini, müvəqqəti işlər vəkili olub.

Mark Libbinin vikipediyasında polyak, fransız, türk dillərini bildiyi qeyd olunub.

İndilikdə cənab səfirin personasına diqqət, maraq, rəğbət var. Hər kəsin arzusudur ki, Mark Libbi öz fəaliyyətində həmişə obyektiv olsun, nə Eskudero, nə də Kozlariç kimi birtərəfli olmasın.

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости