Свобода людям, независимость нациям!

Bacısı: "Xumar Qədimova "Əməkdar artist" olmasından xəbərsizdir"

7090 03.03.2017 19:24 Культура A A

Prezident İlham Əliyev 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda yer alan qadınlar sırasında müğənni Xumar Qədimovanın da adı var. O, “Əməkdar artist” fəxri adına layiq görülüb.

Musavat.com sənətçinin təəssüratlarını öyrənmək üçün onunla əlaqə saxlayıb. Müğənninin telefonuna bacısı, eyni zamanda prodüseri olan Mətanət Qədimova cavab verib. O bildirib ki, Qədimova fəxri ad almasından xəbərsizdir:
"Xumar hazırda idmandadır. Fəxri ad almasından xəbəri yoxdur. Mən də məlumatı saytlardan oxudum. Çox sevindim. Bayaqdan eşidən zəng edib, təbrik edir. Bayram öncəsi bizim üçün böyük sürpriz oldu. Prezidentimizə təşəkkür edirik".


Könül İbrahim
Musavat.com

Bizim partnyorlarımız

Лента новостей

Предыдущие новости