Свобода людям, независимость нациям!

“Snayper Maral”ın nazir oxşarı

 Kim nə deyir, desin, bu gün Ermənistandakı revanşist qüvvələrin başında nə “naftalin iyi verən” Vazgen Manukyan, “siçan deşiyi” ilə gün işığı arasında var-gəl edən Sərkisyan-Köçəryan cütlüyü, yaxud daşnaklar dayanmır. Çünki onların dövranı keçib, ermənilər Qarabağ klanını müdafiə etsəydi, elə neçə müddətdir məhkəmə yollarında qalan Köçəryanın yanında olardılar...

44 günlük dərsdən sonra Azərbaycanı yenidən “Dəmir yumruq”dan istifadəyə vadar etmək istəyən məhz Ara Ayvazyandır. Bu adam ölkəsinin xarici işlər naziri statusundan çox, avazında “xaric notlar” olan vaxtsız banlayan xoruzu xatırladır. Deyəsən, bu adam reallığı hələ də doğru-düzgün anlamayıb. Əgər anlasaydı, son müsahibəsində konstruktiv mövqedən çıxış edərdi, heç olmasa diplomat statusuna uyğun mövqe sərgiləyər, nəhayət, bu ədavətə son qoyulması zərurətindən danışardı. Heç olmasa təmsil olunduğu xalqı düşünərək.

Baxın, Ermənistanda “at izi it izinə qarışıb”, hər an vətəndaş müharibəsi başlaya bilər. Ermənistanın Müdafiə Nazirliyi ilə Baş Qərargah üz-üzə dayanıb, bu, nonsesdir! Ölkənin 44 günlük döyüşdən sağ çıxmış hərbçiləri də iki yerə parçalanıb: paşinyançılara və manukyançılara. Qarabağ ermənilərinə Ermənistan ermənilərinin nifrəti gündən-günə artır. Ermənilər fürsət gözləyirlər ki, sərhədlər açılsın, cəhənnəm olub getsinlər ölkədən. Qarabağdakı ermənilər də mağmın gündə. Amma belə bir vaxtda Ara Ayvazyan sərsəmləmələrini davam etdirir, “tənzimlənmə ilk olaraq artsaxın statusundan başlamalıdır” deyir, “artsax xalqının öz müqəddəratını təyinetmə hüququ”ndan dəm vurur. Bu insanabənzər məxluq nə yeyib-içir? Başa düşmürmü ki, bununla ermənilərə növbəti qəbir qazırlar, özü də lap dərinini?

Azərbaycanın dövlət başçısının 26 fevral brifinqində dediklərindən sonra erməni nazirin yenə də kiflənmiş iddiaları Rusiya mediasına bölüşməsi sadəcə anlaqsızlığın əlaməti deyil, həm də əxlaqsızlıqdır! Dövlət başçımız statusun yerini göstərdi: cəhənnəmdə! Nəinki “artsax xalqı”nın, heç Dağlıq Qarabağ adlı inzibati ərazi vahidinin də olmadığını dedi: aranlı-dağlı Qarabağ var və Azərbaycandır! Erməni xalqına da nicat yolunu nişan verdi, normal yaşamaq istəyən buyursun, yaşasın, sadəcə adam kimi!

Ayvazyan bütün bunlardan sonra susmalıdır ən azı! Bu adam qanmaq istəmir ki, ondan qabaq XİN rəhbəri olmuş Mnatsakanyan, Nalbandyan və daha başqa yanlar da eyni xəyallarını dilə gətiriblər, nəticədə erməniləri oda salıblar, bu gün meyit axtarırlar! Azərbaycanı 10 noyabr anlaşmasını pozmaqda ittiham edəcək qədər xəstə düşüncə sahibi olan Ara Ayvazyan güzgüdə özünə baxsa, yaxşıdır. Vaxtilə Şuşada yallı gedən Nikol Paşinyan belə, kapitulyasiya aktından sonra Qarabağa sarı boylanmağa cəsarət etmir, ancaq həmin bu Ayvazyan anlaşmanı pozub Xankəndiyə gəlmişdi və hətta Azərbaycan Prezidenti onun bu özbaşınalığına sərt təpki vermək məcburiyyətində qaldı. Bütün fəaliyyətilə gərginliyi körükləməyə çalışır erməni nazir və digər revanşistlərə də pis nümunədir.

Budur, xəbərlər gəlir ki, Ermənistan gizli şəkildə yenə də Qarabağa hərbçilər göndərir. 10 noyabr anlaşmasını pozmaq budur! Diplomatı terrorçu kimi danışan, kapitulyasiya sənədi imzalandıqdan sonra Azərbaycanla döyüşməyə gələn və vətəndaşlarımızı öldürən, yaralayan 62 terrorçunun azad edilməsini “bir nömrəli məsələ” kimi ortaya qoyan ölkədən başqa nə gözləyəsən?! Prezident sözünü deyib: erməni faşizmi yenidən baş qaldırsa, başı əziləcək! Dövlətimizin başçısı brifinqdə də bəyan etdi: onlar terrorçudur, 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından sonra Azərbaycana qarşı terror aktı törədən canilərdir və cəzalandırılacaqlar! Xaric səsli xarici işlər naziri də bilsin!

Gizli yolla Azərbaycan ərazisinə döyüşməyə gələnlər heç bir halda hərbçi ola bilməz, onlar məhz terrorçudurlar və Azərbaycan antiterror əməliyyatına başlamaq üçün kifayət qədər əsasları var, bunu Ermənistanın himayədarlar da bilməlidir! Özü də bu barədə məlumatı ilk olaraq erməni mənbələri yazıb. Erməni valideynlər etiraza qalxıblar, onlara söz verilmişdi ki, Qarabağa əsgər göndərilməyəcək, ancaq gizli şəkildə göndərilir! Demək, anlaşma pozulub, erməni bunun cavabını verməlidir!

Laçın dəhlizindəki rus sülhməramlılarırarın Ermənistandan Qarabağa gələnlərə “maşında qadağan olunmuş silah-sursat yoxdursa, onda yaxşı yol”-deyib ölkəmizə buraxmasından bəhs edən videokadrları xatırladınız? Təsəvvür edin, şifahi sorğu-sual və “yaxşı yol!” Başqa ölkənin ərazisinə gəlir bunlar, nə sənəd yoxlanılır, nə maşının yük yeri, bəlkə raket daşıyırlar. Hələ kamera qarşısında bu cür davranıblar, görün ayrı vaxt nə oyunlardan çıxırlar. Dövlətimizin başçısı bir neçə dəfə sülhməramlılara da xəbərdarlığını edib, görünən budur ki, nəticə çıxartmaq istəmirlər. Belə fəaliyyət bizə təhlükələr vəd edir. Ermənilərin yaydığı kadrlardan da görünür ki, Qarabağa gələnlər əsasən, kişi cinsindən olanlardır. Kim təminat verir ki, onlar terrorçu, mülki geyimli hərbçi deyil? Kim əminliklə deyə bilər ki, Xankəndiyə daşınan “erməni ailələri” arasında terrorçular yoxdur? Livan ermənisi “Snayper Maral” (Nacaryan) Azərbaycan həbsxanasındadır, erməniyə onu da “dinc sakin” kimi təqdim edirdi. Müharibəyədək Livan, Suriya, İraqdan “ailə” adı altında terrorçu daşınmırdımı Qarabağa?

Azərbaycan XİN də Qarabağa terrorçu göndərilməsilə bağlı artıq xəbərdarlıq bəyanatını verib. Davamının gələcəyinə şübhə etmirik...Bunu erməni tərəf istədi - konkret halda “Snayper Maral”ın mahiyyətcə terrorçu olan nazir bənzəri...Mahiyyətcə hər ikisi terrorçudur...

modern.az_Elsad_Pasasoy_(14)_352.jpg (48 KB)

Elşad PAŞASOY

Новости автора