Свобода людям, независимость нациям!

Ramil və Mübarizin hərbi andı, qoruduqları Azərbaycan şərəfi...

Ölkəmizdə hər dəfə beynəlxalq tədbirlər keçiriləndə “beşinci kolon”un, ermənipərəstlərin, anti-Azərbaycan mövqeli qüvvələrin eybəcər, missioner kampaniyalar aparmasının şahidi oluruq. Avropa Liqasının Bakıda 29 mayda keçiriləcək final matçı ərəfəsində də bunun şahidi olduq.

Öncə İngiltərənin "Arsenal" klubunun erməni oyunçusu Henrik Mxitiryanın üzərindən bir qərəzli kampaniya aparıldı. Azərbaycanda indiyədək keçirilən çoxsaylı yarışmalarda erməni idmançılar iştirak edib və onların heç birinin başından bir tük də əskik olmayıb. Buna baxmayaraq, Mxitiryan üzərindən bir qərəzli kampaniya aparıldı. Əlbəttə, bu ilk növbədə anti-Azərbaycan güclərin siyasi oyunbazlıqları idi. Habelə yaranmış durumda Henrikin transfer qiymətinin qaldırılması üçün kəmfürsət cəhdlər də edildi. Ardınca Britaniyadan Azərbaycana qarşı qərəzli bir “təhlükəsizlik” böhtanı atıldı. Guya Bakıda turistlərin təhlükəsizliyinə təminat yox imiş. Bunun sırf qərəzli addım olduğunu sübut etmək çətin iş deyil: qeyd etdiyimiz kimi, illərdir Azərbaycan beynəlxalq tədbirlərə, idman yarışlarına ev sahibliyi edir, hər il 100 minlərlə turist gəlir ölkəmizə. Bir turistin burnunun qanaması faktı belə yoxdur...


Bu anormal, qaralama cəhdləri bir nəticə vermədikdə, içimizdəki ermənipərəstlər dövriyyəyə buraxıldı. Əslində, bu ərəfədə həmin şübhəli, Azərbaycana qarşı olan adamları meydana buraxmaqla, bir daha sübut etdilər ki, bu kəslərə ermənipərəst deməkdə qətiyyən yanılmırıq. Final oyunu öncəsi Mxitiryan özünü “lezva”ladığı, erməni lobbisinin guya Azərbaycanda təhlükəsizlik problemi olması haqda rəy formalaşdırmaq üçün dəridən-qabıqdan çıxdığı bir vaxtda, ölkəmizin içərisindən ermənipərəst - “çatlaq səs”lər eşidilməyə başladı. Təbii, təsadüfi deyil bu. Ermənilər maksimum çalışır ki, final oyunu öncəsi Azərbaycana gəlmək istəyənlərdə təşviş yaratsınlar, təxribat törətsinlər. Bunun üçün yuxarıda qeyd etdiyimiz böhtanları yağdırdılar, nəticə olmadıqda “özümüzünkülərə” (Xədicə İsmayıl kimilərə) xalqımız üçün həssas olan məsələlərdən birinə dair statuslar yazdırdılar. Məgər heç bir müzakirə mövzusu olmadığı halda, şərəfli zabitimiz Ramil Səfərovun Azərbaycanı NATO platformasında təhqir edən erməni hərbiçisini haqlı olaraq öldürməsini gündəmə gətirmək, onu “cinayətkar” adlandırmaq, Mübariz İbrahimovun məlum şücaətini, təkbaşına onlarla ermənini məhv etməsini qaralamaq cəhdləri təsadüfidirmi? Qətiyyən! Bu, məhz Bakıda keçiriləcək matç öncəsi Azərbaycana qarşı aparılan erməni oyunlarının tərkib hissəsidir. Məqsəd əlbəttə aydındır – “yerli” ermənipərəstlər aldıqları təlimat üzrə erməni lobbisinin “Bakı təhlükəsi” böhtanına dəstək verirlər. Azərbaycanlıların “qəddar”, “vəhşi” olmasını “xatırladırlar” dayılarının tapşırığı ilə dünyaya...


Ramil Səfərovun Azərbaycan bayrağını təhqir edən erməni zabitini öldürməsi və onun Azərbaycana verilməsi işində ilk informasiyalar alan şəxslərdən biriyəm. Azərbaycan prezidenti İlham Əliyev ermənilərə dağ çəkən bir proses apardı Ramil Səfərovu Azərbaycana gətirib, əfv etməklə. Bu prosesin hüquqi tərəflərinin həyata keçirilməsində hüquq professoru, Beynəlxalq Hüquqşünaslar İttifaqının vitse-prezidenti, dostumuz İlham Rəhimov da iştirak edirdi və ondan dostca bir xəbərlər alırdıq. Azərbaycan dövləti Ramil Səfərovu faktiki erməni girovluğundan almaqla, düşmənin, erməni lobbisinin dişini qırdı. Bu, bizim fəxr etdiyimiz hadisədir.
Ramil Səfərov erməni zabitini tamamilə haqlı olaraq öldürüb! Çünki o erməni zabit Ramilin gözünün önündə Azərbaycan bayrağını, dövlətini təhqir edib. Ramil Səfərov isə Azərbaycanın şərəfi üçün canından keçəcəyinə and içmiş zabitdir. O, andını pozmayıb, Azərbaycanın şərəfini qoruyub! Mübariz İbrahimov isə Azərbaycanın döyüş ruhunu daha da yüksəldən, 100 erməni hərbiçisinin qarşısına təkbaşına çıxan qəhrəmandır. O, ermənilərə dərs verib və Milli Qəhrəman adını haqq edib. Vətən üçün bu fədakarlıqları edənlər bizim fəxrimizdir, qəhrəmanlarımızdır. Ermənilər, erməni lobbisinin əlaltıları da aldıqları təlimat üzrə məhz qəhrəmanlarımızın üzərindən eybəcər təbliğat aparırlar. Fəxr etdiklərimizi gözdən salmaq, qəhrəmanlarımızın nüfuzunu azaltmaq bir hədəfdirsə, indiki ərəfədə ikinci hədəfləri də bütövlükdə xalqımızı onların timsalında “qəddar” kimi təqdim etmək istəyirlər dünyaya.


Ramil Səfərovu, Mübariz İbrahimovu bu hərəkətinə görə “cinayətkar” adlandırmaq, bundan beynəlxalq tədbir öncəsi xaincəsinə yararlanmaq sadəcə şərəfsizlikdir!
Gerçəklik budur ki, biz sadəcə dövlətimizi, xalqımızı, bayrağımızı, şərəfimizi aşağılamaq istəyənləri cəzalandırarıq. Bunu bütün millətlər, dövlətlər belə edir.
Bir xalq olaraq isə qonaqpərvərik, kimsəni öz evimizdə döymərik, söymərik, xətrinə dəymərik, əksinə, onların başından bir tük əskik olmaması üçün özümüzü fəda edərik.

Elşad MƏMMƏDLİ

 

Новости автора