Свобода людям, независимость нациям!

Ermənilərin anasını ağladan gedişat

Ermənistanın gündəminə baxın. Ölkə əhalisinin əksəriyyətini Dağlıq Qarabağ və ətraf ərazilər mövzusu maraqlandırmır, anlayırlar ki, məsələ bitib. Bu gün ermənilər Qafan, Mehri, Qarakilsə... hayındadırlar.

Dünənə qədər Xocalı aeroportunun ilk sərnişini olacaqlarından dəm vuranlar bu gün Azərbaycan əsgərinin Qafan aeroportunun 200 metrliyində olmasından dəhşətə gəliblər! Erməni mediası Qafanın meri Gevorq Parsyana istinadən yazır: “Sabah (18 dekabrda) saat 17.00-da Sünik (Zəngəzur) vilayətinin Qafan şəhəri istiqamətindəki bütün mövqeləri düşmənə təhvil veriləcək”.

Təbii ki, söhbət Azərbaycana məxsus ərazilərdən gedir. Dövlət sərhədimizi pozub, nə qədər mümkünsə, mövqelərini irəli çəkmək istəyənlərin burunları ovulur. Özü də Zəngilan-Qubadlı istiqamətindəki bu mövqelər yüksəkliklərdədir. Düşmən cəhənnəm olub getdikdən sonra Azərbaycan sərhədçilərinin ovcunun içərisində qalacaq Qafan və Mehri! Bu halda Ermənistanın bu bölgədə yaşayan sakinləri əsgərimizin nəzarət etdiyi yoldan keçmək məcburiyyətində qalacaq. Dünənədək Laçın dəhlizi ilə bağlı iddialar irəli sürənlər indi Ermənistan vətəndaşlarının istifadə etməsindən ötrü Azərbaycandan yol xahişi edəcəklər.

Bütün mənalarda yolsuz qalıblar bu, yolsuzlar! Yeri gəlmişkən, bu, həmin Gevorq Parsyandır ki, Qarabağda döyüşlər başlayanda tullana-tullana Xankəndinə gəlmişdi, döyüşmək üçün. Azərbaycan əsgəri elə toy tutdu ki, yaralandığını bəhanə edib qaçdı Mehriyə! İndi Mehridə əsgərimizlə üz-üzədir, oradan hara qaçacaq, məlum deyil.

Kəlbəcərlə sərhədlərdə də yas qurublar. Azərbaycan əsgəri Zod qızıl mədənində bayrağımızı sancıb və düşmənə “hünərin var, addım at” deyir. Möhtəşəm mənzərədir!

Ermənistanda yaşanan həyəcan, təşviş təkcə sərhədlərin bərpası, yaxud yüksəkliklərin əldən verilməsi ilə bağlı deyil. Azərbaycan Prezidenti İlham Əliyevin sözlərini tirajlayırlar: “Mehri, Zəngəzur, İrəvan mahalı tarixi Azərbaycan əraziləridir”. Anlamağa başlayıblar ki, Əliyev zarafat etmir, xəbərdarlıqları boşuna deyil. 2018-ci ildə demişdi ki, vaxt gələcək işğala son qoyulacaq və qələbə bayrağımız Azadlıq meydanındakı paradda nümayiş olunacaq!

Prezident dedi və oldu: 10 dekabr 2020-ci ildəki Zəfər paradında! Ermənilər də gördü. Paraddakı qənimət texnikaları da...

Azərbaycanın dövlət başçısı 44 günlük müharibə dövründə həm də tarix dərsi keçdi, çoxlarının yaddaşı oyandı, həmçinin ermənilərin. İndi erməniləri hansısa bir axmağın qələmi kağız üzərində hərləməklə qurduğu “dənizdən-dənizə böyük Ermənistan” xəritəsi maraqlandırmır. Başa düşürlər ki, onları zibilə salıblar. Bir çoxları qanır ki, “gəmidə oturub gəmiçi ilə dava” edirmişlər illər boyu.

Həm də anlayırlar ki, Mehri söhbəti elə-belə deyil. Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən yolun çəkilməsi barədə 10 noyabr razılaşması da göydən düşməyib. Bu, tarixi ədalətin bərpası istiqamətində mühüm addımdır. Tarixi unudanlar bir daha xatırlamalı oldular ki, Mehri şəhəri 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanıb. Azərbaycan xalqının iradəsinə zidd olaraq! Beləliklə, Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz o zamandan əldən gedib. İndi isə Azərbaycan əsgəri Vartana vaxt verir, yerinə çəkilmək üçün!

Tarixi günlər yaşayırıq! Bu günləri bizə yaşadan Ali Baş Komandan, Azərbaycanın müzəffər ordusudur. Ermənilərsə öz başlarının hayındadırlar. Həm də Qarabağdan meyit yığırlar. Srağagün 64, dünən 41... Yığsınlar! Sayını-hesabını da itiriblər, başları kimi! Kim ölüb, kim qalıb, kim əsir düşüb, onu da dəqiq deyə bilmirlər.

Bataqlıqdan çıxmaq üçün yol tapa bilmirlər. O həddə çatıblar ki, 2008-ci ilin mart cinayətlərinə, 10 nəfər etirazçının qətlinə görə müttəhimlər kürsüsündə oturduqları Robert Köçəryanın əllərinə açıb Rusiyaya göndəriblər, bəlkə çıxış yolu buldu, deyə. Azərbaycan Prezidenti isə Xocalı caniləri ilə bağlı sözünü deyib, kimsə unutmasın!

Vətəndaş toqquşmasının bir addımlığında olan Ermənistanı matəmə qərq edən təkcə Türkiyə əsgərinin Qarabağ gəlməsi də deyil. Anlayırlar ki, Rusiya-Türkiyə münasibətlərinin yüksək səviyyədə olması da onların əleyhinə işləyir. Diqqət edin, ermənilər Türkiyə prezidentini ittiham edir, hətta Qarabağda baş verənlərə görə, Putinsə “Ərdoğan kişi adamdır”, deyir. Rusiya prezidenti növbəti dəfə dedi ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir!

Ermənilərin anasını ağladır belə xəbərlər və bu gedişat! Qoy ağlasınlar, erməni körpələrin beşiyinin başında “türk sənin düşmənindir” deməklə həm də onlar günahkardırlar. Oğullarını yad torpaq uğrunda ölümə hazırlayan anahitlərə ağlamaq çox yaraşır...

Новости автора